§ 4.12.Astronoimiya təqvimləri
Uzun zaman fasilələrinin hesablanma və saxlanma sis-temlərinə təqvim deyilir.
Təqvimlər insan cəmiyyətinin həyati tələbləri ilə əlaqədar olaraq yaranmış, inkişaf etmiş və təkmilləşmişdir.
Təqvimlərin tarixi çox qədimdir. Hələ beş min il bundan əvvəl Misirdə vaxtın tələblərinə cavab verə bilən ilk təqvim ol-muşdur. Sonralar müxtəlif təqvim sistemləri tərtib olunmuş və onlar uzun illər ərzində dəqiqləşdirilmiş və mükəmməlləş-dirilmişdir.
Bəs təqvimlərin tərtibində hansı zaman vahidlərindən (və ya etalonlarından) istifadə olunur? Hələ qədim insanlar belə etalonların təbiətin özündən götürülməsinin daha məqsədəuy-ğun olduğunu hiss etmişlər. Bu etalonlar aşağıdakılardır:
-
Gün - Yerin öz oxu ətrafında fırlanma dövrü;
-
Sinodik ay- Ayın iki ardıcıl eyni adlı fazası arasında keçən vaxt;
-
Tropik il- Günəş diski mərkəzinin yaz bərabərliyi nöq-təsindən iki ardıcıl keçmə anları arasındakı vaxt;
Təqvimin tarixi beş min ildən çox olmasına baxmayaraq, bu günə qədər tam dəqiq təqvim tərtib etmək mümkün olma-mışdır. Bu onunla əlaqədardır ki, təqvimlərdə istifadə olunan üç zaman vahidi (orta Günəş günü, sinodik ay və tropik il) bir biri ilə dəqiq ifadə olunmur. Nə sinodik ay, nə də tropik il tam sayda günlərdən ibarət deyil. Beləliklə, təqvimlərin tərti-bində biz bir-biri ilə ölçülməz olan üç zaman etlonu ilə rastla-şırıq.
Təbiidir ki, təqvim ili və təqvim ayı yalnız tam sayda gün-lərdən ibarət olmalıdır. Tropik il və sinodik ay isə tam sayda günlərdən ibarət deyil. Ona görə də hər bir təqvim sistemi müəyyən yaxınlaşma üçün hesablanır və təqribidir. Bu zaman çalışmaq lazımdır ki, təqvim ili və təqvim ayı uyğun olaraq tropik ilə və sinodik aya mümkün qədər yaxın olsun.
Hər bir təqvim özünün daxili və xarici quruluşu ilə xarak-terizə olunur. Təqvimin daxili quruluşunu təqvimdəki ayların və kvartalların və eləcə də həftənin günlərinin ayın tarixi ilə uyğunluğu təşkil edir. Təqvimin xarici quruluşunu isə təqvim ilinin uzunluğunun tropik ilin (Ay təqvimləridə ay ilinin) uzunluğu ilə uyğunluğu təşkil edir. Bu da təqvimdə uzun illə-rin daxil edilməsi qaydası ilə başqa sözlə, "visokos" qaydası ilə təyin olunur.
Astronomiya təqvimləri üç sinfə ayrılır:
-
Günəş təqvimləri;
-
Ay təqvimləri;
-
Ay-Günəş təqvimləri.
Bu təqvimlərdən ən geniş yayılanı Günəş təqvimləridir.
Hazırda dünyanın əksər ölkələrində günəş təqvimlərindən is-tifadə olunur. Bu təbiidir, çünki insan cəmiyyətinin əməli fəa-liyyəti və yaşamı bilavasitə Günəşlə, Günəşin doğub-batması ilə, Günəşin illik zahiri hərəkəti və fəsillərin əvəz olunması ilə bağlıdır.
Ay təqvimləri əsasən şərq ölkələrində yaranmışdır. Bu təqvimlər bəzi müsəlman ölkələrində indi də geniş istifadə olunur.
Ay-Günəş təqvimləri çox mürəkkəbdir. Bu təqvimlər yə-hudi dinində geniş istifadə olunur. Günümüzdə Ay-Günəş təqvimi yalnız tsraildə işlədilməkdədir.
Günəş təqvimləri Günəşin göy sferində illik zahiri hərəkə-tinə, Ay təqvimləri Ayın Yer ətrafında hərəkətinə, Ay-Günəş təqvimləri isə həm Günəşin, həm də Ayın hərəkətinə əsaslanır.
Dostları ilə paylaş: |