14
“Stepun qardaşları”nın texniki kontorları Bakıda kənd təsərrüfatı alət və maşınları
ilə ticarət etməyə başladı.
Yüzilliyin 70-90-cı illərində kənd təsərrüfatı istehsalı sahələrində
kapitalist münasibətləri formalaşırdı. Məlum olduğu kimi, kapitalizmin inkişafı
məsələsində muzdlu əməyin yayılma dərəcəsi daha böyük əhəmiyyətə malikdir.
70-90-
cı illərdə muzdlu əmək kənd təsərrüfatının bütün sahələrində, bəzi
sahələrdə çox, bəzilərində isə az dərəcədə tətbiq edilirdi. Taxılçılıqda
işləyib
ödəmə sistemi ilə qovuşan muzdlu əməyin tətbiqi ilbəil genişlənirdi. Taxılçılıqda
kişi əməyinə nisbətən az əmək haqqı ödənilən qadın əməyi də tətbiq olunurdu;
əmək haqqı işin xarakterinə görə ödənilirdi. Muzdurlar ya iş heyvanları və ya
onlarsız işə girirdilər. Bu o deməkdir ki, muzdurların sıralarına həm tamamilə
torpaqsız kəndlilər, həm də öz iş heyvanı, deməli, pay torpağı, lakin çox kiçik,
kəndlini təmin edə bilməyən pay torpağı olan kəndlilər də daxil idilər.
Belə pay
torpağı olan kəndli əlavə qazanc axtarmağa məcbur idi, yəni pay torpaqlı muzdlu
fəhlə idi. Bu, muzdla işçi tutmağın qarışıq xarakterini, işləyib ödəmə və kapitalist
sistemlərinin qarışıq xarakterini göstərir. Kənd təsərrüfatı üçün muzdlu fəhlə
qüvvəsinin əsas mənbəyi çox kasıb, habelə cüzi pay torpağı olan kəndlilər idi.
Digər mənbə Cənubi Azərbaycandan, qismən də Dağıstandan gəlmiş
kəsbkarlardan ibarət idi.
T
axılçılıqda muzdlu əməyin tətbiqi 80-ci illərin ortalarında, əmtəə
istehsalının daha güclü surətdə inkişaf etdiyi dövrdə xüsusilə qüvvətləndi. Bu
illərdə Azərbaycan kəndində sosial təbəqələşmə prosesi xüsusən güclənir, bu da
icma torpaq mülkiyyətinin kəndin varlı təbəqələrinin əlində cəmləşməsinə zəmin
yaradırdı. Torpağın kəndin varlı yüksək təbəqələrinin əlində cəmlənməsi
qaçılmaz surətdə muzdlu əməyin tətbiqinə gətirib çıxarırdı. Muzdlu əməyin daha
geniş şəkildə istifadə olunduğu köçkün təsərrüfatları bu baxımdan daha qabarıq
şəkildə fərqlənirdilər.
Muzdlu əməkdən üzümçülükdə, xüsusən məhsul yığımında
istifadə
olunurdu. Burada həmçinin qadın və yeniyetmə əməyi tətbiq edilirdi. Forer
qardaşları, Xublarov qardaşları kimi sahibkarların təsərrüfatları isə büsbütün
muzdlu əməyə əsaslanırdı. Bəzən üzümçülük rayonlarında sənaye tipli
təsərrüfatlar yaradılırdı. 1885-ci ildə Yelizavetpol şəhərində, demək olar ki,
bütünlüklə ticarət burjuaziyasının nümayəndələrinə mənsub olan 1277 üzüm bağı
var idi.
Kapitalist münasibətləri tütünçülükdə də aydın nəzərə çarpırdı, daha
doğrusu, burada sırf kapitalist təsərrüfatları mövcud idi. Şimali Azərbaycanın
ipəkçilik sahəsində bəzi hallarda bir qədər irihəcmli təsərrüfatlara rast gəlinsə də,
bu istehsal sahəsi əsasən xırda kənd təsərrüfatı xarakteri daşıyırdı. Ona görə də,
əksər hallarda ipəkçiliklə ailənin öz üzvləri məşğul olurdular. Lakin muzdlu əməyə
əsaslanan təsərrüfatlar da var idi. Şimali Azərbaycanda böyük sahəli tut
bağlarına malik olan iri torpaq sahibkarları var idi.
Onlardan bəziləri barama
qurdlarının bəslənməsi ilə bilavasitə məşğul olmur və öz bağlarını, məhsulun
müəyyən hissəsi müqabilində, icarəyə verirdilər.
Pambıqçılıqda muzdlu əmək də geniş tətbiq olunurdu. Burada xalis
kapitalist tipli təsərrüfatlar var idi. Məsələn, Tağıyevin 1896-cı ildə satın aldığı
”Yevlax mülkü”ndə muzdlu əmək tətbiq edilməklə pambıqçılıqla məşğul olurdular.
1896-
cı ildə onun bu mülkündə 39 daimi işçi var idi. Təsərrüfatla özləri məşğul
olan bəzi bəylərin təsərrüfatlarında da həmçinin pambıq muzdlu əmək tətbiq
15
edilməklə becərilirdi. Cavanşir qəzasında Məlikbəylərbəyov familiyalı birisi 1891-
ci ildə öz mülkündə 80, Bədirbəyov isə 300 desyatin sahədə pambıq səpdirmiş,
bütün işlər muzdlu əməyin tətbiq olunmaqla görülmüşdü. Bəzi bəylər torpaqlarını
öz pambıqçılıq təsərrüfatlarında muzdlu əməkdən geniş istifadə edən varlı
kəndlilərə icarəyə verirdilər. Pambıq tarlalarında rus köçkünlərinin muzdlu
əməyindən xüsusən intensiv surətdə istifadə olunurdu.
Məsələ onda idi ki,
məhsul yığımı dövründə istər varlı kəndli, istərsə də qolçomaq və ortabab olsun,
hər bir pambıqçı yığımı tez başa çatdırmağa tələsirdi. Çünki məhsul yığımı
büsbütün iqlim şəraitindən asılı idi. Ona görə də, demək olar ki, pambıqçıların
əksəriyyəti məhsul yığımı dövründə muzdur tutmalı olurdu.
Muzdlu əməkdən kənd təsərrüfatının digər sahələrində də istifadə
olunurdu. Hətta zəfərançılıqda plantasiyaların əkini zamanı muzdlu əmək tətbiq
edilirdi. Burada, başlıca olaraq, Cənubi Azərbaycandan olan kəsbkarlar
işləyirdilər. 1897-ci il əhali sayımının məlumatlarına görə, Şimali Azərbaycanın 2
quberniyasında 26515 daimi kənd təsərrüfatı fəhləsi qeydə alınmışdır. Bu rəqəm
xeyli azaldılmışdır. Əslində o, 40-50 min nəfərə çatırdı.
Bütövlükdə götürdükdə
isə kənd təsərrüfatı üçün daimi deyil, mövsümi, müvəqqəti fəhlə qüvvəsi
səciyyəvi idi, onların sayı ildə 100 min nəfərə çatırdı.
Dostları ilə paylaş: