Assimetrik mitoz nəticəsində hüceyrənin genetik
materialı tam bölünsə də sitoplazmanın qeyri-tam
bölünməsi nəticəsində həcmcə iki müxtəlif hüceyrə
alınır. Onlardan iri hüceyrə sonradan bölünmə
qabiliyyətinə malik olur, kiçik hüceyrə isə ya tamamilə,
ya da bir neçə bölünmədən sonra bölünmə qabiliyyətini
itirir.
Məs:
bir
sıra
orqanizmlərin
yumurta
hüceyrələrinin spiral paralanması zamanı əmələ gələn
makromer və mikromer hüceyrələri. Makromerlər
bölünməni davam etdirir, mikromer hüceyrələr isə bir
neçə bölünmədən sonra bölünmə qabiliyyətini itirirlər.