46
katakob qəbirlərdə basdırmışlar. Bu qəbir abidələri
içərisində torpaq və küp qəbirlər daha geniş yayılmışdı.
Albanlarda dəfn mərasimi dəbdəbəli şəraitdə keçirilirdi.
Mey
id qəbrə bükülü vəziyyətdə, sağ və sol böyrü üstə
əsasən gündoğan istiqamətdə qoyulmuşdur. Meyid qəbrə
qoyulmamışdan əvvəl onun içərisində ocaq qalanmış,
qəbrin baş tərəfindən tonqal yandırılmışdı. Arxeoloji
qazıntılar zamanı qəbirlərdə gül izlərinə və gül topalarına
təsadüf edilir. Bu, oda sitayiş və atəşpərəstliklə əlaqədar
olmuşdu. Küp qəbrin ağzı möhkəm örtülmüş, oturacağına
yaxın hissədə kiçik deşik qoyulmuşdur. Bu isə insan
öldükdən sonra ruhun yaşamasına inamla bağlı olmuşdu.
Strabon qeyd edir ki, ka
spi tayfası arasında digər
mərasim mövcud idi. Kaspilər ölmüş meyidin xüsusi
yerdə (sükut qülləsində) qoyur, vəhşi heyvanlar və
quşlar meyidin ətini yedikdən sonra, onun sümükləri
yığılıb basdırılır.
Dostları ilə paylaş: