Tlbrus Şahm ır
mışdım. Tələbələrin heç birinin cavabı müəllimi qane
etmədi, ona görə də danışıqlarım yarı-yarımçıq kəsirdi.
Sonda təkcə mən qalmışdım. Narazı və ümidsiz halda
üzümə baxıb, hə, başla görək sən hansı dərənin suyunu
qatıb-qarışdıracaqsan. Mən də çox aydın və məntiqli
danışmaq üçün bütün bacarığımı, səriştəmi və bilgimi işə
saldım. Yaxşı yadımdadır, müəllimimin üzərimdə olan
heyrətedici baxışları. Mövzunu danışıb qurtarandan son
ra Əlisultan müəllim mənə yaxınlaşıb
əlini çiynimə qoydu
və fəxrlə dedi - «çox sağ ol» və «məni bağışla ki, bu günə
kimi səni birtərəfli tanımışam, sənin kamalını düzgün
qiymətləndirməmişəm». O gündən müəllimin mənə olan
münasibəti yaxşı mənada dəyişdi, imtahanda da, məndən
heç nə soruşmadı, sadəcə imtahan vərəqimin nömrəsini
soruşub, qiymət kitabçamda mənə kök bir əla yazdı.
Hil kəndinin tanınmışlar!
barədə daha bir neçə söz
Müslüm Kürəbəy oğlu Murtuzayev- nəinki Hil kəndi
nin, Qusarın, eləcə də respublikamızın tanınmış simala
rından biridir. Onun ürəyi həmişə qurub-yaratmaq yan
ğısı ilə döyündüyündən işlədiyi vəzifələrdə, eləcə də
Qusarda bir çox tikinti-təmir işləri apartdırmış, böyük
abadlıq işləri görmüşdür. O, bir neçə rayonlarda partiya
işinə rəhbərlik etmişdir. Bu yöndə Qusarın, Gəncənin,
Kəlbəcərin adını çəkmək olar. Eyni zamanda M.Murtu-
zayev Azərbaycan KP МК-da da məsul vəzifədə də çalış
mışdır. Ən əvvəl Qusar rayon PK-də partiya kabinetinin
müdiri, şöbə müdiri, ikinci katibi işləyən Müslüm Murtu-
50
zayev sonralar ayrı-ayrı zaman kəsiyində üç dəfə Qusar
rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış
mış, rayon əhalisinin hörmət və ehtiramını qazanmışdır.
Böyük inamla deyə bilərəm ki, ona olan hörmət və ehti
ram onun vəfatından xeyli keçməsinə baxmayaraq bu
gün də davam edir və nə vaxt söhbət düşürsə barəsində
xoş söz deyib, rəhmət oxuyurlar. Bu isə Müslüm Mur-
tuzayevin ikinci ömür yoludu - şərəfli ömür yolu.
* * *
Zabit Sabir oğlu Xiyirbəyovun soykökü rayonunun
Hil kəndindəndir. O, 1968-ci ildə Qusar şəhərində
anadan olub. Orta təhsilini doğma rayonunda alan Zabit
hərbi xidmətini Gürcüstanda keçirib, 1992-ci ildə Ryazan
Ali Hərbi Avtomobil Mühəndisliyi məktəbini bitirib.
Əmək fəaliyyətinə Dağıstanın Buynaksk şəhərində
başlayıb. Az vaxt ərzində leytenant, dörd ildən sonra
mayor, 1999-cu ildə isə podpolkovnik rütbəsinə layiq
görülür. O, yaşadığımız əsrin əvvəllərində Rusiya Fede
rasiyası Silahlı Qüvvələri Ümümqoşun Akademiyasında
da təhsil alır və təhsilini başa vurduğu ərəfədə polkovnik
rütbəsinə layiq görülür.
Zabit Sabir oğlu təhsilini başa vurduqdan sonra
Rusiyanın Amur vilayətinin Beloqorsk şəhərində hərbi
xidmətini davam etdirir. Hazırda ordu komandanın
müavini və silahlanma üzrə qərargah rəisi vəzifələrində
çalışan Z.Xiyirbəyov çiyinlərində general-mayor rütbəsi
gəzdirir.
* * *
Dostları ilə paylaş: