1. İnterfaza – yəni iki bölünmə arasındakı dövr.
2. Xüsusi mitoz – hüceyrələrin bölünməsi dövrü.
İnterfaza dövründə hüceyrə böyüyür, funksiyalarını yerinə
yetirir və mitoza hazırlaşırlar. Bu dövrə sərf olunan vaxt
müxtəlif hüceyrələrdə müxtəlif olur. İnterfaza özü 3
ardıcıl dövrdən ibarətdir (şəkil 61).
1.
Presintetik və ya postmitotik dövrü (G
1
).
2.
Sintez dövrü (S).
3.
Postsintetik və ya premitotik dövr (G
2
)
adlanır.
İnterfazanın hər bir göstərilən dövrü biri digərindən
həm DNT, RNT, zülal və s. sintezinin fəallığı ilə həm də
sintez olunan maddələrin xarakteri ilə fərqlənir.
Presintetik dövr (G
1
) hüceyrənin boyca, həcmcə artması
və DNT-nin sintezinə hazırlaşması dövrüdür. Belə ki, hər
bir hüceyrənin bölünməsi üçün onun mütləq müəyyən
həcmə çatması vacibdir. Ancaq müvafiq həcmə çatandan
sonra hüceyrələr növbəti bölünə bilərlər. Amöbalar
üzərində aparılan tədqiqatlar bu fikrin düzgünlüyünü izah
244
edirlər. Məs. Amöba o vaxt bölünər ki, onun həcmi iki
dəfə böyümüş olsun. Əgər amöbanın böyüməsinin
müəyyən mərhələsində onun sitoplazmasından müəyyən
qədər kəssək
,
onun bölünməyə daxil olmasını gecikdirə
bilərik. Belə hüceyrə əvvəlki həcmindən iki dəfə artıq
həcmə çatanda bölünməyə başlayır. Bunu onunla izah
etmək olar ki, sitoplazmada spesifik zülalların müəyyən
miqdara çatması onların bölünməsinə imkan yaradır. Bəzi
tədqiqatçılar belə hesab edir ki, presintetik (G
1
) mərhələdə
hüceyrənin böyüməsi sintez (S) dövründə hüceyrədə DNT
sintezini müəyyənləşdirir. Belə ki, (G
1
) dövründə RNT və
bəzi zülalların sintezinin dayandırılması hüceyrənin S
dövrünə daxil olmasını ləngidir. Bu hadisə belə mülahizə
yürütməyə imkan verir ki, S dövründə DNT-nin sintezi
üçün xüsusi təşəbbüskar-zülal mövcud olmalıdır. Güman
edilir ki, həmin təşəbbüskar zülal bütün G
1
dövründə
sintez olunur və onun miqdarı müəyyən hüduda çatdıqda
hüceyrələr S dövrünə daxil olurlar. Eləcə də (G
1
)
dövründə DNT-nin sələfi olan bəzi fermentlər o cümlədən
nukleotidfosfokinaz fermenti, RNT və zülalların
metobolik fermentləri sintez olunur. Bütün bu proseslər
göstərir ki, (G
1
) dövrü DNT-nin sintezi üçün hazırlıq
mərhələsi hesab olunur.
G
1
dövrünə sərf olunan vaxt müxtəlif hüceyrələrdə
müxtəlif olur. Bəzi hallarda DNT sintezi presintetik dövrü
(G
1
) keçmədən də başlaya bilər. Məs. dəniz kirpisinin
mayalanmış
yumurta
hüceyrəsinin
bölünməsi
(paralanması) zamanı bu hala rast gəlmək olur. Bu halda
DNT-nin sintezinə hazırlıq yəni (G
1
) mərhələsində
keçməli olan proseslər hələ telofaza mərhələsinin sonunda
baş verir. Elə ona görədir ki, bu hüceyrələr bölünmədən
əvvəl böyümürlər, əksinə bir müddət hər bölünmədən
245
sonra onlar kiçilirlər, odur ki, bir neçə ardıcıl bölünmə
nəticəsində onlar getdikcə kiçilirlər. Görünür bu
hüceyrələrdə insiator-zülal və RNT özündən əvvəlki
mitotik tsikldə sintez olunur. Eləcə də (G
1
) dövrü
fuzarium
miksomisetlərində,
bəzi xərçəng şişləri
hüceyrələrində və bəzi ibtidailərin bölünməsində rast
gəlmir. Hüceyrə tsiklində ən çox
Şəkil 60. Hüceyrələrin həyat təşkilinin sxemi:
M – mitoz, G
1
– pressintetik, S – sintetik, G
2
– postsintetik dövr.
əhəmiyyət kəsb edən dövr sintez dövrüdür (S). Sintez
dövrünün pozulması və ya dayanması ümumiyyətlə
hüceyrə tsiklinin dayanmasına səbəb olur. Təkcə
meyozda cinsi hüceyrələrin yetişməsi dövründə iki
bölünmə arasında S dövrü olmur. Hüceyrə tsiklikdə S
dövrünün müddəti DNT-nin peplikasiyası sürətindən
asılı olur. Məs: dəniz kirpisinin paralanma dövründə
olan hüjeyrələrində 30 dəq. orqanizmin rüşeym
hüceyrələrində isə bir neçə saat davam edir. 15 günlük
siçan rüşeyminin bağırsaq epitelisi hüceyrələrində S
dövrünə 7 saat, 18 günlük rüşeym hüceyrələrində isə
415 saat tələb olunur. S dövrünün getməsi üçün
246
hüceyrədə hələ (G
1
) dövründə başlamış RNT və
zülalların sintezi vacib şərtlərdəndir. S dövründə DNT
sintezi ilə yanaşı sitoplazmada histon zülallar sintez
olunaraq nüvəyə ötürülür və nüvə DNT-si ilə birləşir. S
dövründə həm də r-RNT-si sintez olunur ki, bu da (G
2
)
dövründə mitoza lazım olan zülalların sitnezində
istifadə olunur. Sintez dövrü başa çatdıqdan sonra
postsintetik dövrü (G
2
) başlayır. Bu dövr premitotik
dövr də adlanır. Çünki, bu dövrdən sonra xüsusi mitoz
başlayır. Postsintetik dövr interfazanın dövrləri içərisində
az vaxt tələb edir. Bəzi müstəsna hallarda məs. bəzi
zambaqçiçəklilərin
mikrosporosit
hüceyrələrində
sintezdən sonra birbaşa xüsusi mitozun profaza mərhələsi
başlayır. Bəzən isə əksinə hüceyrələr G
2
dövründə çox
qalırlar.
Məs:
siçanların
qulağının
epidermis
hüceyrələrində, cücələrin qida borusunun epiteli
hüceyrələrində və s. G
2
dövründə hüceyrələrdə RNT və
zülal sintezi davam edir və əsasən məlumat RNT-si
sintez olunur ki, bu da mitozun gedişinə sərf olunur. r-
RNT isə ondan əvvəl sintez olunaraq hüceyrənin
bölünməsini müəyyənləşdirən zülalların sintezində
iştirak edir. G
2
dövründə mitotik aparatın tərkibinə daxil
olan zülallar, xüsusilə tubulin sintez olunur. Məlum
olmuşdur ki, bir mitotik tsikldə sintez olunan tubulin
sonrakı mitozda da istifadə edilə bilər. Eləcə də G
2
dövründə növbəti mitozun G
1
dövrü üçün müəyyən qədər
RNT sintez olunur. Beləliklə məlum olur ki, interfazada
onun ayrı-ayrı dövrlərinə xas olan makromolekullar
sintez olunmaqla yanaşı G
2
növbəti G
1
üçün, G
1
də
növbəti S dövrü üçün, S dövründə isə növbəti G
2
dövrü
üçün də makromolekulların sintezinə hazırlıq gedir.
247
Hüceyrələrin bölünməsi və çoxalmasının müxtəlif
toxumalarda öyrənilməsi göstərmişdir ki, hüceyrələrin
ixtisaslaşması, differensiasiyaya uğraması prosesi nə
qədər yüksək olsa bir o qədər onların bölünmə
qabiliyyəti aşağı olur. Belə çıxır ki, hüceyrələr ya
differensasiyaya uğramalı və ya da bölünməlidir. Hər iki
proses birlikdə mövcud olur. Hər bir hüceyrə interfazada
hazırlıq dövrlərini keçdikdən sonra xüsusi mitoza daxil
olur. Xüsusi mitoz interfazaya nisbətən az vaxt tələb edir.
Ümumi mitotik tsiklə sərf olunan vaxtın 0,1 hissəsi
xüsusi mitoza sərf olunur. Məs: meristem hüceyrələrinin
bölünməsində interfazaya 16-30 saat vaxt tələb olunursa
xüsusi mitoza cəmi 1-3 saat sərf olunur. Yumurta
hüceyrələrinin paylanmasında bütün hüceyrə tsiklinə 1
saatdan da az vaxt sərf olunur. xüsusi mitoz bir neçə
mərhələdə keçir: profaza, metafaza, anafaza və telofaza
(şəkil 61).
Bu
mərhələlər
arasındakı
sərhəddi
dəqiq
müəyyənləşdirmək çətinlik törədir, çünki mitoz özü
fasiləsiz bir prosesdir və mərhələlər içərisində anafaza
mərhələsinə keçid olur, çünki bu mərhələ xromosomların
qütblərə hərəkəti ilə başlayır. Odur ki, anafazaya digər
mərhələlərə nisbətən az vaxt sərf olunur.
248
Şəkil 61. Mitoz bölünmə
1. Sxematik quruluşu. İnterfraza. A-erkən profaza, B-profaza,
C-metafaza, D-anafaza, E-erkən telofaza, F-
telofaza
2. Elektron mikroskopu ilə görünüşü
Dostları ilə paylaş: |