Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Çatlar  :  Liflərin  eninə  dartılmaya  möhkəmlik  həddinə    bərabər  daxili 

gərginliklərin  təsiri  altında  oduncağın  liflər  boyu  yarılmasıdır.  Çatlar  canlı  və 

kəsilmiş  ağaclarda  əmələ  gələ  bilər.  Canlı  ağclarda  əmələ  gələn  çatlara  metik, 

dairəvi və şaxta çatları, kəsilmiş ağaclarda əmələ gələn çatlara isə quruyub yığışma 

çatları aiddir. 

Metik  çatlar  radius  boyunca  bir  və  ya  bir  neçə  daxili  radial  çatlardır.  Onlar 

bütün  ağac  cinslərində,  xüsusən,  şamda,  qaraşamda,  fıstıq  ağaclarında  əmələ 

gəlir.Bu cür çatlar kötükdən başlayaraq  gövdə boyu  yuxarı, bəzən  isə çətirə qədər 

çatır. 

Girdə  meşə  materialında  metik  çatlar  en  kəsikdə,  xüsusən  kötükdə  yaxşı 

görünür.  Belə  ki,  onlar  özəkdən  başlayaraq  yan  səthə  qədər  uzanır,  lakin  qabığa 

çatmır.  Mişarlanmış  meşə  materialındaisə  həm  kəllə  kəsiklərində.  Həm  də  yan 

səthlərdə  müşahidə  olunur.  Yerləşməsindən  aslı  olaraq  sadə  və  mürəkkəb  metik 

çatlar vardır. Sortimentin uzunluğu üzrə bir müstəvi üzərində yerləşən bir və yaxud 

iki  çata  sadə  metik  çat  deyilir.  Sortimentin  kəllə  kəsiklərində  müxtəlif  müstəvilər 

üzrə yerləşən bir və ya bir neçə çata mürəkkəb metik çat deyilir. Metik çatlar ağcın 

böyüməsi prosesində əmələ gəlir. 

Dairəvi  çatlar  bütün  canlı  ağac  cinslərinin  gövdələrində  oduncağın  nüvə, 

yaxud  yetişkən  oduncaq  daxilində  illik  qat  üzrə  qopmasıdır.  Onlar  gövdənin 

hündürlüyü boyu bir qədər davam edir və xaricdən görünmür. Dairəvi çatları girdə 

müşə  materiallarının  kəllələrində  qövsəoxşar,  yaxud  halqavari  çatlar  şəklində  , 

mişarlanmış  meşə  materialların  kəllələrində  xırda  oyuq,  yan  səthində  isə  uzununa 

çatlar şəklində görmək mümkündür. 

Şaxta  çatları  canlı  enliyarpaqlı  ağacların  gövdələrinin  uzununa  yarılmasıdır. 

Bu  çatlar    gövdənin  radiusu  istiqamətdə  qabıqdan  nüvəyə  doğru  yayılır.  Şaxta 

çatları qışda temperatur kəskin aşağı düşən zaman əmələ gəlir. Ildırım  vuranda da 

buna oxşar çatlar əmələ gəlir.  



 

24

Girdə  meşə  materiallarında    şaxta  çatları  yan  səthlərdə  və  kəllələrdə  daha 



yaxşı görünür. 

Quruyub  –  yığılma  çatları  girdə  meşə  materiallarında  qurudulma  zamanı 

yaranan  daxili  gərginliyin  təsiri  altında  əmələ  gəlir.  Çatlar  sortimentin  yan 

səthindən dərinliyinə doğru radial istiqamətlərdə yayılır. Bu nöqsanlar adətən girdə 

meşə  materiallarının  kəllə  kəsiklərində,  onların  uzunluq  üzrə  qeyri-bərabər 

quruması zamanı baş verir. 

Dərinliyinə  görə  çatlar  bir  tərəfə  çıxan,  dayaz,  dərin  və  iki  tərəfə  çıxan  olur. 

Sortimentin yan səthinə və ya yan səthinə və kəlləsinə çıxan çatlara bir tərəfə çıxan 

çatlar  deyilir.  Əgər  çatlar  sortimentin  dərinliyinə,  onun  qalınlığının    1/10-  dan  az 

keçirsə, belə çatlara dayaz çatlar deyilir. Çatların yayılması sortimentin qalınlığının 

1/10-  dan  çox  olarsa  və  onun  yan  səthinə  ikinci  çıxış  olmazsa  belə  çatlara  dərin 

çatlar deyilir. 

Şponda  eni  0,2  mm-dən  az  olan  çatlara  qovuşan,  2  mm-dən  çox  olan  çatlara 

isə aralana çatlar deyilir. 

Girdə  meşə  materiallarında  metik,  dairəvi  və  şaxta  çatları  özək  taxtasının  ən 

kiçik  qalınlığı  üzrə, yaxud çatların ətrafına çəkilmiş dairənin diametri  üzrə, ya da 

zədələnməmiş  periferiya  zonasının  ən  kiçik  eni  üzrə  ölçülür.  Çatlar  oduncağın 

bütövlüyünü pozur və onun fiziki-mexaniki xassələrinui aşağı salır. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin