Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə75/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   71   72   73   74   75   76   77   78   ...   126
Karbohidrat  törəmələrinə  hüceyrədə  yığınlar  və 
dənələr  şəklində  rast  gəlinir.  Heyvan  hüceyrələrində 
karbohidrat  törəmələrinin  nümayəndəsi  qlikogen, 
bitkilərdə isə nişastadır. Bu törəmələr də digər törəmələr 
kimi  işıq  mikroskopunda aydın görünür. Bütün heyvan 
hüceyrələrində  qlikogen  törəməsinə  rast  gəlinməsinə 
baxmayaraq  o,  ən  çox  əzələ  hüceyrələrində, 
neyronlarda,  qaraciyər  hüceyrələrində  rast  gəlinir. 
Qlikogen  hüceyrədə  parçalanaraq  enerji  ayrılır  və 
hüceyrə həmin enerjidən həyat fəaliyyəti prosesləri üçün 
istifadə  edir.  Elektron  mikroskopu  vasitəsilə  qaraciyər 
hüceyrələrinin  nüvələrində  də  qlikogen  törəməsi 
tapılmışdır.  Bu 
cür 
qlikogen 
ölçüsünə 
görə 
sitoplazmadakı  qlikogendən  kiçik  olur.  Qaraciyər 
hüceyrələrindəki  qlikogen  şəkər  mübadiləsində  artıq 
qalan qlükozadır ki, qan vasitəsilə qaraciyərə gətirilir və 
qlikogenə  çevrilir,  qanda  şəkərin  miqdarı  azaldıqda  isə 


 
196 
qlikogen  parçalanaraq    qlükozaya  çevrilərək  qanda 
şəkərin miqdarının sabitliyini təmin edir. 
Karbohidrat  törəmələrinin  bitki  hüceyrələrindəki 
nümayəndəsi  nişastadır.  Nişasta  bitki  hüceyrələrində 
müxtəlif  forma  və  ölçüdə  toplanır.  Yumru,  oval, 
mərciməkvari,  çübuqşəkilli  və  s.  Nişasta  törəmələrinin 
forması hər bir bitki növünün özünəməxsusdur. 
Nişastanın  ilkin  sintezi  xloroplastlarda  gedir. 
Sonradan  isə  nişasta  dənələri  müxtəlif  toxumalara 
ötürülür.  Məlum  olmuşdur  ki,  nişasta  dənələri 
xloroplastlarda  əmələ  gəldikləri  hissə  ilə  birgə  qoparaq 
birlikdə  toxumalara  ötürülür.  Elektron  mikroskopu  ilə 
nişasta  dənəsinin  öyrənilməsi  göstərmişdir  ki,  hər  bir 
nişasta dənəsi ayrı-ayrı qatlardan ibarət olub, hər qatdan 
isə  radial  iynəvari  kristallar  keçir.  İbtidai  bitkilərdə 
karbohidrat  törəməsi  nişastaya  oxşar  paramiloidlər  və 
qırmızı yosun nişastalarıdar. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin