219
xromosomlar metasentrik adlanır. Sentromer xromosom
çiyinlərini
qeyri
-
bərabər
böldükdə
xromosomlar
submetasentrik
adlanır.
Sentromer
xromosom
çiyinlərindən birinin ucunda olduqda 2-ci xromosom
çiyni çox qısa olur. Demək olar ki, görünmür. Bu cür
xromosomlar
akrosentrik
xromosom
adlanır.
Sentromerin xromosoma birləşən yerinə kinetaxor və ya
birinci daralma yeri deyilir. Bəzən xromosom dəsti
içərisində ikinci
daralma
yerinə
malik olan
xromosomlar da olur. Belə xromosomlara disentrik (iki
sentromerli) xromosom deyilir. Lakin çox sentromerli
xromosomlar da olur ki, onlara polisentrik xromosomlar
deyilir.
Bəzi xromosomlarda olan ikinci daralma yeri
xromosomun distal ucuna yaxın olur və nüvəcik
yaradan zona adlanır. Belə ki, kariotipdə disentrik
xromosomun miqdarı qədər də nüvəcik olur. RNT-nin
sintezi üçün məsul olan DNT elə həmin zonada yerləşir.
Xromosom çiyinlərinin uc hissələri telomer
adlanır. Xromosomların telomer ucları bir-birilə və
xromosom fraqmentləri ilə birləşmə
qabiliyyətinə malik
deyillər.
Müxtəlif orqanizmlərin xromosomları ölçülərinə
görə müxtəlif olurlar. Belə ki, xromosomların uzunluğu
0,2-dən 50 mkm-ə qədər olurlar. Ən kiçik xromosomlar
ibtidailərdən göbələklərdə, yosunlarda, eləcədə kətənda,
dəniz qamışında rast gəlinir. Onlar o qədər kiçikdirlər
ki,işıq mikroskoplarında güclə seçilirlər. Ən iri
xromosomlar,
iki
qanadlılarda,
amfibilərdə,