Backup of Uz Qabigi


§ 5.4. Atmosfer refraksiyasının təzahürləri



Yüklə 3,95 Mb.
səhifə59/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   55   56   57   58   59   60   61   62   ...   183
§ 5.4. Atmosfer refraksiyasının təzahürləri
Atmosfer refraksiyasının əsas təzahürləri aşağıdakılardır:

  1. Üfüqdə Günəş və Ay disklərinin basıq olması.

(5.2) düsturundan göründüyü kimi atmosfer refraksiyası göy cisimlərinin zenit məsafəsindən asılı olaraq artır. Göy ci-simləri üfüqə yaxın olduqda bu asılılıq daha güclü olur. Ona görə Günəş və Ay üfüqdə olduqda (doğma və batma anların-da) onların disklərinin aşağı və yuxarı kənarları üçün refrak-siya nəzərə alınacaq qədər fərqlənir. Məsələn, Ay və Günəş disklərinin aşağı kənarı üçün refraksiya yuxarı kənarınkından təxminən 6' böyük olur. Nəticədə Ay və Günəş üfüqə çox ya-xın olduqda onların diskləri bir qədər basıq şəkildə görünür.

  1. Gündüzün uzunluğunun artması.

Atmosfer refraksiyası göy cisimlərinin hündürlüyünü ar-tırdığından səhərlər Günəş həqiqi doğma vaxtından bir qədər tez doğur, axşamlar isə həqiqi batma vaxtından bir qədər gec batır. Bu da gündüzün uzunluğunun artmasına səbəb olur.

Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin