Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Cavanşir  Sultanovun  rəhmətlik  atası  Dadaş  kişi,  Zey­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə16/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   12   13   14   15   16   17   18   19   ...   174
Şair  Ramaldan  oğlu  Ramaldanovun  atası  Hil  kəndin­
dəndir  və  o  sonralar  Xaçmaz  rayonunun  Xudat  yaşayış 
məkanına  köçüb.  Və  Şair  1957-ci  ildə  Xudatda  anadan 
olub.  Şair  Bakıda  C.Naxçivanski  adma  hərbi,  Bakı  Ali 
Ümumqoşun  Komandirləri  məktəbini  və  Moskvada
M.V.Frunze  adına  Hərbi  Akademiyada  təhsil  alıb.  O,
1993-cü  ilin  oktyabrında  Respublikamızda  briqada  ko­
mandiri vəzifəsinə təyin olunub.  1994-cü ildə erməni təca­
vüzkarlarına  qarşı  vuruşda  onun  rəhbərlik  etdiyi  briqa­
danın  xeyli  uğurları  olub.  Onun  məqsədyönlü hərbi əmə­
liyyatlarının  uğuru  rəhbərlik  tərəfindən  yüksək  dəyərlən­
dirilmiş  və  o,  polkovnik  rütbəsinə  yüksəlmiş,  prezident 
fərmanı ilə iki dəfə «Azərbaycan  Bayrağı» ordeni ilə təltif 
52___
Ш
И
Ш
olunmuş.  Daha  sonra  o,  Korpus  komandiri  vəzifəsinə 
təyin  olunub.  Bir  müddət  Müdafiə  nazirliyində  məsul 
vəzifələrdə işləyib, daha  sonra  o.  Hərbi  Akademiya  rəisi­
nin  tədris  işləri  üzrə müavini  kimi  işini  davam etdirir.  Bu 
vaxta  kimi  Şair  Ramaldanovun  hərb  sahəsində  bir  xeyli 
dərs vəsaiti çap olunub və onlar dəyərli dərslik  kimi  hərbi 
hissələrdə  və  hərbi  tədris  müəssisələrində  tədris  olunur. 
Demək  olar  ki,  ramaldanovlar  hərbçilər  ailəsidir.  Şair 
Ramaldanovun  bacısı  və  iki  qardaşı  -   İlhamla  Elman da 
hərbçidir.  Şairin  oğlu  Şıxbala  da  həmin  ailə  ənənəsini 
davam  etdirir.  O,  hazırda  bir  Zabit  kimi  Prezident  qvar­
diyasında xidmət etməkdədir.
♦  *  *
İskəndər  Adışirin oğlu Quliyev  1932-ci  ildə  Hildə  ana­
dan  olub.  Uşaqlıq  və gənclik  illəri  çətinliklə  keçən  İskən­
dər  kənddə  orta  məktəbi  bitirdikdən  sonra,  Qubada 
müəllimlər  institutunda  oxuyub və  müəllim  kimi  Salyan­
da  əmək  fəaliyyətinə  başlayıb.  O,  Kalininqradda  hərbi 
xidmətdə  olan  müddətdə  hərbi  məktəb  bitirib,  Zaqafqa­
ziya  hərbi  dairəsinin  zabiti  olub.  İ.Quliyev  1957-ci  ildən 
respublikamızın  bir  neçə  rayonlarının  hərbi  komissarlı­
ğında  çalışıb,  Fizuli  və  Qusar  rayonlarında  hərbi  ko­
missar  kimi  hərbi  xidmətini  davam  etdirib.  Daha  sonra, 
o,  üç  il  Zaqafqaziya  hərbi  dairəsində  kursantlara  dərs 
deyib.  Polkovnik-leytenant  rütbəsində  olan  İ.Quliyev 
1985-ci  ildən  Qusarda  Könüllü  Hərbi  Vətənpərvərlik 
Texniki  İdman  Cəmiyyətinin  sədri  kimi  əmək  fəaliyyətini 
davam  etdirib.  1941-1945-ci  illərdə,  eləcə  də  Əfqanıstan­
da  və  son  illərdə  Azərbaycanımızın  işğaldan  azad  olun­
ması  uğrunda  döyüşlərdə  xüsusi  xidmətləri  olan  qusar-
______________________________ _______Qusar beşiyim trnnim
53


'Elbrus Şahmar
lılar  barədə  topladıqları  məlumatlar  isə  onun  bir  daha 
doğma respublikamızın möhkəm bağlılığını göstərir.
İskəndər  Quliyev  barədə  olan  bu  qısa  yazımda  qeyd 
edim  ki,  bu  fədakar  insanı  mən  də  yaxından  tanıyıram. 
Hər ilin yayında Qusar şəhərində istirahət edəndə onunla
dəfələrlə görüşmüş, həmsöhbət olmuşam.
*  *  *

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin