Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


«Alimlər həyatın yol göstərənidir»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə4/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   2   3   4   5   6   7   8   9   ...   174
T ü ru s Şahmar
Həmin  ildə  Qusar  şəhər  1  saylı  orta  məktəbində  bədən 
tərbiyəsi  müəllimi  vəzifəsində  çalışıb.  Daha  sonra  ailə 
vəziyyəti  ilə  əlaqədar  öz  kəndinə  qayıdıb  və  6  ay  orada 
işləyib.  Sonra  yenidən  Qusar  şəhərinə  qayıdıb  internat 
məktəbində bədən tərbiyəsi fənnini tədris edib.
1962-ci  ildə  qiyabi  olaraq  S.M.Kirov  adına 
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil 
olub və  1967-ci ildə oranı bitirib.
1968-ci  ildə  Qusar  şəhər  internat  məktəbinin  direk­
toru vəzifəsinə təyin olunub.
1991- 
ci  ildə  isə  ona  əlavə  olaraq  Elmi-istehsal  bir­
liyinin  Kosmik  tədqiqatlar  zavodunun  «Xazri»  filialının 
baş  direktoru  vəzifəsində  işləmək  həvalə  olunub.  Zey­
nəddin müəllim  1990-cı ildən  1995-ci ilədək Qusar Rayon 
Xalq Deputatları Sovetinin deputatı seçilib.
1992- 
ci  il  yanvarın  30-dan  isə  Qusar  şəhər  ərazisi 
üzrə  Qusar  rayon  İcra  Hakimiyyəti  başçısının  nüma­
yəndəsi  təyin  olunub.  1992-ci  ilin  sentyabrın  3-də  isə 
Qusar rayon  İcra  Hakimiyyətinin  Başçısı  vəzifəsinə təyin 
edilib.  Bu vəzifədə  1993-cü il avqustun  14-ə kimi fəaliyyət 
göstərib.  1994-cü ildən isə təqaüddədir.
14


linsanın ən çox möhtac olduğu nöqtə, qəlbini 
gözü  ilə  görə  bilmək  və  qəlbinin  qulağı  ilə1 
eşidə bilməkdi.
Osman Nuri Topbaş' 
«Mövlana dərgahından əsintilər» 
Dostun dostunu xatırlaması mübarək bir şeydir.
Cəlaləddin Rumi
Dünya ruhlar həbsxanasıdır.
Cəlaləddin Rumi 
Sual da elmdən doğar, cavab da.
Cəlaləddin Rumi 
Bu  dünya  bir  ağaca  bənzər:  biz  də  bu  ağacın 
yan kal, yan yetişmiş meyvələri kimiyik.
Cəlaləddin Rumi 
Namazsız  imanın  faydası  vardır,  imansız 
namaz fayda verməz.
Cəlaləddin Rumi 
İnsanın  sözü  başqası  üçündür,  qulağı  isə  özü 
üçün. 
X
Cəlaləddin R um fo
Vicdan -  bizim  malik olduğumuz ən yaxşı эх- 
aq  kitabıdır,  yoldan  azmamaq  üçün  ona  tez- 
tez baxmaq lazımdır.
O.Balzt
QUSAR VƏ QUSARLILAR  BARƏDƏ 
OXUDUQLARIMDAN, 
EŞİTDİKLƏRİMDƏN VƏ TANIŞ 
OLDUQLARIMDAN 
SƏHİFƏLƏR
Xalqım sevinməsə, elim gülməsə, 
Ürəkdən şad olub mən də gülmərəm.
Aşıq Hüseyn Cavan 
«Kim öz vətənini sevmirsə, heç nəyi, 
heç kimi sevə bilməz.»
...İranda  rus  səfirliyində  işləmiş  A.İ.Lopuxin  özünün 
1718-ci  ildə  çap  olunmuş  «Журнал  путешествия  через 
Дагестан.  1718»  oçerkində  qeyd  etdiyi  kimi,  Qubadan 
çıxıb bir neçə verst yol gedən  o, Qusar çayının kənarında 
adını bu çaydan götürmüş bir kəndə təsadüf edir.
Həm o, həm də başqa müəlliflər çayın  və kəndin adını 
«Kuzar»  kimi göstərib.  Semyon  Bronevskinin Qafqazdan 
topladığı  XVIII  əsrə aid  materiallarda  da  bu  hidronimin 
və okonimin adı «Kuzar» kimi göstərilmişdir.
Gürcü  alimi  G.G.Georqadzenin  fikrincə  «Qusar» 
toponimi  eramızdan  əvvəl  II  minillikdə  Kiçik  Asiyada 
mövcud  olmuş  Tuz  gölünün  şərqindəki  Xett  dövlətinin 
Qusar şəhərinin adından götürülmüşdür...
Bəzi müəlliflər Qusarın  ilkin adının  Qeysəri  olduğunu 
yazırlar.  Bəzi  müəlliflər  isə  Qusar  adını  rusların  qusar 
polkunun  adı  ilə  əlaqələndirirlər.  Onların  fikrincə,  bir 
vaxtlar burada olmuş qusarlıların adı bu yerə verilmişdir. 
Bu, yalnış fikirdir, çünki hələ rus süvari  polkları  Qafqaza 
gələnə kimi Qusar adı mövcud idi...
________________________________ 
Qusar beşiyim mənim
17


'E lbrus Şa h m a r
...Ləzgi alimi,  filologiya elmləri doktoru  R.Heydərov 
«Qusar»  sözünü  şərh  etmək  üçün  bir  neçə  varianta  əl 
atır.  O, gah bu sözün «Qusarın yaxınlığından axan Kuzar 
çayı  hidronimindən  yarandığını»  göstərir,  gah  Qusarda 
qusarlıların  polklarmm  olduğuna  görə  göstərir,  gah  da 
«Qusar»  sözünün  ərəb  dilindəki  «kausar»  sözündən  ya­
randığını  qeyd  edir.  Təəssüf doğuran  hal  odur  ki,  alim 
toponimin  mənasını  yerli  xalqın,  ləzgilərin  dilində  deyil, 
başqa dillərdə axtarır...
Bizim  fikrimizcə,  «Qusar»  sözü  ləzgi  dilindəki  «kas» 
sözündən  əmələ  gəlmişdir.  Lakin  bu  ad  «kas»  («kişi») 
mənasında  işlənərək  yaranmamışdır.  «Qusar».toponimi 
ləzgilərin kas tayfasının adından götürülmüşdür...»
«Azərbaycan  tarixi»  (Bakı,  Azərnəşr,  1994)  səhifə 
222-də göstərilir  ki, ləzgi dil qrupuna,  ləzgi, arqun, aqun, 
aqul, tabasaran,  saxur, rutul. qriz,  budax,  xınalıq və udin 
dilləri daxildir.
Azərbaycan  sovet  ensiklopediyasında  Qusar  rayonu 
barədə  deyilir  ki,  rayon  mərkəzi  ilk  illərdə  Hildə  olub. 
İnzibati  rayon  kimi  Azərbaycan  SSR-də  1930-cu  ildən 
yaradılmışdır.  Rayon  şimal-qərbdə  Dağıstanla  həmsər­
həddir.  Sahəsi  1542km2-dir.  Rayonda  1  şəhər,  83  kənd 
var, mərkəzi Qusar şəhəridir.
Qusar,  Böyük  Qafqazın  şimal-şərqindədir.  Cənub  -  
qərbi  dağlıq,  mərkəzi  hissəsi  maili  düzənlik,  şimal-şərq 
kənarı  Samur-Dəvəçi  ovalığıdır.  Rayonun  cənub-qərb 
sərhəddi  Baş  Qafqaz silsiləsinin  suayncından  keçir.  Sala­
vat  aşırımı  (2895m)  buradadır.  Respublikamızın  ən  hün­
dür  zirvəsi  olan  Bazardüzü  dağının  hündürlüyü  4466 
metrdir.  Şahdağın  hündürlüyü  isə  4243  metrə  bərabər­
dir...  Bu  baxımdan  Tufan  və  Bazaryurd  dağları  da  öz 
əzəməti və mənzərəsi ilə göz oxşayır.
18________
Sədaqət  xanım  Kərimovanın  «Qusar,  qusarlılar»  adlı 
ensiklopedik  xarakterli  kitabında  Qusar  barədə  dəyərli 
məlumatlar  vardı.  Böyük  zəhmət  və  doğulub  boya-başa 
çatdığı  torpağa  böyük  məhəbbətin  bar-bəhrəsi  olan  hə­
min  kitabda  rayonun  memarlıq  və  arxeoloji  abidələ­
rindən də söz açılıb.
ARXEOLOJİ ABİDƏLƏRİ:
Kurqan, e.ə.  I minillik, Həzrə kəndi
Qalaxür yaşayış yeri, IV-XV əsrlər, Həzrə kəndi
Mahmudtəpə yaşayış yeri,  IV-VIII əsrlər, Gədəzeyxür 
kəndindən  1  km şimalda
Yaşayış yeri, ilk orta əsrlər, Gədəzeyxür kəndi
Verdixantəpə yaşayış yeri,  ilk  orta əsrlər,  Gədəzeyxür 
kəndindən  1  km cənubda
Qazıxantəpə  yaşayış  yeri,  IV-VIII  əsrlər,  Gədəzeyxür 
kəndinin cənub-şərqində
Şamiltəpə  yaşayış  yeri,  IV-VI  əsrlər,  Gədəzeyxür 
kəndinin şimal-şərqində
I  Qəflətəpə yaşayış  yeri,  ilk  tunc dövrü,  Qusar-Xudat 
yolunun  sol  tərəfində.  Qubaya  gedən  yolayrıcının  1  km 
şimal-şərqində
II  Qəflətəpə  yaşayış  yeri,  e.ə.  III  minillik,  Qusar- 
Xudat yolunun solunda
III  Qəflətəpə  yaşayış  yerləri,  dəmir  dövrü,  erkən  orta 
əsrlər, Qusar-Xudat yolunun sağ tərəfində
IV  Qəflətəpə  yaşayış  yeri,  VIII-XVIII  əsrlər,  Qusar- 
Xudat yolunun sol tərəfində
Qızılgül  təpələri  yaşayış  yeri,  ilk  orta  əsrlər,  Xudat- 
Qusar yolunun kənarında, Qubaya dönən  yolda
Ağaxantəpə  yaşayış  yeri,  ilk  orta  əsrlər.  Aşağı  Ləgər 
kəndindən  1  km şimal-şərqdə
________________________________  

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin