lAyıblı sözlərin yazılmasından,
Yaxşıdır, bir
dəftər ağ qalsa, inan.
Nizami Gəncəvi
iən mükafatını insanlığa xidmətdə ara.
A.Səhhəı j
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, v
Yağı yağ üstə çıxar, ayranı ayranlıq olur.
M. Ə. Sabir
Ölüm, ölmək deyil, yer dəyişməkdir.
Nizami Gəncəvi
Nə şəhvət, nə yuxu, nə də ki, yemək,
Həyatın mənası olmasm gərək.
Nizami Gəncəvi
Hər şeydə oğurluq haramdırsa, qızlar üçün
oğlanın qəlbini oğurlamaq halaldır.
M. S. Ordubadi
Kitabsız bir ömürün nə mənası var?
Səməd Vurğun
Müəllif kitabın yaradıcısı, cəmiyyət isə onun ı
taleyinin yaradıcısıdır.
O
V.Hüqd'
iəyat beşik ilə tabut arasındakı dar bir dəl
və yolçuluqdan ibarətdir.
Osman Nur i Top,
Qusar beşiyim mənim
KİTABA GİRİŞ
Ay Allah, ilham ver, yetərli olsun,
Dəyərli bir kitab yazım, oxunsun.
Əsərin taleyi uğurlu olsun,
Dostum Zeynəddinin ömür yoluna,
Şam tutum, şöləsi çox nurlu olsun!
İnsan öz ömrünün kamillik dövrünə qədəm qoyur,
onu peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq
hər şeydən öncə belə suallar düşündürür: xoşbəxtliyi nə
də axtarmaq, necə axtarmaq? Yaşamaqda məqsəd nədir?
İnsanlığın ən böyük amalı nədir? Və kamil insan o sual
lara birmənalı cavab verib - insan insanın qayğısını çək
məli, Vətən və Xalq qarşısında, onu böyüdüb boya-başa
çatdıran valideynlər qarşısında, eləcə də gənclik qarşı
sında məsuliyyətli olmalı, bir insan, bir vətəndaş kimi on
ları sevməli, onların xoşbəxtliyi uğrunda mübarizə apar
malı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlik
dən qorxmamalıdı.
Bütün bu duyğular, bu hisslər ana südülə, ana lay
lası, ata öyüd-nəsihəti ilə doğulur və bütün ömrü boyu
insanın ruhuna, qəlbinə hakim kəsilir. Elə insanlar mən
sub olduğu xalqın ləyaqətli övladları olur, insanlığın
bəzəyi və yaraşığı sayılırlar.
7
İnsan ömrü gah lal axan, gah da kükrəyib öz yata
ğından çıxan, yenidən öz doğma məcrasına qayıdan və
sonda dəryaya qovuşan bir çaya bənzəyir. Çayın mənbəyi
uca dağlardır. Məkan əbədidir, ömür isə o çayın çağla
yan sularıdır, durmadan, nəfəs dərmədən, ara vermədən
axıb gedir. Çay suyu var şəffafdı, gözəlliyinə, duruluğu
na, aydınlığına baxmaqdan nə
göz doyur, nə ürək. Su var
baxanda dibi görünür, su var nə
qədər baxsan da, diqqət
versən də dibi görsənmir ki, görsənmir. Su var can dər
manıdır, su da var ürək bulandırır. Bütün bu səciyyəvi
xüsusiyyətlər hər bir bəşər övladına da aiddir. Kimi pak
və müqəddəs, xeyirxah və ədalətli, kimisə şər tumu, barıt
dağarcığı olub şeytana papış tikəndi. Kimin ömrü ayla
ölçülür, kiminki illə, əsrlə. İnsan var ki, ömrü nə məkana
sığır, nə də zamana. Elə ömür uzun ömürdü, yaşayan və
insanlığa mənsub olduğu xalqa başucalıq gətirən, alqış
lanan ömürdü.
Elə insanların həyatı işıqla, nurla bəzənmiş olur, heç
vaxt çətinliklərdən qorxmaz, dövranla, zamanla cəngi-
cidayə çıxar. Adam var ki, vəzifə kürsüsündən düşsə də,
heç vaxt sınmayıb, əyilməyib, vəzifəsini itirsə də, vicdanı
na, adına xələl gətirməyib, mənsub olduğu xalq və
el-oba
qarşısında üzüağ, başıuca olub. Böyük inamla bu çərxi-
fələyin acığına daha mübariz olub, daha qürurlu yaşayıb
və nə vaxtsa haqqın, ədalətin qələbə çalacağına inanıb.
Və xalqın, el-obanm hörmətini qazanan elə insanlar hər
yerdə, hər zaman ağsaqqallıq kürsüsündə olub, adı ehti
ramla çəkilib, ovxarlı sözləri dəyərli sayılıb. Bu baxımdan
Dostları ilə paylaş: