İllik qatın sayının təyini.
1 sm-ə düşən ilik qatın sayını düzbucaqlı prizma şəkilli 20x20x30mm ölçüdə
olan nümunələrdə təyin edirlər (lif boyu sıxılmada möhkəmlik həddinin təyini
üçün tətbiq edilən nümunələrdə). Döşəmə səthi illik qatın çevrələrinin
görünüşünün aydın seçilməsinə qədər hamar yonulmuş olmalıdır.
Döşənən səthdə 20mm-ə qədər uzadılmış sahədə
illik
halqalara
perpendikulyar olan və bütöv illik qatların sərhəddini qeyd edirlər. Bu ölçü 0,5mm
dəqiqliklə aparılır. Bundan sonra qeyd olunan sahə arasına düşən illik qatların
sayını hesablayırlar. 1sm-ə düşən illik qatın miqdarını, yarım qata qədər dəqiqliklə
aşağıdakı düsturla təyin edirlər:
l
N
n
(10)
Burada n – 1sm düşən illik qatın miqdarı;
N – sahədə olan illik qatın ümumi miqdarı;
L – qeydlər arası məsafə, sm-lə.
1sm-ə nə qədər çox illik qat düşərsə, bir o qədər ağac möhkəm olar.
İynəyarpaqlı cins üçün illik qatn orta eni ilə davamlılıq arasındakı asılılığın bir o
qədər əhəmiyyəti yoxdur, bu asılılıq halqa damar cinsli enliyarpaqlı ağaclar üçün
daha daimi sabit xarakter daşıyır.
Dostları ilə paylaş: |