Bir neçə kəlmə də Hilin yaradıcı adamlarından söz
açmaq istərdim: Yusif Məhəmməd oğlu Hacıyev 1925-ci ildə həmin
kənddə anadan olub. 1949-cu ildə Quba şəhərində Müəl
limlər institutunu, 1955-ci ildə isə Azərbaycan DPİ-ni
bitirib. Yusif Hacıyev uzun illər kəndində orta məktəbin
müəllimi və direktoru olmuşdur. O, «Narahat vicdan»,
«Gül paylayan ana» və «Əbədi mayak» adlı kitabların
müəllifidir. Onun Hindistanın baş naziri vəzifəsində çalış
mış İ.Qandinin həyatından bəhs etdiyi «İndira Qandi»
romanı böyük zəhmətin bəhrəsidir. Yusif Hacıyev «Hil
kənd orta məktəbi - 70» və «Qan ləkəli daşlar» poetik
toplusu da maraq doğurur. Azərbaycan Yazıçılar Birli
yinin üzvü olan Yusif Hacıyev 2003-cü ildə vəfat edib.
* * *