223
hüceyrənin ölümünə səbəb olmur. Kimyəvi faktorların
təsiri
nəticəsində
xromosomun
heteroxromatin
sahəsində euxromatin sahəyə nisbətən daha çox
qırılmalar baş verir. Sitoloji və genetik tədqiqatlar
göstərir ki, bu halda heteroxromatin euxromatin sahəyə
güclü
təsir
göstərir,
euxromatin
sahə
də
kondensasiyasiyaya uğrayır, onların funksiyaları
zəifləyir, genlər inaktivasiyasiyaya uğrayır. Bu zaman
euxromatin sahəsində RNT sintezi zəifləyir və ya
tamam
dayanır.
Lakin
euxromatin
sahənin
heteroxromatinləşməsi müvvəqəti xarakter daşıyır.
Nüvənin funksional fəallığı bərpa edildikdə xromatin
seyrəkləşir və euxromatin vəziyyətinə keçir.
Hazırda struktur və fakultativ heteroxromatin ayırd
edirlər. Struktur heteroxromatin nüvədə RNT sintezi
cəhətdən fəal olmur. Onların replikasiyası əsasən nüvə
DNT-si sintezinin sonunda başlayır. Məlum olmuşdur
ki, heteroxromatinlə zəngin olan nüvə fraksiyasındakı
DNT-də nukleotidlər ardıcıllıqla təkrar yerləşir. Eləcədə
sentromerə yaxın yerləşən hetoxromatin satellit DNT-nə
malik olur. Yəni bu zonanın DNT-də nukleotid
ardıcılları tez-tez təkrar olur. DNT-nin bu fraksiyası
RNT-nin heç bir formasının transkripsiyasında iştirak
etmir, yəni qeyri-fəaldır.
Heteroxromatinin
telomer
vəziyyəti
əsasən
bitkilərin xromosomlarında rast gəlinir. Bu zaman
euxromatin zona arasında azacıq heteroxromatin
sahələrə rast gəlinir. Struktur
heteroxromatinin vəziyyəti
tam məlum deyil. Guman edilir ki, o nüvənin ümumi
strukturunun saxlanmasında xromatinin nüvə qişasına
224
birləşməsində
iştirak
edir,
meyozda
homoloji
xromosomlar sahələrinin tanınması, həmçinin qonşu
genlərin ayrılması zonasını müəyyənləşdirmək rolunu
oynayaraq gen fəallığının requlyasiyasında iştirak edir.
Fakultativ heteroxromatin müvvəqəti olaraq
kondensasiya vəziyyətinə keçmiş xromatin sahəsinə
deyilir. Məs: leykositlərdə, nüvəli eritrositlərdə nüvənin
formalaşması
zamanı
xromatinin
çox
hissəsi
kondensasiya vəziyyətinə keçir heteroxromatinləşir. Bu
zaman xromatində RNT sintezi ya nisbətən bəzən də
tamamilə dayanır. Lakin yuxarıda deyildiyi kimi
nüvənin bu cür heteroxromatinləşməsi vəziyyəti
müvvəqəti xarakter daşıyır. Nüvənin funksional fəallığı
bərpa olduqca heteroxromatinləşmiş sahə də euxromatin
vəziyyətinə keçir.
Dostları ilə paylaş: