Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


- Zeynəddin müəllim,  xahiş edirəm  ki,  keçən  günlərdən



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə8/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   4   5   6   7   8   9   10   11   ...   174
‘Elbrus Şahmar
General  Mahmud  Əbilovun  cəsur  hərəkəti,  şəxsi  nü­
munəsi,  rəşadəti  və  mərdliyi  diviziya  qarşısında  qoyul­
muş vəzifələrin yerinə yetirilməsinə çox kömək etmişdir.»
Bu baxımdan SSRİ Ali Soveti Rəyasət heyətinin sədri 
M.İ.Kalininin  generala  ünvanladığı  məktub  da  dəyərli­
dir:  «Hörmətli  Mahmud  Əbdülrza  oğlu.  Smolensk  və 
Roslavl şəhərlərinin alınması əməliyyatına bacarıqla rəh­
bərlik  etdiyinizə  və  faşist  işğalçılarına  qarşı  döyüşlərdə 
qazandığınız  uğurlara  görə  SSRİ  Ali  Soveti  Rəyasət 
heyəti Sizi  1943-cü il 28 sentyabr tarixli fərmanı ilə ikinci 
dərəcəli «Kutuzov» ordeni ilə təltif etmişdir.
Həmin  ordeni  Sizə  göndərir  və  əlinizi  möhkəm  sıxı­
ram.
M.İ.Kalinin»
Sədaqət  Kərimovanm  «Qusar,  qusarlılar»  kitabında 
coğrafiya  elmləri  doktoru,  akademik  Budaq  Budaqov 
Qusarla  bağlı  dediyi  bu  sözlər  maraqlı  və  könül  oxşa- 
yandı:
«Həyatımın böyük bir hissəsi Qusarla bağlı olub. Na­
mizədlik  və  doktorluq  dissertasiyamı  bu  rayonda  apar­
dığım  elmi  tədqiqatların  nəticəsi  kimi  müdafiə  etmişəm. 
Azərbaycanda Qusara  bənzər ikinci rayon yoxdur.  Onun 
relyefi  okean səviyyəsindən  28  metr yüksəklikdə başlayır 
və  4300  metrə  qədər  ucalır.  Belə  relyef burada  bir  rieçə 
landşaft  qurşağının  yaranmasına  səbəb  olmuşdur.  Çə­
mənlər,  kolluqlar,  meşələr,  yastanlar,  dərələr,  orta  və 
yüksək  dağlıq  əraziləri,  alp  çəmənlikləri  bir-birini  əvəz 
edir.»
Zaman-zaman söz ustaları,  alimlər,  bir sözlə yaradıcı 
adamlar  təhsilin, elmin  tətbiq olunmasını ictimai mühitə
28
bağlamış  və  bununla  bağlı  olan  böyük  çətinliklərin,  im­
kansızlığın,  ağır  şəraitin  aradan  götürülməsini  arzu  et­
miş, daha böyük təhsil və söz meydanı arzusunda  olmuş­
lar.  Bu  baxımdan  təhsil  ocaqlarının  məqsəd  və  amalı 
tələbələrin  elm  və  təhsilə  yiyələnməsi  ilə  yanaşı,  onların 
Azərbaycanımızın  əsl  vətəndaşı  kimi  boy  atmasına,  keç­
mişimizi,  bu  günümüzü  dərindən  dərk  etməsi,  gələcəkdə 
bu  sərvətə  sahib  ola  bilməsi  bacarığı  aşılanmasındadır. 
Bu  yöndə  Qusardan,  eləcə də əsərimizin  qəhrəmanı  Zey­
nəddin  Çələbovun  doğulduğu  rayonun  ən  qədim  və  bö­
yük kəndi  olan  Hildən  dünyamıza  boy  atmış  bir çox  də­
yərli  insanlar,  eləcə  də  alimlər  olmuşdur.  Onların  bir 
neçəsi ilə tanış olaq.
Kərim  Kərimov,  Kamal  Abdullayev,  Arif  Şıxverdi- 
yev,  Kamil  Aydazadə,  Qavril  İlizarov,  İbrahim  Novruz- 
bəyov,  Tofiq  İsmayılov,  İkram  Novruzbəyov,  Geylani 
Pənahov,  İbrahimxəlil  İbrahimxəlilov,  Əhmədxan  Əli- 
mov, Yarəli Yarəliyev,  Həsənbəy Arazov,  Sərhəddin Ab­
dullayev,  Tarıqulu  Əmiraslanov,  Siracəddin  Sərkərov, 
Hacağa  Əmirquliyev,  Qanbay  Xanməmmədov,  Oqtay 
Xanməmmədov, Tofiq Xanməmmədov, Zərifə Xanməm- 
mədova, Gerasim Rüstəmov, Nurəddin Həbibov, Abdul­
la Orucov, Əşrəf Balamətov, Abdulla Əhədov, Əli  Musa­
yev, Nazim Əmirov,  Ağaverdi Ağaverdiyev, Vahid  Qədi- 
mov,  Kamil  Hacımuradov,  Bəhram  İslamov,  Bilal  Kiçi- 
bəyov,  Şaiq  Şıxkərimov,  Eyvaz  Eyvazov,  Məhəmməd 
Azayev,  Rafiq  Nurmətov,  Meyvəddin  Hacıyev,  Fəxrəd­
din  Aydayev,  Əlisultan  Quliyev,  Güli  Əzizov,  Ələddin 
Həkimov,  Rauf Əmirov,  Nizaməddin  Əliyev,  Cavid  Qa- 
ziyev,  Elmar  Nurməmmədov,  Fikrət  Əmirbəyov.  Elxan 
Osmanov,  Fedik  Rəhimov,  Yusif  Yüzbəyov,  Validə
____________________________________ Qusar beş iyim rmtıim
29


•Elbrus Şahmar
İsazadə,  Muradağa  Muradağayev,  Benyaməddin  Davu­
dov,  Səmayə  Əfəndiyeva,  Raya  Mustafayeva,  Afər 
Əlifov, Akif Xıdırov, Zeynab Abdullayeva, Həcər Əmiro­
va,  Arif  Həsənov,  Qalib  Quliyev,  Nigar  Kərimova, 
Kəmalə  Burziyeva,  Nigar  Muradova,  Məmləkət  Piri- 
mova, Qazıməmməd  Məmmədxanov, İdris Əmirbəyov və 
onlarca  başqaları.  Azərbaycanımızda,  eləcə  də  dünya­
mızda  ad-san  çıxarmış  neçə-neçə  idmançıları  da  var 
Qusarın.  Onlardan  bir neçəsinin adını çəkirəm:  Şəkərxan 
Əlismanov,  Rəcəblilər  ailəsi  -   Əhməd  Rəcəbli,  Fərhad 
Rəcəbli,  Məmməd  Rəcəbli,  Əhəd  Rəcəbli  və  Elxan 
Rəcəbli, daha sonra Nazim Hüseynov,  Kamran Məmmə­
dov,  Samir  Sərkərov,  Timur  Əlixanov,  Nofəl  Musayev, 
Elnur  Qazıməmmədov,  Fəridə  Əzizova,  Zamiq  Məm­
mədov,  Vasif  Qurbanov,  Kamran  Fərzəliyev,  Nasir 
Məmmədəliyev, Ceyhun Paşayev,  Rəşad-Mədətov, Valeh 
Əmirəliyev,  Ruslan  Ramazanov,  Fariz  Ağasiyev,  Azər 
Əliyev,  Pərvin  Həsənov,  Hacıbala  Hacıbalayev,  Afət 
Əliverdiyeva,  Ənixli  Abdulbəy  və oğlanları  -  Adil,  Qabil 
və Habil, daha sonra Fərhad Mərdanov, Aelita Xələfova, 
Maksim  Müslümov,  Şövkət  Orduxanov,  Dadaş  Şirinov, 
Cəlil  Mustaqov,  Hüseynbala Ağayev, Əliyullah Nacarov, 
Şahlar Mustafayev,  Rauf Qazıxanov, Carullah Şinğarov, 
Fikrət  Qardaşov,  Həbibullah  Ağalarov,  Kamran  Qəri- 
bov,  İlqar  İsrafılov, Nazim  Rüstəmov,  Roman  Muradov 
və övladları -  Sevda və Gülnarə Muradova.
Tamaşaçıları  hayıl-mayıl  qoyan  qusarlı  kəndirbazlar 
da  həmişə  alqışlarla  qarşılanıb.  Bu  yöndə  Qasımın, 
Vitalikin, Seymurun,  Abdullanın, Əlimin, Carullah  Miri- 
movun adlarını çəkmək olar.
30
Qusarlıların  tanmmışlarından  üç  nəfər:  1928-ci  ildə 
Qusarda  anadan  olmuş  Qabil  Səmədov  neçə  illər  rəhbər 
vəzifələrdə  işləyib.  O,  düz  8  il  Dəvəçi  rayon  Partiya 
Komitəsinin birinci katibi olub.
Əslən  rayonun  Ukur  kəndindən  olan  Elçin  Oktyabr 
oğlu  Əmirbəyov  respublikamızın  tanınmış  diplomatıdır. 
O,  Azərbaycanın  İsveçrədəki  fövqəladə  və  səlahiyyətli 
səfiri  olmuş,  hazırda  isə  Azərbaycanın  Fransadakı  səla­
hiyyətli səfiridir.
Qusarın  Xuray  kəndindən  olan  Nizaməddin  Ağamu- 
rad  oğlu Ağamuradov  bir sıra  məsul  vəzifələrdə çalışmış, 
xidmətlərinə görə ən  yüksək  adlarla  mükafatlandırılmış  - 
«Lenin ordeni», «Qızıl  ulduz» və «Qırmızı əmək bayrağı» 
ordenləri  ilə  təltif olunmuş,  1971-ci  ildə  «Sosialist  Əməyi 
Qəhrəmanı» adına layiq görülmüşdür.
Ta uzaq keçmişdən  bu günə kimi qusarlılar arasından 
öz  sözü,  öz  yazısı  ilə  tanınan  bir  çox  simaları  olub.  Bu 
yöndə  öyrənib-bildiklərimdən,  ayrı-ayrı  qaynaqlardan 
oxuduqlanmdan  araya  çıxardıqlarını  bunlardır:  XIX 
əsrin  sonları  və  XX  əsrin  əvvəllərində 20  ildən  çox  Quba 
əyalətinin  qazisi  olmuş  Məhəmməd  Şərif  Əfəndi.  Daha 
sonra  Abdulhey  Əfəndi,  Sudurlu  şair  Stur  Dalah,  urvalı 
ləzgi  Əhməd,  Şeyx  Şamilin  silahdaşlarından  tahircallı 
Əmirəli  Tihircalvi,  gədəzeyxurlu  Sayad  Pəri,  Əmiraslan 
Ganidin, həzrəli İshaq Əfəndi, Aşiq Yəhya,  Kasıb Abdul­
lah  (İmamqulu  kəndindən),  Xuluq  kəndindən  Xuluqvi 
Abdulcəlil, Əvəcuqlu Məhəmməd  Səid Əvəcugi,  Gündüz- 
qala  kəndindən  Nurəddin  Şərifov,  İmamqulu  kəndindən 
Zabit  Rizvanov,  Sudur  kəndində  anadan  olmuş,  Dağıs­
tanın  xalq  şairi  Bayram  Səlimov,  Əcəxurlu  ləzgi  Nemət, 
Urvadan  Rasim  Hacı,  Dağıstanın  Xalq  artisti  Əcəxurlu
____________________________________ Qusar beşiyim m tıittı
______ 31



Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin