Düşündürür məni bir sirli diyar.
Burda həqiqətlər, əfsanələr var.
Ürəklərdə axın, qollarda qüvvət,
Burda öz-özünə gülür təbiət.
Burda çiçəklərin, quşların dəmi.
Burda könüllərin əski həmdəmi.
Dumanlar içində duran hər qaya,
Göz vurur günəşə, göz vurur aya.
Dağların döşündən gedən cığırlar,
Qalmış babalardan bizə yadigar.
Başını dağlara vurur Şah dağı,
Alınır aləmdə onun sorağı.
Döşündən çağlayan soyuq bulaqlar,
Dilsiz əsrlərə xatirə şaxlar.
Şair dostumuz Oqtay Rza general-mayor Mahmud
Əbilova ithaf etdiyi şeirində belə deyir:
Vüsala yetməyə səbrim tükəndi,
Xatirə çiçəyi dərdim, general!
Ərzə göz açdığın səfalı kəndi,
Mən də öz gözümlə gördüm, general!
Müdrik, unudulmaz, fədakar insan!
Ən gözəl abidən nıərd elindədir.
Özün Bakıdakı xiyabandasan,
ilk izin Uğurçay sahilindədir.
•Elbrus Şahmar
____________________________
26
Azərbaycan hərb tarixinin böyük tədqiqatçısı dostum
Şəmistan Nəzirli özünün «Arxivlərin dili açılır» kitabın
dakı General-mayor Mahmud Əbilov yazısında general
barədə ürəkdolusu söz deməklə yanaşı Qusarın təbiətinə
olan vurğunluğunu da böyük məhəbbətlə bildirir: «Şah
dağın döşünə sığınmış Qusar rayonunun Ukuz kəndini
ilk dəfə görəndə ulu Zərdüştün sözlərini xatırladım:
«Ormanı sevirəm. Şəhərlərdə yaşamaq pisdir, oralarda
azğın çoxdur.»
Hələ sovetlər vaxtı general Mahmud Əbilov haqqında
televiziya üçün veriliş hazırlamağa gedəndə bu kəndin
əsrarəngiz təbiəti məni valeh eləmişdi. Göyləri dələn xan
çinarları, min bir boran görmüş, yenilməz qəhrəmanlar
irimi məğrur dayanan qocaman palıdları adamı heyran
edirdi. Xoşsimalı, şirin ləhcəli, qonaqpərvər insanları isə
bu kəndin yetirdiyi sərvətdir.»
Təkcə qusarlılara deyil, eləcə də Azərbaycanımıza
başucalığı gətirən, adı ilə qürur duyduğumuz general -
mayor Mahmud Əbilov barədə Qusar rayon tarix və di
yarşünaslıq muzeyində saxlanılan ABŞ prezidenti Harri
Trumenin general barədə dediyi sözləri fəxrlə oxuyuruq:
«Ağ ev, Vaşinqton. İnformasiya legionu üçün sitat. Qızıl
Ordunun diviziya komandiri Mahmud Əbilov 1943-cü
ilin avqustundan 1945-ci ilin may aymadək çox böyük
mərdlik göstərmiş və ona etibar olunan döyüşlərə ba
carıqla rəhbərlik etmişdir.
Diviziya onun komandanlığı altında döyüşə-döyüşə
Desna çayını keçmiş, Narev çayının sahillərini tutmuş və
faşist qoşunlarının böyük bir qrupunu darmadağın et
mişdir. Bununla da ordunun əsas qüvvələrinin Berlinə
doğru irəliləməsini asanlaşdırmışdır.
____________________________________
Qusar beşiyim mənim
27