-20-
8.
Odlu silahın və döyüş sürsatlarının
tədqiqində həll
olunan məsələlər.
9.
Güllənin uçuş xəttinin müəyyən edilməsinin üsulları.
10. Atəşin əlavə faktorları.
11. Məhkəmə partlayış-texniki ekspertizasının
obyektləri
və növləri.
12. Partlayıcı qurğuların təsnifatı.
13. Soyuq silahın anlayışı və təsnifatı.
14. Tiyəli və tiyəsiz soyuq silahların
konstruktiv
xüsusiyyətləri .
15. Soyuq atıcı sılahların təsnifatı.
16. Qaz silahlarının ekspertizasının mahiyyəti.
Fabula
25 iyun 2017-ci il tarixdə vətəndaş Hüseynov Dəyanət
Gülbala oğlu gecə saat 01
radələrində, Bakı şəhəri,
Xəzər
rayonu, Şimal Dres qəsəbəsi, Bağlar massivində yerləşən 18
saylı marşurutun sonuncu dayanacağı yaxınlığında
aralarında olan münaqişə
zəmnində Qurbanova Adilə
Vüsal qızına döş qəfəsindən özündə olan “Makarov”
tapançası ilə iki dəfə atəş açaraq onu qəsdən öldürmüşdür.
Hadisə yerindən bir ədəd makarov tapançası,
iki ədəd
makarov tapançasının gilizləri
və meyitin bədənindən iki
ədəd güllə aşkar edilmişdir.
Tapşırıq
Hadisə yerindən götürülmüş “Makarov” tapançası,
gilizlər və meyitin bədənindən çıxarılmış güllələr üzrə hansı
növ ekspertiza təyin edilir və ekspert qarşısında hansı
suallar qoyulur. (Bu barədə ekspertizanın təyini haqqında
qərarın təsviri və nəticə hissəsini tərtib edin).