Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10.65 Mb.
Pdf просмотр
səhifə1/17
tarix23.12.2016
ölçüsü10.65 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

ELBRUS ŞAHMAR
Qusar S eşiyim 
ntdnim
(Sənədli, bədii-publisistik 
xatirə roman)
Bakı-2012

Elbrus Şahmar 
«Qusar beşiyim mənim», 
«Zərdabi LTD» MMC, Bakı, 2012,400 
səh.
«Qusar  beşiyim  mənim»  kitabı  tanınmış  yazıçı-publisist 
Elbrus  Şahmarın  oxucularla  33-cü  görüşüdür.  Kitab  Qusarın 
görkəmli  ziyalılarından  olan  Zeynəddin  Çələbovun  ömür  yo­
lundan söz açır.  İnanırıq ki,  siz çox maraqlı bir  insanın həyatı, 
şəxsiyyəti,  ictimai  və  pedaqoji  fəaliyyəti  ilə  yaxından  tanış 
olacaqsınız.
4705120496 
h  0103-2012
qrifli nəşr
© E.Şahmar, 2012
Qusar beşiyim mənim
«Azərbaycanın  şimal  sahələrini  Qusar  rayonu  təşkil 
edir.  Sizə  minnətdaram  ki,  müstəqil  Azərbaycanın  şima­
lındakı  torpaqlarda  Azərbaycanın  müstəqilliyi  keşiyində 
dayanmısınız  və  eyni  zamanda  bizim  şimal  qonşuları- 
mızla  əməkdaşlıq  əlaqələrinin  inkişaf  etdirilməsində  öz 
xidmətlərinizi göstərmisiniz.  Bu,  Qusarın  Azərbaycan  hə­
yatında,  Azərbaycan  siyasi  xəritəsində  xüsusi  əhəmiyyət 
kəsb  edən  roludur.  Qusarlılar  xüsusi  etimada  layiqdir. 
Sizin  tarixiniz  qəhrəmanlıq  tarixidir.  Sizin  tarixiniz 
qurub-yaratmaq  tarixidir.  Vətənə,  torpağa,  dövlətə səda­
qət tarixidir.
Qusarlılar  Azərbaycanın  müstəqilliyinin,  ərazi  bü­
tövlüyünün  qorunmasında  xidmətlər  göstərmişlər,  qan 
tökmüşlər,  şəhidlər  vermişlər,  Azərbaycanın  milli  qəhrə­
manlıq  zirvəsinə  ucalmışlar...  Qanlı  dərədə  1918-ci  ildə 
qusarlılar  Azərbaycan  xalqına  təcavüz  edən  erməni 
millətçilərinin  qarşısını  alıb  onları  darmadağın  etmişlər. 
İndi  də  qusarlılar  Azərbaycan  ordusunda  xidmət  edir, 
qəhrəmanlıq  nümunələri  göstərirlər  və  əminəm  ki,  qu­
sadılar  müstəqil  Azərbaycanın  müdafiəsində  həmişə 
dayanacaqlar.»
Heydər ƏLİYEV
3

Tlbrus Şahmar
Qusar  Azərbaycanın  ən  gözəl  guşələrindən  biridir. 
Burada  yaşayan  insanlar  Azərbaycan  dövlətçiliyinin 
inkişafı  və möhkəmləndirilməsi yolunda  böyük xidmətlər 
göstərmişlər.  Biz  görürük  ki,  Qusar  gündən-günə  gözəl­
ləşir,  inkişaf edir.  Buraya  daha  böyük  həcmdə  sərmayə 
qoyulacaq  və  xüsusi  diqqət  göstəriləcəkdir.  Sizi  əmin 
edirəm  ki,  mən  daim qusarlılarla  olacam.  Qusara  tez-tez 
gələcəyəm və birlikdə böyük işlər görəcəyik.
Onlar  Azərbaycan  ərazi  bütövlüyünün  qorunması 
yolunda şəhidlər vermişlər.  Ona görə də Azərbaycan  xal­
qı qusarlılara minnətdarlığını bildirir.
Əminəm  ki,  növbəti  illərdə  Qusar  əhalisi  həmişə 
olduğu  kimi,  Azərbaycanın  hərtərəfli  inkişafına,  müstə­
qilliyimizin  möhkəmlənməsinə  öz  dəyərli  töhfəsini  verə­
cəkdir.
İlham ƏLİYEV
4
:r
I
■i'
§
i
Щ
I
w
^
ö
y
 
....
...
....
...
0 т
м
ч
1 ш
c m
/c w

lAyıblı sözlərin yazılmasından,
Yaxşıdır, bir dəftər ağ qalsa, inan.
Nizami Gəncəvi
iən mükafatını insanlığa xidmətdə ara.
A.Səhhəı j
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,  v  
Yağı yağ üstə çıxar, ayranı ayranlıq olur.
M. Ə. Sabir
Ölüm, ölmək deyil, yer dəyişməkdir.
Nizami Gəncəvi
Nə şəhvət, nə yuxu, nə də ki, yemək,
Həyatın mənası olmasm gərək.
Nizami Gəncəvi 
Hər  şeydə  oğurluq  haramdırsa,  qızlar  üçün 
oğlanın qəlbini oğurlamaq halaldır.
M. S. Ordubadi
Kitabsız bir ömürün nə mənası var?
Səməd  Vurğun
Müəllif kitabın  yaradıcısı,  cəmiyyət  isə  onun  ı  
taleyinin yaradıcısıdır. 
O
V.Hüqd'
iəyat beşik ilə tabut arasındakı dar bir dəl 
və yolçuluqdan ibarətdir.
Osman Nur i Top,
Qusar beşiyim mənim
KİTABA GİRİŞ
Ay Allah,  ilham ver, yetərli olsun, 
Dəyərli bir kitab yazım,  oxunsun. 
Əsərin taleyi uğurlu olsun,
Dostum Zeynəddinin ömür yoluna, 
Şam tutum, şöləsi çox nurlu olsun!
İnsan  öz  ömrünün  kamillik  dövrünə  qədəm  qoyur, 
onu  peşəsindən  və  tutduğu  vəzifəsindən  asılı  olmayaraq 
hər  şeydən  öncə belə  suallar  düşündürür:  xoşbəxtliyi  nə­
də axtarmaq,  necə axtarmaq? Yaşamaqda  məqsəd  nədir? 
İnsanlığın  ən  böyük  amalı  nədir?  Və  kamil  insan  o  sual­
lara  birmənalı  cavab  verib -   insan  insanın  qayğısını  çək­
məli,  Vətən  və Xalq  qarşısında,  onu  böyüdüb  boya-başa 
çatdıran  valideynlər  qarşısında,  eləcə  də  gənclik  qarşı­
sında məsuliyyətli olmalı, bir insan, bir vətəndaş kimi on­
ları  sevməli,  onların  xoşbəxtliyi  uğrunda  mübarizə  apar­
malı, haqqı-ədaləti  uca  tutmalı,  bu yolda  heç bir çətinlik­
dən qorxmamalıdı.
Bütün  bu  duyğular,  bu  hisslər  ana  südülə,  ana  lay­
lası,  ata  öyüd-nəsihəti  ilə  doğulur  və  bütün  ömrü  boyu 
insanın  ruhuna,  qəlbinə  hakim  kəsilir.  Elə  insanlar  mən­
sub  olduğu  xalqın  ləyaqətli  övladları  olur,  insanlığın 
bəzəyi və yaraşığı sayılırlar.
7

İnsan  ömrü  gah  lal  axan,  gah da  kükrəyib öz yata­
ğından  çıxan,  yenidən  öz  doğma  məcrasına  qayıdan  və 
sonda dəryaya qovuşan bir çaya bənzəyir. Çayın mənbəyi 
uca  dağlardır.  Məkan  əbədidir,  ömür  isə  o  çayın  çağla­
yan  sularıdır,  durmadan,  nəfəs  dərmədən,  ara  vermədən 
axıb  gedir.  Çay  suyu  var  şəffafdı,  gözəlliyinə,  duruluğu­
na, aydınlığına baxmaqdan nə göz doyur, nə ürək. Su var 
baxanda dibi görünür,  su var nə qədər baxsan da, diqqət 
versən  də  dibi  görsənmir  ki,  görsənmir.  Su  var  can  dər­
manıdır,  su  da  var  ürək  bulandırır.  Bütün  bu  səciyyəvi 
xüsusiyyətlər  hər  bir  bəşər  övladına  da  aiddir.  Kimi  pak 
və müqəddəs, xeyirxah və ədalətli,  kimisə şər tumu,  barıt 
dağarcığı  olub  şeytana  papış  tikəndi.  Kimin  ömrü  ayla 
ölçülür,  kiminki illə, əsrlə.  İnsan var ki, ömrü nə məkana 
sığır,  nə də zamana.  Elə ömür uzun ömürdü,  yaşayan  və 
insanlığa  mənsub  olduğu  xalqa  başucalıq  gətirən,  alqış­
lanan ömürdü.
Elə insanların həyatı işıqla, nurla bəzənmiş olur, heç 
vaxt  çətinliklərdən  qorxmaz,  dövranla,  zamanla  cəngi- 
cidayə çıxar.  Adam  var  ki,  vəzifə  kürsüsündən  düşsə də, 
heç vaxt sınmayıb, əyilməyib, vəzifəsini itirsə də, vicdanı­
na, adına xələl gətirməyib, mənsub olduğu xalq və el-oba 
qarşısında  üzüağ,  başıuca  olub.  Böyük  inamla  bu  çərxi- 
fələyin  acığına daha  mübariz olub,  daha qürurlu yaşayıb 
və  nə  vaxtsa  haqqın,  ədalətin  qələbə  çalacağına  inanıb. 
Və  xalqın,  el-obanm  hörmətini  qazanan  elə insanlar  hər 
yerdə,  hər  zaman  ağsaqqallıq  kürsüsündə olub,  adı  ehti­
ramla çəkilib, ovxarlı sözləri dəyərli sayılıb. Bu baxımdan
•Elbrus Şahmar______ ___________________________________
10
Zeynəddin  Çələbov  şəxsiyyəti  və  keçdiyi  ömür  yolu 
səciyyəvidir, örnəkdir.
Zeynəddin  müəllim  hansı  vəzifədə olubsa, onu  zabi­
təli  və  tələbkar  bir  rəhbər  kimi  tanıyıblar.  Onu  da  qeyd 
edim  ki,  onun  bu  xüsusiyyəti  arxasında  insanlara  böyük 
bir sevgi,  məhəbbət  və ehtiram dayanıb.  Zeynəddin  Çələ­
bov  kimi  insanlar  riyadan,  saxtakarlıqdan  uzaq  olub, 
üzdə necədirsə, daxilən də elə qalıb.
Bir də Zeynəddin Çələbov kimiləri  bəlalarımızın  kö­
kündə  dayanan  tamahdan  uzaq  olub.  O  tamah  ki, 
zaman-zaman bizim maddi və mənəvi inkişafımıza böyük 
maneçilik  törədib,  rüşvətxorluğa,  amansızlığa,  hərc- 
mərcliyə yol açıb.
Onu  da  deyim  ki,  Homer  qəhrəmanlarının  əzəməti, 
yenilməzliyi  və  cəsurluğunun  sirri  və  böyüklüyü  Vətənə, 
ailəyə bağlılığında  idi.  Ürəkləri  hər zaman  Vətən  və doğ­
malarının  vüsalı ilə döyünüb,  bu səbəbdən  min  bir çətin­
liyə  dözüb,  dəfələrlə çıxılmaz  vəziyyətlərə  düşüb,  ölümlə 
üz-üzə dayanıblar.  Mübaliğəsiz deyə  bilərəm  ki.  Zeynəd­
din  Çələbovun  həyatı  və  ömür  yolu  da,  sanki  Homer 
qəhrəmanlarının  ömür  yoluna,  həyat  amalına  bənzəyir. 
O baxımdan Azərbaycan adlı məmləkətin gözəl  bir guşəsi 
plan  Qusar,  «Qusar  beşiyim  mənim»  deyən  Zeynəddin 
müəllimin  insanlığa  həsr  olunan  həyatının,  ömür  yolu­
nun  arzu  və  ümidlərinin  müqəddəs  məkanına,  doğma 
yurd-yuvasına,  ürəyinin hərarətinə, məhəbbətinə çevrilib.
İnanıram  ki,  Zeynəddin  Çələbovun  mübarizələrlə 
dolu ömür yolu,  onun  ləyaqət  sahibi  olan  bir  insan  kimi 
rayon  rəhbərliyinə  yüksəlməsi  oxucunu  razı  salacaq  və
_____________________________________Qusar beşiyim nanim
11

'Elbrus Şahmar
belə  bir  qənaətə  gələcək  ki,  əsl  insan,  əsl  vətəndaş  kimi 
araya-ərsəyə  gəlmək  üçün  həyatda  gərək  kişi  kimi 
addımlayasan.  Bu kitab da elə əsl kişilər haqqındadır.
Hörmətli  oxucular,  Zeynəddin  Çələbovdan  bəhs  et­
məzdən əvvəl,  onun  ana  beşiyi sandığı Qusardan və dün­
yaya göz açdığı  Hil  kəndinin  tarixindən,  dünənindən,  bu 
günündən, tanınmış insanlarından qısa da olsa söz açma­
ğı  zəruri  bildim.  Axı,  əsərimin  qəhrəmanını  Qusardan, 
Qusarı  da  ondan  ayırmaq  olmaz.  Əgər  ayırsaydım,  gü­
nah olardı.
Adam  var  başını  aşağı  salıb  ömür  sürür,  heç  kimə, 
heç  nəyə,  heç  bir  hadisəyə  münasibət  bildirmir,  bütün 
hallarda  «mənə  nə»,  «dəymə  mənə,  dəyməyim  sənə» 
məntiqi ilə yaşayır.
Bir də həyatı ağlının, məhəbbətinin arzularının istəyi 
ilə  yaşayan  Zeynəddin  Çələbov  kimi  heç  bir  çətinlikdən 
qorxmayan  insan  kimi  ömür  sürmək.  Bax,  belə  insanlar 
az-az  tapılır  və  çox  zaman  da  qədir-qiyməti  yetərincə 
dəyərləndirilmir.  Ancaq  bununla  belə,  həmin  insanlar öz 
tutduqları  mərdlik,  xeyirxahlıq,  yurdsevərlik  amalından 
əl çəkmirlər. Eşq olsun elə insanlara!
Zeynəddin  Çələbov  sıravi  müəllim  olanda  da,  təhsil 
ocağına  rəhbərlik  edəndə  də,  Qusar  kimi  böyük  bir 
rayonun  rəhbəri  vəzifəsinə irəli  çəkiləndə də öz əqidəsinə 
xilaf  çıxmayıb,  həmişə  özü  olub,  sözünün  ovxarını, 
kəsərini də heç vaxt itirməyib.
Hələlikdə onun tərcümeyi-halı ilə qısa tanış olaq:
12
Zeynəddin  Ramazan  oğlu  Çələbov  Qusar  rayo­
nunun Hil kəndində,  1933-cü il oktyabrın  15-də kolxozçu 
ailəsində anadan olmuşdur.
Atası -   Ramazan  Çələb  oğlu  Ramazanov  müharibə 
vaxtı  arxa  cəbhədə  çalışmış,  kolxoz  briqadiri  olmuş, 
1943-cü ilin fevralında sətəlcəmdən vəfat etmişdir.
Anası  -  Cağa  Xankişi  qızı  Xankişiyeva  evdar qadın 
olub,  1989-cu ildə  100 yaşında vəfat edib.
Üç qardaş, beş bacı olublar.  Böyük qardaşı  Mövlüd 
1939-cu  ildə  hərbi  xidmətdə  olub,  orada  təhsil  almaqla 
zabit  rütbəsini  alıb.  Ordan  birbaşa  müharibəyə  yollanıb. 
1943-cü  ildə  yaralanıb,  sağaldıqdan  sonra  bir  aylığa 
kəndə  məzuniyyətə  gəlib.  O,  atasının  vəfat  etdiyini,  ailə­
sinin  ağır  vəziyyətdə  olduğunu  görüb,  öz  zabit  maaşının 
yarısını  anasının  adına  köçürüb  və  yenidən  müharibəyə 
qayıdıb.  Bir ay sonra Kiyev ətrafı döyüşlərdə itkin düşüb. 
Bundan sonra onun maaşı anasına təqaüd kimi ödənilib.
Kiçik qardaşı Muzafəddin  1955-ci ildə hərbi xidmətə 
çağnlıb,  Şimali  Saxalində  orduda  xidmət  edərkən  ağır 
xəstələnib,  1957-ci  ildə  xidməti  başa  vuraraq  Hilə  qayı­
dıb.  1959-cu ilin oktyabr ayında vəfat edib.
Zeynəddin  Çələbovun  bacıları  -   Səlmi,  Şəkər, 
Gülayət, Tayifət və Sadira ailə həyatı qurublar.
Zeynəddin  müəllimin  bütün  bacıları  indi  haqq 
dünyasındadırlar.  Zeynəddin  1945-ci  ildə  Hil  Sırt  ibtidai 
məktəbin  4-cü  sinfini  bitirib.  Həmin  ildə  Hil  kənd  orta 
məktəbin 5-ci sinfinə daxil olub,  1952-ci ildə oranı bitirib. 
Sonra  S.M.Kirov  adına  Azərbaycan  Dövlət  Bədən 
Tərbiyəsi institutuna daxil olub,  1956-cı  ildə oranı bitirib.
________________________ _____ ______ Qusar beşiyim т зпт
13

T ü ru s Şahmar
Həmin  ildə  Qusar  şəhər  1  saylı  orta  məktəbində  bədən 
tərbiyəsi  müəllimi  vəzifəsində  çalışıb.  Daha  sonra  ailə 
vəziyyəti  ilə  əlaqədar  öz  kəndinə  qayıdıb  və  6  ay  orada 
işləyib.  Sonra  yenidən  Qusar  şəhərinə  qayıdıb  internat 
məktəbində bədən tərbiyəsi fənnini tədris edib.
1962-ci  ildə  qiyabi  olaraq  S.M.Kirov  adına 
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil 
olub və  1967-ci ildə oranı bitirib.
1968-ci  ildə  Qusar  şəhər  internat  məktəbinin  direk­
toru vəzifəsinə təyin olunub.
1991- 
ci  ildə  isə  ona  əlavə  olaraq  Elmi-istehsal  bir­
liyinin  Kosmik  tədqiqatlar  zavodunun  «Xazri»  filialının 
baş  direktoru  vəzifəsində  işləmək  həvalə  olunub.  Zey­
nəddin müəllim  1990-cı ildən  1995-ci ilədək Qusar Rayon 
Xalq Deputatları Sovetinin deputatı seçilib.
1992- 
ci  il  yanvarın  30-dan  isə  Qusar  şəhər  ərazisi 
üzrə  Qusar  rayon  İcra  Hakimiyyəti  başçısının  nüma­
yəndəsi  təyin  olunub.  1992-ci  ilin  sentyabrın  3-də  isə 
Qusar rayon  İcra  Hakimiyyətinin  Başçısı  vəzifəsinə təyin 
edilib.  Bu vəzifədə  1993-cü il avqustun  14-ə kimi fəaliyyət 
göstərib.  1994-cü ildən isə təqaüddədir.
14

linsanın ən çox möhtac olduğu nöqtə, qəlbini 
gözü  ilə  görə  bilmək  və  qəlbinin  qulağı  ilə1 
eşidə bilməkdi.
Osman Nuri Topbaş' 
«Mövlana dərgahından əsintilər» 
Dostun dostunu xatırlaması mübarək bir şeydir.
Cəlaləddin Rumi
Dünya ruhlar həbsxanasıdır.
Cəlaləddin Rumi 
Sual da elmdən doğar, cavab da.
Cəlaləddin Rumi 
Bu  dünya  bir  ağaca  bənzər:  biz  də  bu  ağacın 
yan kal, yan yetişmiş meyvələri kimiyik.
Cəlaləddin Rumi 
Namazsız  imanın  faydası  vardır,  imansız 
namaz fayda verməz.
Cəlaləddin Rumi 
İnsanın  sözü  başqası  üçündür,  qulağı  isə  özü 
üçün. 
X
Cəlaləddin R um fo
Vicdan -  bizim  malik olduğumuz ən yaxşı эх- 
aq  kitabıdır,  yoldan  azmamaq  üçün  ona  tez- 
tez baxmaq lazımdır.
O.Balzt
QUSAR VƏ QUSARLILAR  BARƏDƏ 
OXUDUQLARIMDAN, 
EŞİTDİKLƏRİMDƏN VƏ TANIŞ 
OLDUQLARIMDAN 
SƏHİFƏLƏR
Xalqım sevinməsə, elim gülməsə, 
Ürəkdən şad olub mən də gülmərəm.
Aşıq Hüseyn Cavan 
«Kim öz vətənini sevmirsə, heç nəyi, 
heç kimi sevə bilməz.»
...İranda  rus  səfirliyində  işləmiş  A.İ.Lopuxin  özünün 
1718-ci  ildə  çap  olunmuş  «Журнал  путешествия  через 
Дагестан.  1718»  oçerkində  qeyd  etdiyi  kimi,  Qubadan 
çıxıb bir neçə verst yol gedən  o, Qusar çayının kənarında 
adını bu çaydan götürmüş bir kəndə təsadüf edir.
Həm o, həm də başqa müəlliflər çayın  və kəndin adını 
«Kuzar»  kimi göstərib.  Semyon  Bronevskinin Qafqazdan 
topladığı  XVIII  əsrə aid  materiallarda  da  bu  hidronimin 
və okonimin adı «Kuzar» kimi göstərilmişdir.
Gürcü  alimi  G.G.Georqadzenin  fikrincə  «Qusar» 
toponimi  eramızdan  əvvəl  II  minillikdə  Kiçik  Asiyada 
mövcud  olmuş  Tuz  gölünün  şərqindəki  Xett  dövlətinin 
Qusar şəhərinin adından götürülmüşdür...
Bəzi müəlliflər Qusarın  ilkin adının  Qeysəri  olduğunu 
yazırlar.  Bəzi  müəlliflər  isə  Qusar  adını  rusların  qusar 
polkunun  adı  ilə  əlaqələndirirlər.  Onların  fikrincə,  bir 
vaxtlar burada olmuş qusarlıların adı bu yerə verilmişdir. 
Bu, yalnış fikirdir, çünki hələ rus süvari  polkları  Qafqaza 
gələnə kimi Qusar adı mövcud idi...
________________________________ 
Qusar beşiyim mənim
17

'E lbrus Şa h m a r
...Ləzgi alimi,  filologiya elmləri doktoru  R.Heydərov 
«Qusar»  sözünü  şərh  etmək  üçün  bir  neçə  varianta  əl 
atır.  O, gah bu sözün «Qusarın yaxınlığından axan Kuzar 
çayı  hidronimindən  yarandığını»  göstərir,  gah  Qusarda 
qusarlıların  polklarmm  olduğuna  görə  göstərir,  gah  da 
«Qusar»  sözünün  ərəb  dilindəki  «kausar»  sözündən  ya­
randığını  qeyd  edir.  Təəssüf doğuran  hal  odur  ki,  alim 
toponimin  mənasını  yerli  xalqın,  ləzgilərin  dilində  deyil, 
başqa dillərdə axtarır...
Bizim  fikrimizcə,  «Qusar»  sözü  ləzgi  dilindəki  «kas» 
sözündən  əmələ  gəlmişdir.  Lakin  bu  ad  «kas»  («kişi») 
mənasında  işlənərək  yaranmamışdır.  «Qusar».toponimi 
ləzgilərin kas tayfasının adından götürülmüşdür...»
«Azərbaycan  tarixi»  (Bakı,  Azərnəşr,  1994)  səhifə 
222-də göstərilir  ki, ləzgi dil qrupuna,  ləzgi, arqun, aqun, 
aqul, tabasaran,  saxur, rutul. qriz,  budax,  xınalıq və udin 
dilləri daxildir.
Azərbaycan  sovet  ensiklopediyasında  Qusar  rayonu 
barədə  deyilir  ki,  rayon  mərkəzi  ilk  illərdə  Hildə  olub. 
İnzibati  rayon  kimi  Azərbaycan  SSR-də  1930-cu  ildən 
yaradılmışdır.  Rayon  şimal-qərbdə  Dağıstanla  həmsər­
həddir.  Sahəsi  1542km2-dir.  Rayonda  1  şəhər,  83  kənd 
var, mərkəzi Qusar şəhəridir.
Qusar,  Böyük  Qafqazın  şimal-şərqindədir.  Cənub  -  
qərbi  dağlıq,  mərkəzi  hissəsi  maili  düzənlik,  şimal-şərq 
kənarı  Samur-Dəvəçi  ovalığıdır.  Rayonun  cənub-qərb 
sərhəddi  Baş  Qafqaz silsiləsinin  suayncından  keçir.  Sala­
vat  aşırımı  (2895m)  buradadır.  Respublikamızın  ən  hün­
dür  zirvəsi  olan  Bazardüzü  dağının  hündürlüyü  4466 
metrdir.  Şahdağın  hündürlüyü  isə  4243  metrə  bərabər­
dir...  Bu  baxımdan  Tufan  və  Bazaryurd  dağları  da  öz 
əzəməti və mənzərəsi ilə göz oxşayır.
18________
Sədaqət  xanım  Kərimovanın  «Qusar,  qusarlılar»  adlı 
ensiklopedik  xarakterli  kitabında  Qusar  barədə  dəyərli 
məlumatlar  vardı.  Böyük  zəhmət  və  doğulub  boya-başa 
çatdığı  torpağa  böyük  məhəbbətin  bar-bəhrəsi  olan  hə­
min  kitabda  rayonun  memarlıq  və  arxeoloji  abidələ­
rindən də söz açılıb.
ARXEOLOJİ ABİDƏLƏRİ:
Kurqan, e.ə.  I minillik, Həzrə kəndi
Qalaxür yaşayış yeri, IV-XV əsrlər, Həzrə kəndi
Mahmudtəpə yaşayış yeri,  IV-VIII əsrlər, Gədəzeyxür 
kəndindən  1  km şimalda
Yaşayış yeri, ilk orta əsrlər, Gədəzeyxür kəndi
Verdixantəpə yaşayış yeri,  ilk  orta əsrlər,  Gədəzeyxür 
kəndindən  1  km cənubda
Qazıxantəpə  yaşayış  yeri,  IV-VIII  əsrlər,  Gədəzeyxür 
kəndinin cənub-şərqində
Şamiltəpə  yaşayış  yeri,  IV-VI  əsrlər,  Gədəzeyxür 
kəndinin şimal-şərqində
I  Qəflətəpə yaşayış  yeri,  ilk  tunc dövrü,  Qusar-Xudat 
yolunun  sol  tərəfində.  Qubaya  gedən  yolayrıcının  1  km 
şimal-şərqində
II  Qəflətəpə  yaşayış  yeri,  e.ə.  III  minillik,  Qusar- 
Xudat yolunun solunda
III  Qəflətəpə  yaşayış  yerləri,  dəmir  dövrü,  erkən  orta 
əsrlər, Qusar-Xudat yolunun sağ tərəfində
IV  Qəflətəpə  yaşayış  yeri,  VIII-XVIII  əsrlər,  Qusar- 
Xudat yolunun sol tərəfində
Qızılgül  təpələri  yaşayış  yeri,  ilk  orta  əsrlər,  Xudat- 
Qusar yolunun kənarında, Qubaya dönən  yolda
Ağaxantəpə  yaşayış  yeri,  ilk  orta  əsrlər.  Aşağı  Ləgər 
kəndindən  1  km şimal-şərqdə
________________________________  
Qusar beşiyim rroniın
19

•Elbrus Şahmar
Təpələr yaşayış yeri, ilk orta əsrlər, Aşağı Ləgər kəndi
Zaraqlar  yaşayış  yeri,  orta  əsrlər,  Suvacal  və  Yuxan 
Ləgər kəndlərinin arasında
Qızlar  təpəsi  yaşayış  yeri,  antik  dövr,  Yeni  həyat 
kəndindən  1  - 2 km şərqdə
I  Qızlartəpə  yaşayış  yeri,  IV-VII  əsrlər,  Yeni  Həyat 
kəndi
II  Qızlartəpə  yaşayış  yeri,  II-VII  əsrlər,  Aşağı  Ləgər 
kəndindən  1,5  km  şimal-şərqdə  Kunttəpə  yaşayış  yeri, 
Ш-VII əsrlər, Gündüzqala kəndi
Meysartəpə  şəhər  yeri,  I-III,  V-VII  əsrlər,  Bədirqala 
kəndindən 300 - 350 m şimal-qərbdə
Meysartəpə  yaşayış  yeri,  IV-VII  əsrlər,  Bədirqala 
kəndi
Qalaysuvar  yaşayış  yeri,  ilk  orta  əsrlər,  Samur 
qəsəbəsi
Qala, IX-XIV əsrlər, Əniğ kəndi
Köhnə qəbiristanlıq, IV-VII əsrlər, Əniğ kəndi
Köhnə qəbiristanlıq, e.ə. I minillik, Hil kəndi.
I  Gavdişantəpə  yaşayış  yeri,  erkən  dəmir  dövrü, 
təxminən  e.ə.  I  minillik,  İmamqulukənddən  bir  neçə  km 
şimal-şərqdə
II  Gavdişantəpə  yaşayış  yeri,  erkən  dəmir  dövrü, 
təxminən  e.ə.  I  minillik,  İmamqulukənddən  3-4  km 
şimal-şərqdə
III  Gavdişantəpə  yaşayış  yeri,  erkən  tunc  dövrü, 
Qalacıq kəndindən  1  km cənub-şərqdə
Legar  yaşayış  yeri,  orta  əsrlər,  Əvəcuq  kəndindən  2 
km şərqdə
Rutar  yaşayış  yeri,  XVII-XVIII  əsrlər,  Piral  kəndin­
dən 2-3 km şimalda
20
Yaşayış yeri,  IX-X əsrlər, Köhnə Xudat kəndi
Köhnə  Xudat  qəbiristanlığı,  ilk  orta  əsrlər,  Köhnə 
Xudat kəndi
Nadirtəpə yaşayış  yeri  və qala,  XI-XI1I  əsrlər,  Quba- 
Xudat yolunun sağ tərəfində
Çobantəpə  yaşayış  yeri,  IV-VII  əsrlər,  Quba-Xudat 
yolunun sağ tərəfində
Yusufxantəpə  yaşayış  yeri,  III-VI,  VI-VIII,  XV-XVI 
əsrlər, Qalacıq kəndindən 3 km şimal-şərqdə
Quxur  təpələri  yaşayış  yeri,  IV-VII  əsrlər,  Quxuroba 
kəndindən  1,5 km şimalda
Quxuroba nekropolu, IV-VII əsrlər, Quxuroba kəndi
I Kurqan, erkən  dəmir dövrü, Quxuroba  kəndinin ya­
xınlığında, Bakı-Dərbənd yolundan 2,5 kilometr aralıda
II  Kurqan,  erkən  dəmir dövrü,  Quxuroba  kəndindən 
2,5 km qərbdə,  Bakı-Dərbənd yolunun sağında
III Kurqan, erkən dəmir dövrü, Quxuroba  kəndindən 
2 km cənubda,  Bakı-Dərbənd yolunun sağında
I  Böyüktəpə  yaşayış  yerinin  qalıqları,  ilk  tunc  dövrü 
və ilk orta əsrlər,  Kiçan  kəndindən 2 km şimal-qərbdə
II  Böyüktəpə  yaşayış  yerinin  qalıqları,  ilk  tunc dövrü 
və ilk orta əsrlər,  Kiçan kəndindən 2,5 km şimal-qərbdə
III  Böyüktəpə yaşayış yerinin qalıqları, ilk orta  əsrlər, 
Kiçari  kəndindən  2  km  şimal-qərbdə  Yeddi  qardaş,  bir 
bacı  yaşayış  yeri,  erkən  tunc  dövrü,  erkən  orta  əsrlər, 
Zindanmuruq kəndi
Pirali  təpələri  yaşayış  yeri,  IV-VII  əsrlər,  Samur-Ab- 
şeron  kanalının  sol  tərəfi,  Qusar-Xudat  yolundan  500  m 
aralıda
Gursanpel yaşayış yeri, Ш-VII əsrlər, Cağar kəndinin 
cənub-qərb hissəsində
_____________________________________Qusar beşiı/im rmnim
21

Elbrus Şahmar
Qurupel  yaşayış  yeri  və  qəbiristanlıq,  III-VII  əsrlər, 
Hil kəndi
Kuçumxantəpə  yaşayış  yeri,  e.ə.  Ill  minillik,  orta 
əsrlər, Qullar kəndindən' 1  km cənub-qərbdə



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə