3
GİRİŞ
İqtisadi və sosial inkişaf prosesləri öz-özünə tənzimlənə bilməz. Bu
inkişaf prosesləri daim müxtəlif və ciddi təsirlərlə müşayət olunur. Bunun da
nəticəsində cəmiyyətin iqtisadi və sosial həyatında müəyyən poblemlər ortaya
çıxır.Bu problemlərin yaranmaması və ya hər hansı bir kənardan gələn mənfi
təsiri vaxtında zərərsizləşdirmək üçün iqtisadi nəzarət sistemi mövcud
olmalıdır.
Dövlətin iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri də maliyyə
nəzarətidir. Maliyyə nəzarətinin məqsədi dövlətin maliyyə siyasətinin uğürla
həyata keçirilməsi, xalq təsərrüfatının bütün sahələrində maliyyə ehtiyatlarınır
formalaşdırılması və səmərəli istifadəsi prosesinin yerinə yetirilməsini təmin
etməkdən ibarətdir.
Maliyyə nəzarəti maliyyənini nəzarəti funksiyasının təzahür yaxud
reallaşdırma forması kimi çıxış edir. Bu reallaşdırma maliyyə nəzarətinin
məqsədlərini, mahiyyətini müəyyən edir. Maliyyə nəzarətinin mahiyyəti və
istiqamətləri cəmiyyətin məhsuldar qüvvələrinin və istehsal münasibətlərinin
inkişafından asılı olaraq dəyişə bilər. Maliyyə nəzarətinin həyata keçirilməsi
üçün xüsusi nəzarət orqanları təşkil edilir.
4
Sual 1.
Maliyyə nəzarətinin anlayışı və əhəmiyyəti
Pul
fondlarının vahid mərkəzdə cəmlənməsi, bölünməsi və istifadə
edilməsi, qanunçülüğün tələblərinə ciddi riyaət edilməsilə aparılır. Bu isə
maliyyə nəzarətinin həyata keçirilməsi ilə təmin edilir. Bu mənada dövlət və
bələdiyyə təşkilatlarının maliyyə fəaliyyətlərinin tərkib hissəsindən biri də
maliyyə nəzarətidir.
Maliyyənin iqtisadi kateqoriya kimi bölgü və nəzarət funksiyalarına
malik
olması maliyyə nəzarətinin mövcudluğunun obyektiv şərtidir. Buna görə
də dövlət və bələdiyyə təşkilatlarının öz vəzifələrini yerinə yetirməsi üçün
maliyyədən istifadə etməsi onların özlərinin köməyi ilə maliyyə nəzarətinin
həyata keçirilməsini zəruri edir. Maliyyə nəzarəti dövlət hakimiyyəti və yerli
özünüidarəçilik orqanlarının bütün sistemində hüqüq normaları ilə müəyyən
olunmuş qaydada və həm də xüsusi nəzarət orqanları tərəfindən ictimai
təşkilatların, əmək kollektivlərinin və vətəndaşların iştirakı ilə həyata keçirilir.
Maliyyə nəzarətinin əhəmiyyəti aşağıdakılarda ifadə olunur:
-
dövlət və yerili özünü idarəçilik orqanları, idarələr, müəssisələr,
təşkilatlar və vətəndaşlar tərəfindən maliyyə fəaliyyəti prosesində müəyyən
olunmuş hüquq qaydalarına riayət olunması yoxlanılır;
-bu
sahədə həyata keçirlən fəaliyyətin iqtisadi cəhətdən əsaslılığı və
səmərəliliyi və eləcə də onların dövlət və bələdiyyə təşkilatlarının vəzifələrinə
uyğunluğu yoxlanılır.
Maliyyə
nəzarətinin
həyata
keçirməsi
maliyyə
fəaliyyətində
qanunçuluğu və onun məqsədəmüvafiq olmasını təmin edir.
Beləliklə,
maliyyə
nəzarəti
dedikdə-əhalinin
maddi
rifahının
yüksəldilməsi və sosial iqisadi inkişafın genişdirilməsi üçün dövlət zəruri olan
pul
vəsaitlərinin və yerli özünüidarəçilik orqanlarının vahid fondlarında
toplanması, bölüşdürülməsi və istifadə edilməsinin qanunauyğun və səmərəli
şəkildə həyata keçirilməsini təmin etmək məqsəlilə aparılan (edilən)
nəzarətdir
1
.
1
Финансовое право (под. ред. д.ю.н. пров Горбунова Е.Н.) Москва. Юристь. 2005.
5
Maliyyə nəzarəti-dəyər nəzarətidir. Buna görə də başqa nəzarət
formalarından (inzibati ekoloci və s.) fərqli olaraq o, igtimai təkrar istehsalın
bütün sahələrinə şamil edilir və pul fondlarının bütün hərəkət prosesini əhatə
edir.
Maliyyə nəzarəti bütün maliyyə hüqüq institutlarına aiddir. Buna görə də
maliyyə nəzarətinin təşkili və keçirilməsini tənzimləyən ümumi maliyyə
nor
malarından başqa, ayrı-ayrı maliyyə institutlarında maliyyə nəzarətinin
həyata keçirilməsinin səciyyəviliyini əks etdirən və müvafiq qanunvericiliklə
müəyyən olunmuş normalar da mövcuddur (məsələn, büdcə sahəsində, vergi
sahəsində).
Maliyyə hüququ ilə tənzimlənən maliyyə münasibətəlrində maliyyə
nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:
a)
dövlət hakimiyyəti və yerli özünüidarəçilik orqanlarının öz
səlahiyyətlərinə
müvafiq
olaraq
maliyyə
ehtiyatlarının
toplanması,
bölüşdürülməsi və istifadə edilməsi funksiyalarının vəziyyətinin yoxlanılması.
b)
təşkilatların və vətəndaşların dövlət və yerli özünüidarəçilik orqanları
qarşısında maliyyə öhdəliklərinin yerinə yetirmələrinin vəziyyətini yoxlamaq.
v)
dövlət və bələdiyyə idarələrinin, müəssisələrinin və təşkilatların
sərəncamında olan pul ehtiyatlarından istifadə edilməsinin düzgünlüyünü
yoxlamaq.
q)
İdarə, müəssisə və təşkilatlar tərəfindən maliyyə əməliyyatlarının
həyata keçirilməsi, hesablaşmaların və pul vəsaitlərinin saxlanması
qaydalarına riayət edilməsinin vəziyyətini yoxlamaq.
d) pul
vəsaitlərindən və xammal ehtiyatlarından qənaətlə istifadə
edilməsi, pul dövriyyəsinin sürətləndirilməsi, təsərrüfat rentabelliyinin
artırılması imkanlarını təmin etmək məqsədilə istehsalatın daxili ehtiyatlarının
aşkar olunması.
e)
maliyyə intizamının pozulması hallarının aradan qaldırılması və bu
barədə qabaqcadan xəbərdar edilməsi.
Maliyyə nəzarətinin vəzifələrinin həyata keçirilməsi ilə qanançuluğun bir
tərəfinin ifadə forması olan maliyyə intizamı möhkəmləndirilir.
6
Maliyyə intizamı-dövlət və bələdiyyələrin, təşkilatların, idarələrin,
müəssisələrin pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə edilməsinin
müəyyən olunmuş göstəriş və qaydalarına ciddi riayət edilməsidir.
Maliyyə intizamının tələbləri bütün idarə, müəssisə, təşkilatlara
vətəndaşlara, dövlət hakimiyyət və yerli özünüidarəçilik orqanlarına, onların
vəzifəli şəxslərinə şamil olunur.
Beləliklə, maliyyə nəzarəti maliyyə fəaliyyəti sahəsində dövlətin,
bələdiyyə təşkilatlarının maraqlarını təmin edir və konkret müəssisələrin
təşkilatların və vətəndaşların hüquq və maraqlarının qorunması üçün şərait
yaradır (məsələn, vergilərin düzgün qaydada alınmasına, büdcəyə
ödəmələrdə qanunvericilikdə müəyyən olunmuş imtiyazların verilməsi
üzərində nəzarət və s.).
Lakin
maliyyə nəzarətinin obyekti ancaq pul vəsaitlərinin yoxlanılması ilə
məhdudlaşmır. Bu obyekt daha genişdir. Belə ki, maliyyə nəzarəti həm də
maddi,
əmək, təbii və ölkənin digər ehtiyatlarının da müəyyən olunmuş
qaydada
işlədilməsi prosesinə nəzarət edir. Bu zaman maliyyə nəzarət
orqanları yoxlanılan təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi analizini
edir
və həmin təşkilatın öz işini yaxşılaşdırması üçün təkliflər verir. Maliyyə
nəzarətinin həyata keçirilməsinin formalarından biri manatla nəzarətdir.
Manatla
nəzarət dedikdə - qiymət, dəyər, gəlir, xərc və sairə bu kimi
iqtisadi kateqoriyalar
vasitəsilə müəssisələrin, təşkilatların, dövlət hakimiyyət
və yerli özünüidarəçilik orqanlarının maliyyə təsərrüfat fəaliyyətinə nəzarət
etməsi başa düşülür. Manatla nəzarət idarənin, müəssiənin, təşkilatın işinin
keyfiyyətinin müəyyən edilməsinə və ona iqtisadi təsir göstərilməsinə imkan
verir.
Məsələn, müəssisənin gəlirinin həcminin, onun alınma mənbələrinin
təhlil edilməsi, müəssisənin işinin nəticələrinin müəyyən edilməsinə imkan
verir, bankdan
alınmış ssudanın /kreditin/ vaxtında qaytarılmaması
müəssisənin işlərinin yaxşı getməməsindən xəbər verir. Belə müəssisələrin
işlərinin yaxşılaşdırılması üçün onlara maddi təsir göstərilir.
Hazırki mərhələdə maliyyə nəzarətinin təşkili və onun məzmununda
əhəmiyyətli dəyişikliklər gedir.
7
Bazar
iqtisadiyyatına keçidlə əlaqədar olaraq idarələrin, müəssisələrin,
təşkilatların təsərrüfat müstəqilliyinə malik olduqları üçün gündəlik
təsərrüfatdaxili özünə nəzarətinin, sahibkarın (mülkiyyətçinin/) nəzarətinin
əhəmiyyəti daha da artmaqdadır.
Beləliklə, maliyyə nəzarəti iqtisadi nəzarətin xüsusi sahəsi kimi öz
obyektlərinə və subyektlərinə malikdir. Maliyyə nəzarətinin obyekti maliyyə
ehtiyatlarının formalaşdırılması və istifadəsi zamanı meydana çıxan pul-bölgü
prosesidir. Bu
obyektləri başqa cür belə qruplaşdırmaq olar:
1. Maddi istehsal
sahəsindəki maliyyə münasibətləri;
2. Qeyri-maddi istehsal
sahəsindəki maliyyə münasibətləri;
3.
Mərkəzləşdirilmiş pul fondlarının yaradılması və istifadəsi ilə bağlı
maliyyə münasibətləri.
Maliyyə nəzarətinin sahəsində dedikdə, maliyyə nəzarətini həyata
keçirən hüquqi və fiziki şəxslər, o cümlədən dövlət nəzərdə tutulur. Dövlət
nəzarəti Maliyyə Nazirliyi və onun yerli qurumları, xəzinə sistemi, mərkəzi
banklar
və digər təşkilatlar tərəfindən həyata keçirilir. Bundan başqa dövlət
nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş idarələri, baş
mühasibatlıq və maliyyə idarələri vasitəsilə həyata keçirilir. Bundan başqa
dövlət nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş idarələri
vasitəsilə həyata keçirilir.
Şəxsi nəzarət isə auditor (təftiş) şirkətləri tərəfindən həyata keçirilir.
Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən
b
ütün əməliyyatlar daxildir. Konkret olaraq maliyyə nəzarətinə aşağıdakı
istiqamətlər daxildir: iqtisadi qanunların tələblərinə riayət olunması, məcmu
ictimai
məhsulun dəyərinin və milli gəlirin bölgüsü və yenidən bölgüsü,
büdcənin tərtib olunması və icra edilməsi (büdcə nəzarəti), əmək, maddi və
maliyyə ehtiyatlarının səmərəli istifadəsi və həmin təşkilatların büdcə
idarələrinin maliyyə vəziyyəti, həmçinin vergi nəzarəti və sair başqa
istiqamətlər.
Qeyd etdiyimiz kimi
maliyyə nəzarəti maliyyə intizamının yerinə
yetirilməsi məsələsində müəssisələrin,təşkilatların, idarələrin, həmçinin dövlət
və maliyyə bank strukturunun məsuliyyəti ilə sıx bağlıdır.Bu məsuliyyət
8
maliyyə intizamını pozanlara həm inzibati, həm də iqtisadi təsirlər
göstərmədə ifadə olunur.İqtisadi təsir tədbirləri konkret olaraq maliyyə
qadağanları vasitəsilə həyata keçirilir. Lakin, maliyyə qadağanları istehsalın
səmərələliyini aşağı saldığına görə maliyyə nəzarətinin əsas məqsədi
qadağanların çox tətbiq olunmasına yox intizamın pozulmasını doğuran
şəraitin aradan qaldırılmasına yönəlməlidir.
Dostları ilə paylaş: |