228
təmin etmirdi. Irəvan xanlığı ələ keçirilməmiş qalırdı.
Rusiya məqamın yetişməsini gözləyirdi.
Rusiyanın paytaxtı Sankt-Peterburqda 1825-ci ildə
baş vermiş Dekabristlər üsyanı haqqında xəbər Tehrana
ingilis diplomatı Şilan tərəfindən çatdırıldı. Şah sarayı
əlverişli vaxt çatdığını düşünərək savaşa girməyi qərara
aldı. Iyul ayında Iran qoşunları sərhədi keçdi. II Rusiya-
Iran savaşı başladı. Iranın başlıca məqsədi Tiflisi tutmaq,
rus ordusunu Cənubi Qafqazdan çıxarıb Terekin o
tərəfinə qovmaq idi. Rus qoşunlarının başlıca zərbəsi isə
Təbrizə yönəlmişdi.
Müharibənin başlanğıcı Rusiya üçün uğursuz oldu.
Abbas Mirzənin ordusu Şuşa qalasını iyulun 26-da
mühasirəyə aldı. Lakin onun strateji səhvi - Şuşanın 48
günlük uzun çəkən mühasirəsi savaşın bütün gedişinə
təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam
etdirərək dağınıq rus qoşunlarını əzmək yerinə böyük
qüvvə ilə Şuşa altında ləngidi. Bu, rus komandanlığına
dağınıq qoşunlarını birləşdirmək, strateji təşəbbüsü ələ
keçirib əks-hücuma keçmək üçün imkan yaratdı.
Dostları ilə paylaş: