Hioloplazmanın funksiyaları:
1.
Metobolik-
yağların,
zülalların,
korbohidratların metobalizmi.
2.
Maye mikromühitin formalaşdırılması (hüceyrə
matriksi)
3.
Hüceyrənin hərəkətində, maddələr və enerji
mübadiləsində iştirak edir
Orqanoidlər-bunlar
ikinci
vacib
hüceyrə
komponentləridir. Orqanoidlərin vacib əlaməti ondan
ibarətdir ki, onlar daimi müəyyən quruluşa və
funksiyaya malikdirlər. Funksional əlamətlərinə görə
bütün orqanoidlər 2 qrupa bölünür.
Ümumi təyinatlı orqanoidlər. Bu orqanoidlərə
bütün hüceyrələrdə rast gəlinir. Çünki, hüceyrələrin
ümumi həyat fəaliyyəti üçün onlar vacibdirlər.
125
Bunlara:mitoxondrilər, endoplazmatik şəbəkə (EPT),
peroksisomlar,
Holci
kompleksi,
ribosomlar,
lizosomlar,
sentriollar,
mikroborucuqlar,
mikrofilamentlər və aralıq filamentlər aiddirlər.
2. Xüsusi təyinatlı orqonoidlər. Yalnız spesifik
funksiyalar yerinə yetirən hüceyrələrdə olur. Bunlara
miofibrilər (əzələ liflərində və hüceyrələrdə),
neyrofibrilər (neyronlarda), tonofibrillər, kirpikciklər
və qamçılar aiddir.
|