Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə95/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   91   92   93   94   95   96   97   98   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Çarizmin 
feodallarla 
ittifaqının 
möhkəmləndirilməsi. 
XIX 
əsrin 
40-cı 
illərinin 
əvvəllərində Azərbaycanda yaranmış şərait mütləqiyyətə 
möhkəm sosial dayaq yaratmaq zərurətini diqtə edirdi. 
imperiya hökumətinə elə bir dayaq lazım idi ki, onun 
vasitəsilə kəndliləri idarə etsin, dağlıların azadlıq 
hərəkatını boğmaqda ona arxalana bilsin, Osmanlı 
Türkiyəsi ilə toqquşma təhlükəsi yaransa ondan 
yararlansın. Belə bir sosial dayaq ancaq yerli feodallar 
ola bilərdi.
1842-
ci ildə Tiflisdə ağaların şəxsi hüquqları və 
onların həyata keçirilməsi yolları barədə məsələlərin 
işlənib hazırlanması ilə məşğul olan komitə işə başladı. 
1843-
cü ildə bu komitəni iki yeni komitə əvz etdi: biri «ali 
müsəlman silkinin», yəni Azərbaycan bəylərinin, digəri isə 
1841-
ci il reskripti ilə torpaqları müsadirə edilən ağalar 
məsələsi ilə məşğul olurdu. 


246 
Azərbaycan bəylərinin torpaq hüquqları və onların 
kəndlilərlə 
qarşılıqlı 
münasibəti 
məsələsi 
M.S.Voronsovun canişinliyi dövründə həll edildi. 1846-cı il 
dekabrın 6-da çar I Nikolay canişinin adına reskripti 
imzaladı. Reskript feodalların həm irsi mülk torpaqları, 
həm də işğal zamanı onların malik olduqları tiyullar 
üzərində tam nəsli mülkiyyət hüququnu təsdiq edirdi. 
1840-1841-
ci illərdə müsadirə edilmiş torpaqlar üzərində 
ağaların və bəylərin mülkiyyətçilik hüququ da tanınırdı. 
Beləliklə, reskript torpaq üzərində feodalların xüsusi 
mülkiyyət hüququnu möhkəmləndirərək və feodalların 
torpaq fondunun toxunulmazlığını təmin edərək tiyuldar 
bəylərin öz mülkiyyətçilik hüquqlarının tanınması uğrunda 
apardıqları uzun müddətli mübarizəsinə bir növ yekun 
vurdu. 
Xüsusi sahibkar kəndliləri formal olaraq dövlət 
kəndliləri dərəcəsinə şamil edildilər və müxtəlif adların 
(rəiyyət, rəncbər, nökər və s.) yərinə ümumi ad – 
«mülkədar tabelisi» adını aldılar. Kəndlilər «torpaqdan 
istifadə müqabilində haqq» kimi mülkədarın xeyrinə 
müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idilər. Eyni 
zamanda kəndlilər torpaq mülkiyyətçilərinin polis nəzarəti 
altına verilirdilər. Çar hökuməti feodalların torpaq 
üzərində mülkiyyət və kəndliləri idarə etmək hüquqlarını 
təsdiq edərək, əvəzində sədaqətlə xidmət göstərməyi, 
kəndli hərəkatına qarşı amansız mübarizə aparmağı 
tələb edirdi. 
Reskriptlə şərh olunan və torpaq sahibkarları ilə 
kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən 
prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli «Kəndli 
əsasnamələri»ndə konkretləşdirildi. Bu əsasnamələrdən 
birincisi Şamaxı və Dərbənd quberniyalarının bəy 
kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, 
Quba və Dərbənd qəzalarının xüsusi sahibkar 


247 
kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol 
qəzasındakı Qazax və Şəmşəddil nahiyyələri ağalarının 
torpaqlarında yaşayan kəndlilərə aid idi.
1847-
ci il 20 aprel «Əsasnaməsi» torpaq 
mülkiyyətçilərinin üzərinə 15 yaşından yuxarı kişi 
cinsindən olan hər bir kəndlinin taxılçılıq, maldarlıq və 
bostançılıq üçün yararlı olan 5 desyatinlik pay torpağı ilə 
təmin etmək vəzifəsi qoyurdu. Kəndlini torpaqla təmin 
etmək vəzifəsini irəli sürən qanunverici, hər şeydən əvvəl, 
xəzinənin və dövlət təhlükəsizliyinin mənafelərini müdafiə 
etməyi, sahibkarlar və dövlət üçün torpaq rentasının 
toplanmasını təmin etməyi qarşısına məqsəd qoymuşdu. 
Sahibkar kəndliləri isə islahata qədərki dövrdə olduğu 
kimi 5 desyatindən az torpaq sahələrindən istifadə 
edirdilər. 
«Əsasnamə»nin 
əsas 
maddələrindən 
biri 
kəndlilərin mükəlləfiyyətləri məsələsi idi. Qanun kəndli 
mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların ödənilməsi 
və yerinə yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi. 
Malcəhət – torpaq sahəsinin kəndlinin vəsaiti hesabına 
becərilməsi şərtilə istənilən kənd təsərrüfatı bitkisi 
məhsulunun sahibkarın xeyrinə ayrılan 1/10 hissəsi əsas 
məhsulla toplanan mükəlləfiyyət idi. Kəndlilər öz pay 
torpaqlarını sahibkarların iş heyvanı, alətləri və 
toxumundan istifadə edərək becərdikləri təqdirdə, onlar 
məhsulun 1/5-dən çox olmayan hissəsini sahibkara 
verməli idilər. Bu maddə feodal asılı kəndlilərinin, 
rəncbərlər və nökərlər kimi əvvəlki zümrələri, habelə var-
yoxdan çıxmış rəiyyətlər üçün nəzərdə tutulmuşdu. 
«Əsasnamə» məhsulla ödənilən vergi ilə yanaşı, 
kəndlilərin bəylərin xeyrinə işləyib-ödəmə rentasını yerinə 
yetirmələri nəzərdə tuturdu. «Əsasnamə» hər kəndli 
ailəsi üzərinə sahibkarın tələbilə öz iş heyvanı və alətləri 
ilə ildə 18 gün ərzində onun təsərrüfatında işləmək üçün 


248 
bir işçi vermək təəhhüdü qoyurdu. Hər ailədən işçi 
verməklə yanaşı, kəndlilər ildə bir-iki gün bütün kənd 
cəmiyyəti ilə, elliklə sahibkar üçün işləyərək (əvrəz), 
feodalın göstərişinə görə, kənd təsərrüfatı və ya suvarma 
işlərini yerinə yetirməyə borclu idilər. Kəndlilər elliklə 
sahibkar malikanələrində arxlar və yollar çəkməli, köhnə 
tikililəri təmir etməli idilər. Maldarlar mal-qaranın sahibkar 
torpağında 
otarılması 
müqabilində 
məbləği 
müəyyənləşdirilməmiş xüsusi pul vergisi – çöpbaşı 
ödəməli idilər. 
«Əsasnamə»yə görə, kəndlilər feodala nökərlər də 
(hər həyətdən 1 kişi, hər 15 həyətdən bir qadın) verməli 
idilər. Qanun feodala kişi nökərlərindən həm çöl, həm də 
ev işlərində istifadə etməyə icazə verirdi. Əvvəllər 
kəndlilər heç vaxt qadın nökərlər vermirdilər. Çar 
müstəmləkəçilərinin 
özlərindən 
uydurduqları 
bu 
mükəlləfiyyət Azərbaycan xalqının çoxəsrlik ənənələrinə 
hörmətsizlik idi və elə dərin hiddət doğurdu ki, tezliklə 
ləğv edildi. Ağalar və kəndlilər arasındakı münasibətləri 
müəyyənləşdirən 1847-ci il 28 dekabr «Əsasnamə»si də 
eynilə belə prinsiplərə əsaslanırdı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin