-17-
Mövzu № 4. Məhkəmə-ballistik, məhkəmə partlayış-
texniki, soyuq və digər silah ekspertizaları.
Vaxt-2 saat
Seminar məşğələsi-2 saat
Seminar məşğələsinin sualları
1. Məhkəmə-ballistik ekspertizasının
mahiyyəti,
obyektləri,
növləri və vəzifələri. Odlu silahların, döyüş sürsatlarının,
atəş izlərinin və atəş şəraitinin ekspertizası.
2. Partlayıcı qurğuların, partlayıcı maddələrin və partlayış
izlərinin (məhsullarının) ekspertizası.
3. Soyuq silahların və qaz silahlarının ekspertizasının
mahiyyəti, obyektləri, növləri və vəzifələri.
Seminarın keçirilməsinin ümumi qaydası və
tədris vaxtının təqribi bölgüsü:
1.Kursantların dərsə davamiyyətinin və hazırlığının
yoxlanılması____________________________________5 dəq.
2.Müəllimin giriş sözü ___________________________5 dəq.
3.Birinci sualın müzakirəsi _______________________30dəq.
4.İkinci sualın müzakirəsi________________________25 dəq.
5.Üçüncü sualın müzakirəsi______________________20 dəq.
6.Məşğələnin yekunu, tövsiyələrin verilməsi və kursantları
cavablarının qiymətləndirilməsi___________________5 dəq.
Seminarın keçirilməsi metodikası:
Kursantların dərsə davamiyyətinin və hazırlığının
yoxlanılması zamanı məşğələdə iştirak edənlərin sayı,
həmçinin dərsdə iştirak
etməyənlər və bunun səbəbləri,
mövzu üzrə mühazirədə
iştirak edə bilməyənlər, eyni
zamanda seminar suallarının onlara aydın olub-olmaması
müəyyən edilir. Məşğələnin əvvəlində yaranan sualları
-18-
çalışmaq lazımdır ki, digər kursantlar cavablandırsınlar,
əgər heç kim cavablandıra
bilmirsə onda müəllim
tərəfindən cavablandırılır.
Giriş sözündə müəllim məşğələdə müzakirəyə
çıxarılmış sualların qısa mahiyyətini açıqlayır, onların əsas
məqamlarına
toxunaraq
cavabın
ardıcıllığını
müəyyənləşdirir.
Dostları ilə paylaş: