(iki billion) hüceyrə olur. Bu rəqəm onu göstərir ki,
orqanizm nə qədər mürəkkəbdir və eləjə də onu təşkil
edən hüceyrələr nə qədər çox və kiçikdir. Bir hüceyrənin
orta çəkisi 10
-8
qr, diametri isə 0,02 mm. Bu qədər kiçik
hüceyrələr mayalanmadan sonra intensiv bölünməklə
orqanizmə xas olan belə böyük miqdar hüceyrələr qrupu
əmələ gətirirlər. Təkcə insan orqanizmi deyil, bütün
çoxhüceyrəli orqanizmlər özlərinə xas olan yaşlı fərdə
məxsus hüceyrələri bölünmə yolu ilə təmin edirlər. Odur
ki, bölünmə prosesi orqanizmə xas olan ümumi
reproduksiyanın bir hissəsidir. Hüceyrə elementar bioloji
sistem kimi özünün mövcudluğunu və fasiləsizliyini
bölünmə ilə təmin edir.
Təkhüceyrəli orqanizmlər bölünərək bir hüceyrədən
iki təkhüceyrəli orqanizm əmələ gətirirlər. Bu o deməkdir
ki, hüceyrələrin bölünməsi növün fərdlərinin sayının
artmasına səbəb olur. Çoxhüceyrəli orqanizmlərin
ziqotadan inkişafında sonrakı bölünmələr çoxhüceyrəli
orqanizmin yaranmasına və böyüməsinə səbəb olur. Yaşlı
orqanizmdə böyümə prosesi dayanandan sonra da
hüceyrələr bölünür və beləliklə orqanizmin fizioloji
regenerasiyasını təmin edirlər. Lakin bu cür orqanizmdə
heç də bütün hüceyrələr bölünüb regenerasiyaya uğraya
240
bilmirlər, Məsələn: sinir hüceyrələri. Beləliklə, canlı
orqanizmlərin hüceyrələri bölünməklə öz varlığını
saxlayır və fasiləsizliyini təmin edirlər. Təbiətdə
hüceyrələrin bölünməsi 4 üsulla gedir.
1.