Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə97/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   93   94   95   96   97   98   99   100   ...   126
Profaza. 
Bu 
mərhələyə 
interfazanın 
G
2
 
məhələsində  olan  hüceyrələr  daxil  olurlar.  Odur  ki, 
həmin hüceyrələrdə başlanğıc hüceyrəyə nisbətən DNT 
iki  dəfə  çox  olur.  Profazanın  əvvəlində  nüvədə  nazik 
xromosom  sapları-profaz  xromosomları  müşahidə 
olunur.  Bu  xromosomların  kondensasiyası  nəticəsi 
olaraq  yaranır.  Profaza  inkişaf  etdikcə  xromosomlar 
spirallaşır və qısalır. Odur ki, profazanın ortalarında hər 


 
249 
profaz  xromosomunun  iki  bir-birinə  qarşılıqlı  sarılmır 
və  spirallaşmış  xromatiddən  ibarət  olmasını  görmək 
mümkündür.  Xromosomların  kondensasiyası  ilə  yanaşı 
nüvəciyin itməsi  müşahidə olunur.  Enyi  zamanda  nüvə 
membranı  nazikləşir  və  dağılmağa  başlayır,  nüvə 
membranının  məsamələri  itir,  membrana  kiçik 
fraqmentlərə parçalanır. Profazada baş verən ikinci əsas 
məsələ  iy  tellərinin  yaranmasıdır.  İy  tellərinin 
yaranması  profazada  sentriolların  iştirakı  ilə  və 
sentriollarsız  da  baş  verə  bilər.  Sentriollarsız  iy  telləri 
ali  bitkilərdə  və  bəzi  ibtidailərdə  yaranır.  Heyvanlarda 
isə  iy  telləri  sentiolların  iştirakı  ilə  yaranır. 
Göbələklərdə və ibtidailərdə iy telləri nüvə daxilində də 
yarana  bilər.  Bu  halda  mitozda  nüvə  membranı 
dağılmır.  
İy  telləri  iki  cür  olur:  onlardan  bir  qrupu 
hüceyrənin bir qütbündən digər qütbünə qədər uzanır və 
fasiləsiz  iy  telləri  adlanır.  İkinci  qrupu  isə  ikiləşmiş 
xromosomlara  birləşir    və  onların  qütblərə  çəkilməsini 
təmin edir. Bunlar dartıcı, xromosomları qütblərə çəkən 
iy  tellər  adlanır.  Profaza  mitozun  bütün  sonrakı 
mərhələlərinin taleyini həll edir.  
Metafaza  –  nüvə  membranı  əridikdən  sonra 
xromosomlar  sitoplazmada  xaotik  yerləşirlər.  Sonralar 
onlar  maksimum  spirallaşır  və  xromosomun  ikiləşmiş 
xromatidlərindən  hər  birinin  sentromerinə  multizülal 
kompleksi  -  kinetoxorlar  birləşirlər.  Hər  bir  qız 
xromosomun  sentromerinə  birləşmiş  kinetoxor  əks 
qütblərdən  gələn  mikroborucuqlardan  ibarət  olan  iy 
tellərinə  birləşirlər  və    xromosomlar  ekvatorda 


 
250 
qanunauyğun  düzülmüş  olurlar.  Qız  xromosomları 
sentromer  zonada  bir  yerdə  saxlayan  sekurin  zülalı, 
sonra  ,  APC  kinaza  ilə  fəallaşan  xüsusi  fosfataza 
separaza fermenti vasitəsi ilə defosforlaşaraq kəsilir və 
ikiləşmiş xromosomdan hər biri hüceyrənin bir qütbünə 
istiqamətlənmiş  olur.  Bu  zaman  ekvatordakı  hər  bir 
xromosom  qütblərdən  eyni  məsafədə  yerləşmiş  olur. 
Nəticədə  ikiləşmiş  xromosomlardakı  sentromerlərdən 
hər  biri  özünü  müxtəlif  qütblərə  yönəlmiş  eyni  vahid 
kimi  aparır.  Metafazada  xromosomların  çiyinləri 
ekvatordan  kənara  da  çıxa  bilərlər.  Lakin  onların 
sentromerləri mütləq ekvatorda qanunauyğun düzülmüş 
olurlar.  Ekvatorda  bu  cür  qanunauyğun  düzülən 
xromosomlar  qütblərə  çəkilmək  üçün  başlanğıc 
vəziyyətində  dururlar.  Xromosomların  morfologiyasını, 
sayını,  ölçüsünü  öyrənmək  üçün  metafaza  ən  əlverişli 
mərhələ  hesab  olunur.  Mitoza  lazım  olan  vaxtın  1/3 
hissəsi metafazaya sərf olunur.  

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin