Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycanda milli azadlıq hərəkatının



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə97/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   93   94   95   96   97   98   99   100   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycanda milli azadlıq hərəkatının 
başlaması. 
3. 
Cənubi Azərbaycan 1828-1911-ci illərdə. 
 
Sual 1. 
XIX əsrin 60-70-ci illərinin burjua 
islahatları. Kənd təsərrüfatı və sənayenin 
kapitalistcəsinə inkişafı. 
 
Burjua islahatları. 1861-ci il təhkimçilik hüququnun 
ləğvi Rusiya kapitalizmin sürətli inkişafı üçün əlverişli 
şərait yaratdı. Islahatdan sonrakı dövrdə Rusiyada 
kapitalizmin inkişafının səciyyəvi cəhəti onun “dərininə”
və “eninə” inkişafından ibarət idi. Çünki 1861-ci il 
islahatının yarımçıq xarakter daşıması məhsuldar 
qüvvələrin inkişafına, əmtəə-pul münasibətlərinin tam 
genişlənməsinə maneçilik törədirdi. 
Bu dövrdə Azərbaycan da ucqarlardan biri kimi 
Ümumrusiya ictimai əmək bölgüsünə cəlb olunmuş, daha 
geniş surətdə Rusiya bazarına qoşulmuşdu. Zaqafqaziya 
iqtisadiyyatını 
kapitalist 
istismarının 
tələblərinə 


251 
uyğunlaşdırmaq zərurəti bütün kəskinliyi ilə çarizm və rus 
burjuaziyası qarşısında durmuşdu. 
Islahata lazımi hazırlıq aparmaq və layihələr 
hazırlamaq məqsədilə Qafqaz idarəsinin ali rütbəli 
məmurlarının daxil olduğu mülkədar kəndliləri məişətinin 
nizama salınması üzrə Zaqafqaziya mərkəzi komitəsi 
təsis olundu. 
Zaqafqaziyada kəndli islahatının hazırlanması 
yolunda mühüm addımlardan biri Zaqafqaziya mərz 
palatasının yaradılması və torpaqların mərzlənməsinə 
başlanması oldu. Palata öz işinə 1861-ci il yanvarın 1-
dən başladı. Zaqafqaziya mərz palatasının qarşısında 
duran başlıca vəzifə Zaqafqaziyada əkinə yararlı 
torpaqları, onların sərhədlərini müəyyənləşdirməkdən 
ibarət idi. Çünki kapitalist münasibətlərinin kənd 
təsərrüfatına təsiri ilə əlaqədar olaraq əkinə yararlı 
torpaqlar alqı-satqı obyektinə çevrilirdi və həm də onların 
dəqiq sərhədləri demək olar ki, yox idi. Lakin, 
mərzləşdirmə işi ləng həyata keçirilirdi. 1861-ci il iyunun 
29-
da 
Zaqafqaziyanın 
mərzələşdirilməsi 
haqqında 
əsasnamədən 
keçən 
25 
il 
müddət 
ərzində 
mərzləhdirilməli olan ərazilərin 4 faizi mərkəzləşdirilmişdi.
1864-1870-
ci illərdə çar hökuməti Azərbaycanda 
feodal münasibətlərinin əsaslarını laxladan bir sıra 
tədbirlər həyata keçirməyə məcbur oldu. Bu tədbirlərdən 
neft mədənlərində təhkim olunmuş Balaxanı kəndlərinin 
məcburi əməyini 1864-cü ildə ləğv edilməsi, habelə 
Zəyliyin zəy zavodunda və Naxçıvan duz mədənlərində 
də eyni şəraitin aradan qaldırılmasını nümunə göstərə 
bilərik. 
Hökumət Azərbaycanda kəndli islahatına bilavasitə 
hazırlığı 
davam 
etdirdi. 
Gürcüstanda 
təhkimçilik 
hüququnun ləğvi haqqında 1864-cü il 13 oktyabr qanunu 
verdik
dən sonra Qafqaz canişinin baş idarəsi Şurasının 


252 
qərarı ilə Azərbaycanda islahatı hazırlamaq üçün 1866-cı 
ildə Tiflis, Bakı, Irəvan və Şuşada bəy komissiyaları 
adlanan komissiyalar təsis olundu.
Azərbaycanda kəndli islahatının əsas qanuni sənədi 
1870-ci 
il mayın 14-də verilən “Zaqafqaziya quberniyaları: 
Yelizavetpol, Bakı, Irəvan və qismən Tiflis qurberniyaları 
ali müsəlman silkindən olan şəxslərin, habelə erməni 
məliklərinin torpaqlarında sakin olan dövlət kəndlilərinin 
torpaq quruluşu haqqında Əsasnamə” idi. Əsasnamə 
başlıca olaraq üç məsələyə; kəndlilərin şəxsi asılılığının 
ləğv edilməsi, torpaq və mükəlləfiyyətlər haqqında 
məsələlərə toxunurdu. “Əsasnamə” kəndlilərin bəy-torpaq 
sahiblərindən şəxsi asılılığının ləğvini elan etməklə, 
feodal asılılığının ən mühüm xüsusiyyətlərindən birini 
aradan qaldırdı. “Əsasnamə” kəndlilərin torpaq paylarını 
onların daimi istifadəsinə verdi. Torpaq payının sahəsi 
müəyyən edilərkən 15 yaşından yuxarı hər bir kişiyə 5 
desyatin norma müəyyənləşdirilirdi. Qadın və uşaqlar 
nəzərə alınmırdı. Lakin bu ciddi norma özü də kağız 
üzərində qaldı. Toraq sahiblərinə aztorpaqlı mülklərdə 
bütün yararlı torpaqların 2/3 hissəsini bilavasitə öz 
ixtisayarlarında saxlamaq və çoxtorpaqlı mülklərdə isə 5 
desyatin normadan çox olan kəndli torpaqlarının 
“artıqlarını” kəsmək hüququ verilmişdi. Bu şərtlər 
nəticəsində Azərbaycan kəndlilərinin islahata qədər 
istifadə etdikləri çoxlu pay torpaqları mülkədarların 
xeyrinə əllərindən alındı. 
Yaşayış yerləri, təsərrüfat tikililəri, habelə kol basmış 
bit
miş sahələr də kəndli torpaq paylarının tərkibinə daxil 
edildi. 
Islahat pay torpaqlarını kənd cəmiyyətlərinin və 
kəndli həyətlərinin mülkiyyətinə deyil, ancaq daimi 
istifadəsinə verirdi. Əslində isə kəndlilər torpaqsız “azad” 


253 
edilmişdilər, torpaq payları yenə də bəy – mülkədarların 
mülkiyyəti olaraq qalırdı. 
Kəndlilərə “torpaq sahibləri ilə könüllü saziş 
əsasında” öz torpaq paylarını ya bütövlüklə, yaxud da 
hissə-hissə, elliklə və həm də ayrı-ayrı həyətlərin 
mülkiyyətini satın almaları üçün yalnız hüquq verilmişdi. 
Kəndlilər hər kəndli həyatı üçün 15 desyatındən çox və 
7,5 desyatindən az olmamaq şərti ilə torpaq ala bilərdilər. 
Dövlət Rusiya quberniyalarından fərqli olaraq, 
Azərbaycan kəndlilərinə vəsait buraxmırdı. Burada 
satınalma (vıkup) məcburi hesab olunmurdu. Bütün 
bunlar Azərbacanın sahibkar kəndində feodal-asılı 
münasibətlərin qalıqlarının saxlanılmasına səbəb oldu. 
Biyar hər bir desyatin pay torpağından 30 qəpik 
hesabı ilə pul vergisi ilə əvəz edildi. 
Mükəlləfiyyətlərin və onların toplanma qaydası 40-cı 
illər qanunlarının müəyyən etdiyi kimi qalırdı. 
1870-
ci il 14 may “Əsasnamə”si 1870-ci il noyabrın 
8-
də qüvvəyə mindi. Bu zaman Əsasnamənin həyata 
keçirilməsi qaydalarına nəzarət edən xüsusi komissiyalar 
yaradıldı. Bəy, mülkədar və kəndli arasında münasibətləri 
nizama salan xüsusi barışıq vasitəçiləri yarandı. 
“Əsasnamə” Azərbaycan kəndlilərinin əksəriyyətini 
təşkil edən dövlət kəndlilərinə aid edilmədi. 1863-cü il 
Zaqatala üsyanından qorxmuş çar hökuməti islahatı 
oraya aid edilmədi. Burada 1913-cü ilə qədər kəndlilərin 
şəxsi asılılıq vəziyyəti toxunulmaz qaldı. 
Azərbaycandakı 
kəndli 
islahatı 
öz 
obyektiv 
məzmunu etibarı ilə burjua xarakteri daşıyırdı. O, 
müəyyən dərəcədə kənddə mövcud olan ictimai-iqtisadi 
münasibətləri 
kapitalist 
inkişafı 
ehtiyaclarına 
uyğunlaşdırmaq siyasətini əks etdirirdi. 
Kəndli islahatı ilə yanaşı məhdud şəkildə olsa da bir 
sıra burjua islahatları: məhkəmə və şəhər islahatı da 


254 
keçirildi. 1868-ci ildən başlayaraq, Qafqazda və 
Azərbaycanda barışıq hakimləri seçilmir, təyin olunurdu. 
Cinayət işlərinə məhkəmə iclaslarının iştirakı olmadan 
baxılırdı. 
1870-ci il iyunun 11-
də şəhərlər haqqında yeni 
“Əsasnamə”nin layihəsini təsdiq etdi. “Əsasnamə”yə 
əsasən şəhər dumaları yaradıldı. Duma– bələdiyyə 
üzvləri isə əmlak senzi əsasında dörd il müddətində 
seçilirdi. Duma seçkilərində vergi verən əhalinin hamısı 
iştirak edə bilərdi. Şəhər vergiləri verməyən fəhlələr, 
qulluqçular, ziyalılar bələdiyyə üzvləri seçkilərində iştirak 
edə bilməzdi. 
Şəhər özünüidarəsinin başlıca vəzifəsi təsərrüfat 
məsələlərinə 
şəhərin 
abadlaşdırılmasına, 
bazarlar 
tikilməsinə, yerli ticarət, maarif, səhiyyənin himayəsi və 
s. ilə məhdudlaşdırıldı.
Azərbaycanın inzibati quruluşuna bəzi dəyişikliklər 
edildi. 1860-
cı ildə Dərbənd quberniyası ləğv edildi. Quba 
qəzası Bakı quberniyasına verildi. Çar Balakən hərbi 
dairəsi Zaqatala hərbi dairəsinə çevrildi. 1868-ci ildə 
Bakı, Tiflis və Irəvan quberniyaları hesabına Yelizavetpol 
quberniyası yaradıldı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin