Mişarlanmış materiallar.
En kəsiyiyn formasından, qalınlğından və eni ilə qlınlığı arasındakı nisbətdən
aslı olaraq mişarlanmış materiallar aşağıdakı növlərə bölünür:
Taxtaların qalınlığı 100mm-dən çox enin qalınlğına nisbətən isə 2 və daha az
olur;
Kiçik bruslar qalınlığı 100mm-ə kimi eninin qalınlığına nisbətən isə 2 və daha
az olur;
Brusların qalınlığı 100mm-dən çox olur. İnşaat işlərində aşağıda göstərilən
mişarlanmış materiallar işlədilir:
Para
şalban,
gövdənin
oxu
üzrəşalbanın
iki
simmetrik
parçaya
mişarlanmasından alınır;
Dördə bir şalbanın bir-birinə perpendikulyar olan 2 diametr üzrə boyuna
mişarlanmasından alınır;
Qabırğa, şalbanlardan taxta kəsildikdə yan tərəflərdən alınan tullantı
materialdır.
Kənarlarının təmizliyindən aslı olaraq taxtalar, yan kənarları kəsilməmiş,
kənarlarında şalbanların əyriliyi qalan yarı kəsilmiş; düzbucaq kəsikli, yəni tamam
kəsilmiş olur.
Mişarlanmış materiallar iynəyarpaqlı – şam ağacı, küknar, qara şam, ağ şam
və sidr ağaclarından; enliyarpaqlı – ağcaqovaq, ağcaqayın, qızılağac, qovaq, fıstıq,
cökə və s ağaclarından hazırlanır.
İynəyarpaqlı ağaclardan hazırlanan mişarlanmış materiallar keyfiyyətinə görə
5 növə bölünür. I və II növ və kiçik şalbanlar ağac konstruksiyaların dartılan və
əyilən elementlərinə, xarrat məmulatı, pəncərə, qapı, ağac borular və s. hazırlamaq
üçün işlədilir. III və IV növ materiallar qara döşəmə, dam qəfəsi, arakəsmə və s.
16
üçün; V növ materiallar isə müvəqqəti anbar və təsərrüfat tikintiləri üçün istifadə
olunur.
Enliyarpaqlı ağaclardan hazırlanan mişarlanmış materiallar keyfiyyətindən və
emal təmizliyindən aslı olarq 4 növə bölünür. Belə mişarlanməş materiallar təmiz
döşəmə, plintus, qaltel və s. üçün istifadə olunur.
Uzunluğu 6,5m-ə qədər olan inşaat tilləri sənaye və mülki binaların
yükdaşıyan konstruksiyaları, uzunluğu 9,5m-ə qədər olan tirlər isə körpü
quruluşlarında işlədilir.
Taxtaların qalınlğı 16, 19, 25, 30, 40, 50, 60, 70, 80, 100, 120, 150, 180, 200
və 220mm olur.
Qalınlığından aslı olaraq taxtalar iki qismə bölünür: nazik taxtalar – qqalınlığı
35mm-ə kimi və qalın taxtalar – qalınlığı 35mm-dən artıq.
Tirlərin en kəsiyini ölçüləri 110x110-dan 220x260mm kimi olur.
Taxta tirlərin uzunluğu 1m-dən başlayaraq hər 0,25m-dən bir dəyişməklə
yuxarıda deyildiyi kimi 6,5 və ya 9,5m-ə kimi olur.
Oduncağın keyfiyyətindən və təmiz emal edilməsindən aslı olaraq tirlər IV
növə bölünür.
Ümumiyyətlə tirlərin keyfiyyətinə olan tələblər taxtalara olan tələblərin
eynidir. Lakin. Tirlərdə qüsurlara daha çox yol verilir.
Dostları ilə paylaş: |