Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə99/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   95   96   97   98   99   100   101   102   ...   126
Telofaza  –  xromosomlar  qütblərə  çəkildikdən 
sonra  onlarda  dekondensasiya  və  desprilzasiya 
prosesləri  gedir.  Belə  ki,  xromosomu  təşkil  edən 
xromatidlərin  spiralları  açılır,  onlar  bir-birinə  sarılaraq 
yumaq  əmələ  gətirirlər,  nəticədə  hüceyrənin  hər 
qütbündə  bir  yumaq  əmələ  gəlir.  Xromosomlar 
üzərindən  qabarcıqlar  çıxır,  onlar  birləşərək  nüvənin 
daxili 
membranını 
əmələ 
gətirirlər. 
Sonra 
endoplazmatik  şəbəkənin  çənləri  və  vakuollarının 
birləşməsindən  nüvənin  xarici  membranı  əmələ  gəlir. 
Bu  zaman  hüceyrənin  hər qütbündə bir nüvə  müşahidə 
olunur.  Bütün  bunlardan  sonra  sitokinez-sitoplazmanın 
nüvələr  ətrafında  paylanması  prosesi  başlayır.  Nüvə 
ətrafında sitoplazmanın formalaşması bitkilərdə hüceyrə 
arası arakəsmənin yaranması ilə əlaqədardır.  
Sitoplazmadakı endoplazmatik şəbəkənin və Holci 
kompleksinin 
kanalları 
birləşərək 
hüceyrəarası 
arakəsmə  əmələ  gətirir  və  hər  hüceyrədə  bir  nüvə,  hər 
nüvədə bölünməyə başlayan ana hüceyrədəki miqdarda 
yəni 
diploid  sayda 
xromosom 
olur,  heyvan 
hüceyrələrində  isə  yəni  nüvələr  əmələ  gəldikdən  sonra 
sitoplazmalar  nüvə  ətrafında  ortadan  nazikləşərək 
sitoplazma  içərisinə  qatlanmaqla  hüceyrənin  2  yerə 
bölünməsini  təmin  edir.  Hüceyrədə  sitokinezin  hansı 
proses hesabına getməsi dəqiq məlum deyil. Lakin belə 
fikir  irəli  sürülür  ki,  hüceyrənin  kortikal  qatına,  yəni 
membranın  alt  hissəsində  əzələ  təbiətinə  oxşar  yığılma 


 
252 
qabiliyyətli  hissələr,  elementlər  vardır  ki,  onlar 
hüceyrənin  ekvatoruna  yönəlmiş  vəziyyətdə  olurlar. 
Bunlara  yığılma  həlqələri  deyilir.  Belə  həlqələrin 
yığılması,  qısalması  nəticəsində  hüceyrə  ortadan 
büzülür  və  ən  nazik  yerdən  ayrılaraq  iki  hüceyrə 
yaranmasına səbəb olur. Beləliklə, yığılma həlqələrinin 
iş mexanizmi əzələ fibrilərinin iş mexanizminə oxşayır. 
Maraqlı  cəhətdir  ki,  hüceyrədə  bu  cür  arakəsmənin 
yaranması mühitdə ATF-in olması ilə sıx əlaqədardır.  
Beləliklə,  mitoz  prosesində  əsas  rol  oynayan, 
dəyişikliyə  uğrayan  nüvə  və  nüvə  komponentləri,  iy 
telləri və plazmatik membrandır. Lakin bu proses bütün 
hüceyrəyə  xas  olan  proses  olduğu  üçün  burada 
sitoplazma komponentləri də iştirak edir və bu prosesdə 
müəyyən dəyişikliyə uğrayırlar.  
Belə ki, sitoplazmatik şəbəkənin çənlər və kanallar 
sistemi kəskin reduksiyaya uğrayır, vakuollara və kiçik 
hissələrə  parçalanır.  Mitotik  aparatın  inkişafı  ilə 
əlaqədar  olaraq  sitoplazmanın  membran  elementləri  və 
orqanoidləri 
hüceyrənin 
kənarlarına 
sıxışdırılır. 
Metafaza  mərhələsində  mitoxondrilər,  prastidlər, 
lizosomlar  və  digər  orqanoidlər  ya  hüceyrəni  qütb 
zonalarına  sıxışdırır  və  iy  tellərini  əhatə  edirlər. 
Hüceyrələr  bölünəndə  orqanoidlər  qız  hüceyrələrində 
bərabər paylanırlar. 
 
 
  

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin