•Etonis Şahmar
Peyğəmbərlərdən sonra Allah-təala yanında alimlər
dən fəzilətli adam yoxdur. Elmi məsələlər müzakirə olu
nan məclisdə bir saat oturmaq bir il gündüzlər oruc
tutmaqdan, min nəfər şəhidin cənazəsinə hazır olmaqdan
və hər birində min rükət namaz qılman min gecəsindən,
cihaddan və Quranı 12 min dəfə xətm etməkdən üstün
dür, irəlidir.
Alimləri eşidin, onlar dünyanın çırağı, axirətin nuru
dur. Elmi beşikdən qəbrədək öyrən, elmin fəziləti iba
dətin fəzilətindən əfzəldir. İnsanlar elə bir sədəqə verə
bilməzlər ki, öyrənilən, yayılan, elmdən üstün ola. Alim
öldü, aləm öldü. Bir saatlıq elm öyrənmək 60 illik
ibadətdən xeyirlidir.
Hər kəs evdən çıxıb elmdən bir qism öyrənmək üçün
getsə, Allah-təala onun hər qədəmi üçün bir peyğəmbər
savabı yazar. Elm dalınca gedən şəxsi Allah da, mələklər
də, peyğəmbərlər də dost tutar. Alimin üzünə baxmaq,
min qul azad etməkdən yaxşıdır.
Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə
tərəziyə qoyulub çəkilər və alimlərin mürəkkəbi şəhidlə
rin qanına nisbətən üstün olar.
Cahillərin arasında alimlər, ölülər arasında olan di
rilər kimidir... Elm dalınca gedin, o, sizinlə Allah-təala
arasında bir vasitədir...
Elm kimi şərafət yoxdur.
Allah bir bəndəni rəzil edəndə elmi ondan əsirgər.
Şeylərin ən şərafətlisi elmdir.
Allah özü alimdir, bütün alimləri dost tutur.
Elmi istəmək hər bir müsəlman kişi və qadının bor
cudur.
«Elm Çində də olsa onun dalınca get»
58
Bu baxımdan Həzrət Əlinin dedikləri də dəyərlidir:
«Alimlər yer üzündə Allahın çırağıdır.»
Nadanlar alimlərə qarşı münasibətdə düşməndirlər.
Allah sevdiyi bəndələrə qabiliyyət bəxş edər.
Elmlə dirçəliş tapmayan ölüdür.»
Zərdüşt isə «Avesta»da deyir ki, alimlər həyatın yol
göstərənidir.
Nizami Gnəcəvi isə deyirdi: -
Alimdir gözümdə ən ali insan
Qüvvət elmdədir, başqa cür heç kəs,
Hər kəsə üstünlük eləyə bilməz.
Hər uca rütbədən biliniz fəqət.
Alimin rütbəsi ucadır, əlbət.
9
Alimləri dəyərləndirmək baxımından iqtibas etdiklə
rimizi yetərli bilib mövzuya qayıdıram.
Yazıda qeyd etdiyim kimi Hil kəndindən elmin
zirvəsinə yüksələn onlarca alim olub. Onlardan bir neçəsi
barədə qısa da olsa məlumat verməyi zəruri bildim:
Dostları ilə paylaş: