250
qanunauyğun düzülmüş olurlar. Qız xromosomları
sentromer zonada bir yerdə saxlayan sekurin zülalı,
sonra , APC kinaza ilə fəallaşan xüsusi fosfataza
separaza fermenti vasitəsi ilə defosforlaşaraq kəsilir və
ikiləşmiş xromosomdan hər biri hüceyrənin bir qütbünə
istiqamətlənmiş olur. Bu zaman ekvatordakı hər bir
xromosom qütblərdən eyni məsafədə yerləşmiş olur.
Nəticədə ikiləşmiş xromosomlardakı sentromerlərdən
hər biri özünü müxtəlif qütblərə yönəlmiş eyni vahid
kimi aparır. Metafazada xromosomların çiyinləri
ekvatordan kənara da çıxa bilərlər. Lakin onların
sentromerləri mütləq ekvatorda qanunauyğun düzülmüş
olurlar. Ekvatorda bu cür qanunauyğun düzülən
xromosomlar qütblərə çəkilmək üçün başlanğıc
vəziyyətində dururlar. Xromosomların morfologiyasını,
sayını, ölçüsünü öyrənmək üçün metafaza ən əlverişli
mərhələ hesab olunur. Mitoza lazım olan vaxtın 1/3
hissəsi metafazaya sərf olunur.
Dostları ilə paylaş: