203
Şəkil 52. 1 – Dilimli nüvəli leykosit; 2 – Nüvəsiz
eritrosit
Nüvənin miqdarı da müxtəlif hüceyrələrdə
müxtəlifdir. Adətən hər hüceyrədə bir nüvə olur. Lakin
bəzən 2 nüvəli (qaraciyərin bəzi parenxim hüceyrələri,
qığırdaq hüceyrələri), çox nüvəli (sifonlu yosunlar,
eninəzolaqlı əzələ fibrilləri) hüceyrələr də olur. Hər bir
hüceyrədə nüvənin ölçüsü ilə sitoplazma ölçüsü
arasında müəyyən münasibət olur. Daha doğrusu
müəyyən həcmli nüvə müvafiq həcmli sitoplazmadakı
prosesləri idarə edə bilir ki,buna nüvə-sitoplazma
münasibətləri deyilir və
V
n
/ V
s
- V
n
= const
düsturuna uyğun ifadə edilir.
Vs -sitoplazmanın həcmini,
Vn -isə
nüvənin həcmini
göstərir.
Funksiyaca
nüvələr
interfaza və
bölünən
hüceyrələrin nüvələri olmaqla fərqlənirlər. İnterfaza
nüvədə güclü sintez prosesləri gedir. Bölünən
Dostları ilə paylaş: