255
hüceyrələr daha çox bölünürlər. Orqanının şiddətli
funksiyası zamanı isə mitoz zəifləyir. Çox hallarda bu
orqanizmin hormonal fəaliyyəti ilə əlaqədar olur.
Məsələn: Ağrı hissəsindən və ya digər qıcıqlanmadan
mitozun azalması bu zaman çox miqdar adrenalin
ayrılması ilə əlaqədar olur. Bölünən hüceyrələrin
miqdarının dəyişməsi bir qayda olaraq mitoza sərf
olunan vaxtın dəyişməsi ilə deyil, interfazanın müxtəlif
mərhələlərinə sərf olunan vaxtın dəyişməsi ilə
əlaqədardır. Belə ki, müxtəlif amillərin təsirinə
interfazanın G
1
dövrü (DNT repliksiyasına hazırlıq
dövrü) və G
2
dövrü çox həssasdır. Hüceyrələrin bu
dövrdə gecikməsi interfazanın uzanmasına və beləliklə
ümumi bölünən hüceyrənin miqdarının azalmasına
səbəb olur. Lakin gün ərzində və ya günün müxtəlif
dövrlərində mitotik aktivlik bir neçə dəfə dəyişirsə də
bölünən hüceyrələrin sayı gün ərzində hər bir orqan
üçün daimi qalır. Bu hal belə mülahizə etməyə imkan
verir ki, orqanizmdə mitotik tsiklin dövrünü,
hüceyrələrin bərpasını requlə edən ümumi mexanizm
mövcuddur.
Dostları ilə paylaş: