Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 430,35 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.05.2023
ölçüsü430,35 Kb.
#113326
1   2   3   4   5   6   7   8   9   10   11
269 azerbaycan tarixi m N11azerbaycanda kapitalist munasibetlerinin meydana gelmesi (2)

Dağ-mədən sənayesi. Dağ-mədən sənaye sahələri təkcə Bakıda deyil, 
Azərbaycanın qəzalarında da yaranıb inkişaf etməkdə idi. Bunların içərisində 
misəritmə sahəsi xüsusi yer tuturdu. Azərbaycanın qərb hissəsində yerləşən dağ-
mədən sənayesi, xüsusilə misəritmə istehsalı təkcə Qafqazda yox, Rusiyada da 
mühüm mövqeyə malik idi. “Simens qardaşları” pay şirkətinin zavodu dövrün 
texniki tələbinə cavab verən mükəmməl avadanlıqla təchiz edilmişdi. Zavodun 
ətrafında çilingər, xarrat və s. emalatxanalar fəaliyyət göstərirdi. Bundan əlavə, 
zavodda odadavamlı kərpic istehsalı üçün xüsusi sex vardı. Bu sexdə 
Zaqafqaziyada ilk dəfə bu növ kərpicin istehsalına başlanıldı. 90-cı illərdən 
başlayaraq sexin istehsal gücü artırılmış kərpic buraxılışı 200 min ədədə 
çatdırılmışdı.
“Simens qardaşları” şirkəti 1883-cü ildə Gədəbəy zavodundan 12 km aralı 
Qalakənd çayı üzərində ikinci bir zavodun inşasını başa çatdırdı. Zavodda filiz 
yandırmaq və mis əritmək üçün müxtəlif sobalar qoyulmuşdu. Yanacaq kimi neft 
tullantılarından istifadə olunurdu.
Qalakənd zavodunda istehsalı artırmaq və elektroliz yolu ilə mis almaq 
üçün çayın üzərində ümumi gücü 100 at gücündən çox olan 2 turbin düzəldildi. 
1900-c
ü ildə Rusiyada istehsal edilən bütün misin 34,6 faizini və 
Zaqafqaziyada alınan misin isə 68,5 faizini Azərbaycan verirdi. 
Gədəbəy zavodunda məişətdə işlədiləcək qab-qacaq istehsal edən 
xüsusi sex vardı.
Tikinti materialı sənayesi. Əsrin son rübündə ölkənin ümumi iqtisadi 
inkişafı ilə əlaqədar tikinti materialları sənayesi sahələri də yaranırdı. Onların 
içərisində iri daş karxanaları və kərpic istehsalı xüsusi yer tuturdu. 80-90-cı illərdə 
Bakı və Yelizavetpol quberniyalarında 200-dən çox kərpic istehsal edən 
müəssisə vardı. Əlbəttə, bunların çoxu xırda müəssisələrdən ibarət idi. İstehsalat 
əməliyyatlarında 
buxar 
gücündən 
istifadə 
edilən 
“Atlas” 
şirkətinin 
müəssisələrində ildə 2 milyondan çox, Keşlədə ”O.K.Levin L.F.Kiander i K°” 
şirkətinə məxsus zavodda isə orta hesabla 2 milyon ədədə qədər kərpic istehsal 
edilirdi. Bunlardan başqa, Bakıda “Nargin”, “Vostok” firmaları, habelə 
R.K.Rəcəbov, Sabunçuda Əmiraslanov, Rzayev və Balaxanıda Q.T.İbrahimova 
məxsus iri zavodlar işləyirdi.
Abşeron ərazisində onlarla karxanada tikinti üçün daş kəsilirdi. 80-90-cı 
illərdə kəsilən daşların orta illik sayı 680 mindən çox olurdu. Azərbaycanda 
əhəng istehsalı geniş yayılmışdı. Yelizavetpol quberniyasında zəngin 


25
mədənlərdən hərtərəfli istifadə məqsədilə 1899-cu ildə “Tovuz” tikinti materialları 
və sement istehsalı səhmdar cəmiyyəti təsis olundu.
Göründüyü kimi, tikinti materialları sənayesində də iri müəssisələrlə 
yanaşı, kapitalizmin yüksək mərhələsinə xas olan şirkətlər və səhmdar 
cəmiyyətlərinin sayı getdikcə artırdı.
1890-
cı ildə dağ mühəndisi Y.İ.Yeger Naftalanda hasil edilən neftin emalı 
üçün dəyəri 200 min manata qədər olan bir zavod tikdirdi. 1893-cü ildə ona 
məxsus neft quyuları 8 min pud neft vermişdi. Zavodda neft emalı ilə yanaşı, 
xüsusi sexdə dərmanlar da hazırlanırdı. “Kojelan” adlı sürtkü dərmanı Avropa 
ölkələrində pudu 20-25 manata satılırdı.

Yüklə 430,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin