Ъ(brus Şahmar
2 may 1983-cü il: Bu gün dağa getmişdim. Doğma
çölləri, çəmənləri gəzib - dolandım. Bir dəstə bənövşə
yığıb gətirmişəm. Elə gözəl ətri var ki. Onlar elə zərif, elə
kövrəkdirlər ki. Onları dərdikcə qəlbim də riqqətdən
titrəyirdi. Düz dörd il idi ki, ilk baharı Bakıda qarşı
lamalı olurdum. Elə bil heç nə dəyişməyib, hər şey dörd il
bundan qabaqkı kimidir. Hər kolun dibindən, elə bil,
uşaqlığım boylanırdı. Cığırlarda izimi axtarırdım.
Burada hər kol, hər ağac mənə tanışdır...
19 yanvar 1985-ci il: Zeynəddinimə həsr etdiyim
sətirlərdən... Mənim doğum günüm...
Mən dünyaya yalnız sənin üçün, səni sevmək üçün
gəlmişəm, bunu bil!
Bu ömür sənindir, səninlə birlikdə olmaq üçün verilib
mənə!
Bu ürək sənindir, gecə-gündüz o sənin üçün döyünür,
onu başqasına verə bilmərəm, ondan imtina etsən belə!
Bu gözlər sənindir, onlar hər zaman, hər yerdə səni
axtarır. Onların dərinliklərində yalnız bir varlıq yaşayır.
O, sənsən! Onlar özgəyə baxa bilməz, özgəsi üçün onlar
yaddır. Çünki, yalnız, sənə baxmaq üçündür. Sən onlara
nəzər salmasan belə.
Bu təşnə dodaqlar sənindir! Onlar sənin yollarına
uğurlar dilər, sənin üçün nəğmələr oxuyar, sirli sözlərlə
pıçıldar.
Bu əllər sənindir, həyatım mənim! Onlar sənin yol
larına qızılgül ləçəkləri səpmək, arxanca su atmaq üçün
yaranıb. Onlar yalnız sənin pərişan saçlarını oxşamaq,
sənin qayğını çəkmək üçündür.
Məndə nə varsa, hamısı sənin üçündür, eşqim,
həyatım mənim!
282
___________________
Ah, gözlərindəki o ülvi kədəri qova bilsəydim! Amma
yox, onu min cür hərcayi sevincə dəyişməzdim.
Həyatını səadətlə bəzəyə bilsəydim! Kaş, sənin qay
ğını çəkmək, sənin xidmətində durmaq həmişə mənim
nəsibim olsun!
İlahi, məni bütün bunlara layiq elə!
Zeynəddin müəllim haqqında bir daha danışmaq, bir
daha söz demək istəyirəm. Yanar ürək sahibi bir insan
haqqında söz deməyə dəyər. Alovlu ürəyini məşəl edib,
şagirdlərinin ömür yollarını işıqlandıran bir müəllim
haqqında idi bu söhbət. Əsil insan, əsil kişi, əsil müəllim,
əsil dost, əsil ömür-gün yoldaşı haqqında idi bu ürək
çırpıntılarım. Ancaq onun haqqında nə qədər desəm də,
nə qədər yazsam da ürəyimdən tikan çıxarda bilməyəcə
yəm. Ona görə ki, o mənim dediklərimdən və düşüncə
lərimdən də çox-çox yüksəkdə, əlçatmaz, ünyetməz bir
ucalıqda dayanır...»
________________________________
Dostları ilə paylaş: