Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə72/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   68   69   70   71   72   73   74   75   ...   126
а  
б 
ж  
г 


 
190 
A    mikroborularda  xüsusi  sahə  olur  ki,  onun 
vasitəsilə  B  mikroboruları  ilə  birləşir.  Aksonema  və 
bazal  cisimcik  struktur  cəhətdən  bir-biri  ilə  əlaqədar 
olub  vahid  bir  sistem  yaradırlar.  Belə  ki,  bazal  cismin 
tripletlərinin  A  və  B  mikroboruları  aksonema  A  və  B 
dubletlərinin  mikroborularıdır  (şəkil  50).  Lakin  bazal 
cismin  və  aksonemin  daxili  strukturu  isə  bir-birindən 
kəskin  fərqlənir.  Bəzən  bazal  cismin  aksonemə  keçən 
sahəsində  köndələn  amorf  lövhəyə  rast  gəlinir  ki,  o 
bazal  cisimlə  aksonemi  bir-birindən  ayırır.  Bəzi 
orqanizmlərdə kirpiklərin ümumi quruluşunda müəyyən 
dəyişikliklərə  rast  gəlmək  olur.  Məsələn,  bəzi 
hörümçəkləin  və  həşaratlərin  spermi  hüceyrələrində 
mərkəzi mikroboruların sayı 7-yə qədər dəyişə bilir.  
 
 
 
 
 
 
 
 
Şəkil  50.  Kirpiyin  ümumi  quruluşu.  A  – 
uzununa quruluş; B – kirpiyin eninə kəsiyi; 
V – bazal cismin tripletləri; pm – plazmatik 
membran;  mb  –  mikrorborular;  d  – 
mikrorboruların dupleti; t – mikrorboruların tripletləri 
 
Kiprik  və  qamçıların  əsasında  bəzən  kökcüklər 
və  ya  kinodesmalara  rast  gəlinir  ki,  onlar  6  nm, 
qalınlığında  nazik  fibrillər  dəstəsindən  ibarət  olur. 


 
191 
Çox  vaxt  kinodesmalar  bazal  cisimdən  sitoplazmanın 
içərisinə daxil olur və nüvəyə tərəf istiqamətlənir. Bu 
strukturların  rolu  məlum  deyil.  Onlar  kolxitsin 
təsirindən dəyişmir, interfaz nüvənin sentiollarında da 
rast  gəlinir  və  kirpiyin  əmələ  gəlməsində  iştirak 
etmirlər.  Sentriolların  və  bazal  cisimciyin  oxşarlığı 
belə  fikir  yürütməyə  imkan  verir  ki,  bu  strukturlar 
homoloji  və  identik  strukturlardır.  Bu  nəzəriyyəyə 
görə  sentriol  növbə  ilə  iy  tellərinin,  kirpik  və 
qamçıların  əmələ  gəlməsinə  xidmət  edə  bilər.  Daha 
doğrusu  sentriol  və  bazal  cismcik  eyni  orqanoidin 
alternativ  formasıdır.  Bu  fikri  spermatogenez 
prosesində  sentriolun  davranışı  daha  əyani  isbat  edir. 
Belə ki, spermatoqonilərdəki diplosomlar (hüceyrənin 
bölünməsində iştirak edən) iy tellərinin tərkibinə daxil 
olur.  Spermatidlərdə  diplosomun  sentriollarından  biri 
qamçının  aksoneminin  yaranmasında  iştirak  edir. 
İkincisi  isə  bu  prosesdə  iştirak  etmir  və  yaranmış 
bazal 
cismin 
(aksonemin) 
yanında 
yerləşir. 
Mayalanma zamanı çox vaxt spermatozoidlər yumurta 
hüceyrəsinə  başcığı  ilə  birgə  bazal  cismi  də  daxil 
edirlər  ki,  onlar  da  sentosferi  yaradaraq  bölünmədə 
sentriol  kimi  iştirak  edirlər.  Sentriollarla  bazal 
cisimcik  təkcə  morfoloji  cəhətdən  deyil  çoxalma 
cəhətdən də bir-birilə oxşardırlar. Bir çox tədqiqaçılar 
bazal  cismcik  yanında  sentriolların  reduplikasiyası 
zamanı  qiz  prosentriollarına  analoji  olan  strukturlar 
müşahidə etmişlər. 
Kirpiklərin  yaranması  prosesində  də  bazal 
cismcik  tubulinlərin  polimerləşməsinin  əsasını  təşkil 


 
192 
edir.  Lakin  sentriollardan  fərqli  olaraq  bu  proseslər 
tripletlərin  tərkibinə  daxil  olan  mikroborularla 
əlaqədar  olur.  Bu  proses  ibtidailərdə,  spermatidlərdə, 
digər  kirpik  və  qamçıların  böyüməsi  və  inkişafı 
prosesində  müşahidə  edilmişdir.  Kirpiklərin  əmələ 
gəlməsindən  qabaq  bir  və  ya  bir  neçə  reduplikasiya 
olmuş 
sentriol 
hüceyrənin 
səthinə 
çəkilir. 
Sitoplazmatik 
membranın 
altında 
toplanan 
sentriollardan kirpiklər əvvəlcə struktursuz sitoplazma 
kimi  əmələ  gəlir.  Bununla  yanaşı  əvvəlcə  periferik 
dubletlərin  qısa  mikroboruları,  sonra  isə  mərkəzi 
boruları  yaranır.  Bütün  deyilənlərdən  belə  nəticəyə 
gəlmək  olur  ki,  kirpiklər  sentriolların  fəallaşması 
nəticəsində  yaranır.  Belə  ki,  sentriollar  əvvəlcə 
aksonemlərin yaranmasına induksion olaraq təsir edir, 
özü isə inkişaf etməkdə olan kirpikciyin bazal cisminə 
çevrilir.  Bu  halda  sentriolun  mürəkkəb  tubulyar 
sistemin yaranmasında iştirakı başlanğıc material kimi 
istifadə  olunur.  Əsasında  bazal  cismciyi    olmayan 
normal  aksonemli  kirpik  tapılmamışdır.  Kimyəvi 
cəhətdən  kirpiklər  dinein  zülalından,  DNT,  RNT  və 
bir  sıra  digər  zülallardan  təşkil  olmuşdur.  Dinein 
kirpiklərin  hərəkətlərini  idarə  edir.  Başqa  zülalların 
rolu isə hələ müəyyən deyil. 
 
 
 


 
193 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin