olsun. İlk öncə Şərqiyyə xanımın tərcümeyi-halı ilə tanış
olaq, daha sonra onun özünü dinləyək.
Çələbova Şərqiyyə Rəcəb qızı, 19 yanvar 1960-cı ildə
Qusar rayonun Hil kəndində anadan olub.
Atası Qayıtmazov Rəcəb Eyyub oğlu ömrüboyu dül
gər işləyib. Hazırda təqaüdçüdür, həmin kənddə yaşayır.
Anası - Qayıtmazova Fatimə Fərəməz qızı, evdar
qadın olub, 2002-ci ildə vəfat edib.
Ailədə 3 qardaş, dörd bacı olublar.
Böyük bacısı İlyasova Simnarə ailəlidir, üç övladı
var. O, Qazaxıstanın Oktai şəhərində yaşayır.
Böyük qardaşı Qayıtmazov Eyyub ailəlidir, altı övlad
atasıdır. Hil kəndində atası ilə birlikdə yaşayır.
Qardaşı Qayıtmazov Rahib, Oktai şəhərində yaşayır,
ailəlidir, üç övladı var.
Bacısı Bədəlova Elyana Oktaida yaşayıb, ağır xəstə
likdən sonra 1999-cu ildə dünyasını dəyişib. Onun həyat
yoldaşı Bədəlov Ədalət və qızı Mərcan hal-hazırda Qaza
xıstanın Oktai şəhərində yaşayır. Şərqiyyə xanımın kiçik
qardaşı Vacib Qusar şəhərində yaşayır, ailəlidir, bir qızı,
bir oğlu var. Kiçik bacısı Sveta da ailəlidir. İki övladı var,
Qusann köhnə Xudat kəndində yaşayır.
Bir daha qeyd edim ki, o günlər doğma bir ailənin
üzvü kimi doğmalaşdıq, bir-birimizi daha yaxından tanı
dıq. Mən Zeynəddin müəllimlə Şərqiyyə xanımın müna
sibətlərində böyük bir səmimiyyət və baxışlarında pak bir
məhəbbətin yanğısını görüb-duydum. Nə vaxt Zeynəddin
müəllimlə söhbət etdimsə sədaqətli bir ər gözümdə can
landı. Nə vaxt Şərqiyyə xanımla həmsöhbətdə oldumsa
ərinə vəfalı və məhəbbət yanğısına pərvanə olan bir xa
nım gözlərimdə və qəlbimdə müqəddəsləşdi. Dönə-dönə
Dostları ilə paylaş: