Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə83/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   79   80   81   82   83   84   85   86   ...   126
Nüvə məsamələri Nüvədə tam prosesindən keçmiş 
m-RNT  t-RNT-lər  və  tam  yığılmış  ribosomlar  
nukleoprotein  kompleksi  şəkilində  nukleoporlarla 
(nüvə  məsamələri)  nüvə  qabığını  kəsib  sitoplazmaya 
keçirlər.  Eləcə  də  sitoplazmada  sintez  olunan  nüvə 
ünvanlı zülal makromolekullar nüvəyə daşınır.  
Bütün 
eukariot 
hüceyrələrdə 
çoxsaylı 
porlar 
(məsamələr)  nüvə  qabığını  deşir.  Hər  bir  nüvə  pori 
nüvə  por  kompleksi”  (NPK)  adlandırılan  dəqiq 
quruluşdan  təşkil  olunmuşdur  (Şəkil  53)    ki,  bu  da 
hüceyrədə  ən  böyük  zülal  yığımından  (toplusundan) 
yaranmış  kompleksdir.  Porun  quruluşunun  ümumi 
çəkisi  onurğalılarda  60-80  milyon  daltondur  ki,  bu  da 
təxminən 16 dəfə eukariot ribosomdan böyükdür. NPK-
lər  nukleoporinlar  adlandırılan  30-a  qədər  müxtəlif 
zülalların    çoxsaylı  nüsxələrindən  təşkil  olunmuşdur.  
Nüvə  porunun  elektron  mikroskopundakı  şəkili  onun 
səkkizguşəli  quruluşda  olduğunu  göstərir,  membrana-
batmış üzük (həlqəvi) quruluş  böyük akvaporları əhatə  
edir.  Təxminən  100  nm  uzunluqda  səkkiz  filoment 
terminal  üzüklə  (həlqə  ilə)  birləşərək  nukleoplazmaya 
uzanır, bu filomentlərin son uzaq ucları terminal üçlüklə 
birləşərək  nüvə  səbəti  adlandırılan  quruluşu  yaradırlar. 
Sitoplazma  filamentləri  NPK-in  sitoplazma  tərəfindən 
sitozola uzanırlar.  
 
İonlar, kiçik metabolitlər və 40 kDa ölçüyə qədər 
olan  qlobulyar  zülallar    diffuziya  yolu  ilə  passiv 
transport şəkilində nukleopor kompleksin mərkəzi akva 
(su)  rayonu  ilə  keçir.  Amma,  böyük  zülallar  və 
ribonukleoprotein  komplekslər  nüvədən  kənara  və 


 
211 
daxilə  diffuziya  edə  bilmirlər.  Ona  görə  də    bu 
makromolekullar  NPK-dən,  həll  olan  transporter 
zülalların  köməyi  ilə,  bu  makromolekullara  birləşərək 
və  nukleoporinlə  qarşılıqlı  əkaqədə  olaraq  fəal  şəkildə 
daşınırlar.  Bu  cür  aktiv  transport  üçün  NPK-lərin 
qabliyyəti  və  effektivliyi  xüsusi  əhəmiyyətə  malikdir. 
Belə  hesab  olunur  ki,  NPK  bir  dəqiqənin  müddətində  
60000 zülal molekulunun nüvə daxilinə, 50-250 m-RNT 
molekullarının,  10-20  ribosomun  subvahidlərinin  və 
1000 
t-RNT 
molekullarının 
nüvədən 
kənara 
transportunu həyata keçirir.  
 
Ümumiyyətlə  NPK-da  nukleoporinlər  üç  tipdə 
olurlar:  quruluş  (struktur)  nukleoporinləri,  membran 
nukleoporinləri  və  FG-nukleoporinlər  (bunlar  xüsusi 
fenelilalanin (F) və qlisin (G) ardıcıllığından ibarət olan 
hidrofob  rayona  malik  olan  nukleoporinlərdir).  Bu 
nukleoporinlərin 
hər 
biri 
xüsusi 
ardıcıllıqla 
makromolekulların  daşınmasını  nizamlayırlar.  Məhz 
nukleopor  kompleksin  kanalında  xətti  düzülən  və 
həmçinin nüvə səbətində və sitoplazma filamenmtləri ilə 
assosiasiyasda  olan  FG-nukleoporinlər  NPK-nı  kəsib 
keçən 
makromolekul 
kompleksin 
düzgünlüyünü 
yoxlayır və kompleksin hərəkətini nizamlayır. 


 
212 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin