Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə91/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   87   88   89   90   91   92   93   94   ...   126
endoreproduksiya  adlanır.  Məlum  olduğu  kimi 
somatik  mitozda  xromosomlar  bir-birilə  konyuqasiya 
etmirlər.  Lakin  tüpürcək  vəzilərində  homoloji 
xromosomlar  konyuqasiya  edir  və  bir-birinə  burulmuş 
halda olur. Bu hadisə somatik konyuqasiya adlanır.  
Nəhəng  və  ya  politen  xromosomlar  sitogenetik 
cəhətdən çox böyük əhəmiyyət kəsb edirlər. Belə ki, bu 
xromosomların  uzunu  boyu  tünd  və  açıq  rənglənən 
sahələr növbələşir. Tünd hissə – disklər, açıq rənglənən 
hissələr  isə  disklər  arası  sahə  adlanır.  Disklərin 
uzunluğu müxtəlif olur, eni isə xromosom eninə bərabər 
olur. Nisbətən geniş disklərin quruluşu mürəkkəb olub, 
duplet təşkil edirlər, disklərarası sahə fibrilyar struktura 
malik olub, qələvi rəngləyicilərlə rənglənmir. Disklərin 
sayı, lokalizasiyası, topoqrafik yerləşməsi hər homoloji 
xromosomda sabitdir.  
Nəhəng xromosomda disklərin topoqrafik xəritəsini 
tərtib etmək və bunu genetik xəritə ilə müqayisə etmək 
mümkündür. 
Nəhəng 
xromosomlardakı 
disklər 
xromonemlərin  sıx  spirallaşmasından  əmələ  gəlir. 
Xromonemlərdə spirallaşmış və zəif spirallaşan sahələr 
növbələşdiyindən  xromosom  müəyyən  şəkil  alır  ki,  bu 
da  hər  növ  üçün  xarakter  olur.  Maraqlı  burasıdır  ki, 
genlərin  xromosomlarda  yerləşdiyi  nöqtə  ilə  disklər 


 
238 
uyğun gəlir. Deməli, genləri xromosomda krossinqover 
faizi ilə hesablamaqdan başqa, nəhəng xromosomlardakı 
disklərlə də müəyyən etmək imkanları yaranır.  
İkiqanadlıların inkişafının müəyyən mərhələlərində 
disklər  qalınlaşır  və  sıxlaşır,  bu  halda  onlar  pufflar 
adlanır, bəzən onlar daha iri olur  və Balbiani həlqələri 
adlanır.  Puff  və  ya  Balbiani  həlqələri  olan  sahələrdə 
bəzən xromonemlərdən yan çıxıntılar çıxır  ki, bu halda 
onlar  fırça  şəkilli  xromosomlara  oxşayırlar.  Puff  və 
Balbiani həlqələrinin yaranması geri dönən prosesdir.  
Puff  və  Balbiani  həlqələrində  zülal  və  RNT  sintez 
olunur.  

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin