Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə71/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   67   68   69   70   71   72   73   74   ...   126
Tonofibrillər  –  (dayaq  fibrilləri)  çoxhüceyrəli 
orqanizmlərin  bir  çox  hüceyrələrində:  epteli,  qlial 
hüceyrələrində və s. ibtidai orqanizmlərdən infuzorlarda 
rast  gəlinir.  Çox  qatlı  yastı  epiteli  hüceyrələrində  işıq 
mikroskopu  ilə  baxdıqda  tonofibrillər  çox  aydın 
görünür. Elektron mikroskopu altında onların hər birinin 
diametri 60-150  A
0
 olan  çox  nazik  fibrillər  dəstəsindən 
ibarət olması görünür. Hər dəstədə yüzlərlə fibril iştirak 
edir.  Tonofibrillər  bir  hüceyrədən  digərinə  keçməyərək 
hüceyrə  membranasına  yaxınlaşır  və  desmesomlara 
birləşirlər.  Tonofibrillər  ancaq  heyvan  orqanizmlərinin 
hüceyrələrinə  xas  olan  orqanoiddir.  Onların  zülal 
təbiətli  olması  haqqında  mülahizələr  vardır.  Çox  qatlı 
yastı  örtük  epiteli  hüceyrələrində  onlar 

-keratin 
təbiətlidir.  Bu  orqanoidlər  hüceyrədə  dayaq-karkas 
rolunu  oynayırlar.  Özləri  də  hüceyrənin  daimi 
strukturlarıdır.  
Orqanizmdə bir çox hüceyrələrin hərəkət orqanoidi 
kirpik və qamçılardır. İşıq mikroskopunda bu strukturlar 
hüceyrənin çox nazik çıxıntıları kimi görünür. Kirpiklər 
və  qamçılar  sitoplazmada  xüsusi  dənəvər  struktura-
bazal  cisimciyə  birləşmiş  olur.  Kirpiklərin  uzunluğu  5-
10  mkm,  qamçılar  isə  150  mkm  olurlar.  Kirpik  və 
qamçının qalınlığı 0,2 mkm olub, daxili strukturlarında 
elə  bir  fərq  müşahidə  olunmur.  Bu  orqanoidlər  əsasən 
heyvan 
hüceyrələrinə 
xasdır. 
Kirpriklər 
nəfəs 


 
188 
borusunda,  kirpikli  epiteli  hüceyrəsində,  cinsiyyət 
traktının 
müxtəlif 
şöbələrinin 
kirpikli 
epiteli 
hüceyrələrində,  qamçılar  spermatozoidlərdə  müşahidə 
olunur.  Bundan  başqa  kirpiklər  bir  sıra  ibtidailərdə, 
infuzorlarda,  qamçılar  isə  –  qamçılılar  sinfinin 
nümayəndələrində  yosunların  zoosporlarında,  ibtidai 
göbələklərdə, miksomisetlərdə və s. rast gəlinir.  
Hər  bir kirpik  silindrik  quruluşa  malik  olub  bütün 
uzunu boyu membran ilə örtülü olur. Kirpiyin içərisində 
mürəkkəb  strukturlu  mikroborulardan  ibarət  aksonema 
yerləşir  (şəkil  49).  Kirpiyin  aşağı  bazal  hissəsi 
sitoplazma içərisinə keçir. Bazal cismcik  öz strukturuna 
görə  sentriollara  çox  oxşardır.  O  da          9        triplet 
mikroborulardan ibarət olub, aşağı hissəsində konusvari 
başcıqlı  satellini  vardır.  Aksonema  bazal  cismcikdən 
fərqli  olaraq  9  cüt  dubletdən  ibarət  mikroborulardan 
təşkil olunmuşdur. Mikroboruların dubletləri aksonemin 
radiusuna  nisbətən  azacıq  əyilmiş  şəkildədir  (10
0
-yə 
qədər), xarici dubletlərdən başqa aksonemin mərkəzində 
bir cüt mərkəzi mikroboru yerləşir. Odur ki, kirpiklərin 
bütün mikroborularını (9 x 2) + 2 şəklində təsvir edirlər. 
Mikroboruların dubletləri də iki cürdür. 
1.
 
A- mikroboruları – 13 submikroskopik vahiddən, 
2.
 
B – mikroboruları isə 11 submikroskopik vahiddən 
ibarət olur. 
 
 


 
189 
 
 
Şəkil  49.  Kirpik  və  qamçıların  quruluşu.a-traxeyanın 
kirpikli  epiteli  hüceyrəsinin  quruluşu:  b-sxem,  c-qamçının 
elektron mikroskopunda görünən eninə kəsiyi:q-kirpiklərin kəsiyi 
 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin