•Elbrus Şahmar______ ___________________________________
10
Zeynəddin Çələbov şəxsiyyəti və keçdiyi ömür yolu
səciyyəvidir, örnəkdir.
Zeynəddin müəllim hansı vəzifədə olubsa, onu zabi
təli və tələbkar bir rəhbər kimi tanıyıblar. Onu da qeyd
edim ki, onun bu xüsusiyyəti arxasında insanlara böyük
bir sevgi, məhəbbət və ehtiram dayanıb. Zeynəddin Çələ
bov kimi insanlar riyadan, saxtakarlıqdan uzaq olub,
üzdə necədirsə, daxilən də elə qalıb.
Bir də Zeynəddin Çələbov kimiləri bəlalarımızın kö
kündə dayanan tamahdan uzaq olub. O tamah ki,
zaman-zaman bizim maddi və mənəvi inkişafımıza böyük
maneçilik törədib, rüşvətxorluğa, amansızlığa, hərc-
mərcliyə yol açıb.
Onu da deyim ki, Homer qəhrəmanlarının əzəməti,
yenilməzliyi və cəsurluğunun sirri və böyüklüyü Vətənə,
ailəyə bağlılığında idi. Ürəkləri hər zaman Vətən və doğ
malarının vüsalı ilə döyünüb, bu səbəbdən min bir çətin
liyə dözüb, dəfələrlə çıxılmaz vəziyyətlərə düşüb, ölümlə
üz-üzə dayanıblar. Mübaliğəsiz deyə bilərəm ki. Zeynəd
din Çələbovun həyatı və ömür yolu da, sanki Homer
qəhrəmanlarının ömür yoluna, həyat amalına bənzəyir.
O baxımdan Azərbaycan adlı məmləkətin gözəl bir guşəsi
plan Qusar, «Qusar beşiyim mənim» deyən Zeynəddin
müəllimin insanlığa həsr olunan həyatının, ömür yolu
nun arzu və ümidlərinin müqəddəs məkanına, doğma
yurd-yuvasına, ürəyinin hərarətinə, məhəbbətinə çevrilib.
İnanıram ki, Zeynəddin Çələbovun mübarizələrlə
dolu ömür yolu, onun ləyaqət sahibi olan bir insan kimi
rayon rəhbərliyinə yüksəlməsi oxucunu razı salacaq və
_____________________________________Qusar beşiyim nanim
11
'Elbrus Şahmar
belə bir qənaətə gələcək ki, əsl insan, əsl vətəndaş kimi
araya-ərsəyə gəlmək üçün həyatda gərək kişi kimi
addımlayasan. Bu kitab da elə əsl kişilər haqqındadır.
Hörmətli oxucular, Zeynəddin Çələbovdan bəhs et
məzdən əvvəl, onun ana beşiyi sandığı Qusardan və dün
yaya göz açdığı Hil kəndinin tarixindən, dünənindən, bu
günündən, tanınmış insanlarından qısa da olsa söz açma
ğı zəruri bildim. Axı, əsərimin qəhrəmanını Qusardan,
Qusarı da ondan ayırmaq olmaz. Əgər ayırsaydım, gü
nah olardı.
Adam var başını aşağı salıb ömür sürür, heç kimə,
heç nəyə, heç bir hadisəyə münasibət bildirmir, bütün
hallarda «mənə nə», «dəymə mənə, dəyməyim sənə»
məntiqi ilə yaşayır.
Bir də həyatı ağlının, məhəbbətinin arzularının istəyi
ilə yaşayan Zeynəddin Çələbov kimi heç bir çətinlikdən
qorxmayan insan kimi ömür sürmək. Bax, belə insanlar
az-az tapılır və çox zaman da qədir-qiyməti yetərincə
dəyərləndirilmir. Ancaq bununla belə, həmin insanlar öz
tutduqları mərdlik, xeyirxahlıq, yurdsevərlik amalından
əl çəkmirlər. Eşq olsun elə insanlara!
Zeynəddin Çələbov sıravi müəllim olanda da, təhsil
ocağına rəhbərlik edəndə də, Qusar kimi böyük bir
rayonun rəhbəri vəzifəsinə irəli çəkiləndə də öz əqidəsinə
xilaf çıxmayıb, həmişə özü olub, sözünün ovxarını,
kəsərini də heç vaxt itirməyib.
Hələlikdə onun tərcümeyi-halı ilə qısa tanış olaq:
12
Zeynəddin Ramazan oğlu Çələbov Qusar rayo
nunun Hil kəndində, 1933-cü il oktyabrın 15-də kolxozçu
ailəsində anadan olmuşdur.
Atası - Ramazan Çələb oğlu Ramazanov müharibə
vaxtı arxa cəbhədə çalışmış, kolxoz briqadiri olmuş,
1943-cü ilin fevralında sətəlcəmdən vəfat etmişdir.
Anası - Cağa Xankişi qızı Xankişiyeva evdar qadın
olub, 1989-cu ildə 100 yaşında vəfat edib.
Üç qardaş, beş bacı olublar. Böyük qardaşı Mövlüd
1939-cu ildə hərbi xidmətdə olub, orada təhsil almaqla
zabit rütbəsini alıb. Ordan birbaşa müharibəyə yollanıb.
1943-cü ildə yaralanıb, sağaldıqdan sonra bir aylığa
kəndə məzuniyyətə gəlib. O, atasının vəfat etdiyini, ailə
sinin ağır vəziyyətdə olduğunu görüb, öz zabit maaşının
yarısını anasının adına köçürüb və yenidən müharibəyə
qayıdıb. Bir ay sonra Kiyev ətrafı döyüşlərdə itkin düşüb.
Bundan sonra onun maaşı anasına təqaüd kimi ödənilib.
Kiçik qardaşı Muzafəddin 1955-ci ildə hərbi xidmətə
çağnlıb, Şimali Saxalində orduda xidmət edərkən ağır
xəstələnib, 1957-ci ildə xidməti başa vuraraq Hilə qayı
dıb. 1959-cu ilin oktyabr ayında vəfat edib.
Zeynəddin Çələbovun bacıları - Səlmi, Şəkər,
Gülayət, Tayifət və Sadira ailə həyatı qurublar.
Zeynəddin müəllimin bütün bacıları indi haqq
dünyasındadırlar. Zeynəddin 1945-ci ildə Hil Sırt ibtidai
məktəbin 4-cü sinfini bitirib. Həmin ildə Hil kənd orta
məktəbin 5-ci sinfinə daxil olub, 1952-ci ildə oranı bitirib.
Sonra S.M.Kirov adına Azərbaycan Dövlət Bədən
Tərbiyəsi institutuna daxil olub, 1956-cı ildə oranı bitirib.
________________________ _____ ______ Qusar beşiyim т зпт
13
|