Spesifik törəmələrə – piqmetlər, vitaminlər,
fermentlər aiddir.
Piqmentlər kimyəvi cəhətcə müxtəlif təbiətli
olurlar. Ancaq onları ümumiləşdirən bir cəhət var ki, o
da onların canlı orqanizmdə olan təbii rəngləridir.
Heyvan orqanizmlərində əsasən aşağıdakı piqmentlər
olur: melanin, malyariya piqmentli lipofussin, bilurubin,
hemin, hemosiderin, hemotoidin və s.
Melanin, qonur, qara rəngli piqment olub zülal
təbiətlidir. Yağlı həll edicilərdə üzvi və qeyri-üzvi
turşularda həll olmur. Oksidləşdirici maddələrin
təsirindən (hidrogen peroksidi, xlor suyu) rəngsizləşir və
gümüş duzlarını bərpa edir. Melanin piqmenti yumru,
şar, topalar, çubuq şəkilində olur. Melanin dəridə,
199
beyində, daxili orqanlarda, gözdə piqment epitelisində
və s. rast gəlir.
Malyariya piqmenti melanindən turşu və
qələvilərdə həll olması ilə həmçinin gümüş düzlarını
bərpa etməsi ilə fərqlənir.
Lipofussun piqmentinin tərkibində yağlı maddələr
olur. Sarı, narıncı rəng verir, yağlı həll edicilərdə həll
olur. Lipofussin damlalar, kiçik dənələr şəkilində
hüceyrədə mövcud olur. Əsasən sinir hüceyrələrində
xüsusilə sinir hüceyrələrinin qocalması ilə əlaqədar
olaraq toplanır. Odur ki, onu bəzən qocalıq piqmenti də
adlandırırlar. Bu piqment balıqlarda, amifibilərdə və
digər heyvanlarda da rast gəlir. Həmin piqment qana
qırmızılıq verən, hemoqlobinin tərkibində olur.
Hemosiderin
və
hemotoidin
hemoqlobinin
çevrilməsindən əmələ gəlir. Adətən qırmızı qan
cisimciklərinin parçalandığı orqanlarda olur. Dalağa,
qaraciyərə, böyrəyə qəhvəyi rəng verir. Ümumiyyətlə
hemotoidin və hemosiderin, sarı, qəhvəyi, boz rənglər
verirlər. Piqmentlər adətən sitoplazmaya toplanır, bəzən
çox nadir hallarda nüvədə də müşahidə edilir.
Bitki hüceyrələrində piqmentlər adətən plastidlərlə
(xloro və xromoplastlar) əlaqədardır. Bitkinin yaşıl
hissələrinin
hüceyrələrində
xlorofillə
yanaşı
karotionoidlər də olur. (Həmin piqmentlər haqqında
orqanoidlər bəhsində ətraflı məlumat verilib). Bundan
başqa bitki hüceyrələrinin hüceyrə şirəsində antosian və
ona yaxın piqmentlər olur. Antosianin hüceyrəyə verdiyi
rəng hüceyrə şirəsinin PH-dan asılı olur. Antosian turş
mühitdə qırmızı, qələvi mühitdə göy rəng verir.
200
Çiçəklərin, meyvə köklərinin, meyvələrin və s.
rənglənməsində piqmentlər xüsusi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |