Bakı Dövlət Universiteti Ad: Əhməd Soyad: Heydərov Fakultə: Biologiya İxtisas



Yüklə 33,71 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü33,71 Kb.
#42078
növüYazı
  1   2   3   4
SƏRBƏST İŞLƏR



Bakı Dövlət Universiteti
Ad: Əhməd
Soyad: Heydərov
Fakultə: Biologiya
İxtisas: Biologiya müəllimliyi
Kurs: II
Qrup: 134 A
Fənnin adı: Pedaqogika-1

Sərbəst iş No 1


  1. Qədim şərqdə, Yunanıstanda və romada pedaqogikanın və pedaqoji fikrin yaranması.

Hər bir xalqın istər yazılı ədəbiyyatında, istərsə də şifahi xalq nümunələrində təlim-tərbiyə haqqında qiymətli fikir və tövsiyələri mövcuddur. Azərbaycanda XX əsrin pedaqoqlarından biri olan görkəmli prof. Ə.Seyidov qeyd edirdi ki, «... Atalar sözü, zərbməsəllər, nağıllar, xalqımızın bütün folklor materialı... başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqının da, hər şeydən əvvəl, ilk pedaqoji məhsulu olmuşdur». Qədim Şərq dövlətlərində valideynlər uşaqlarından üç şeyi tələb edirdilər: qulaq asmağı, dinləməyi və icra etməyi.

Pedaqogikanın inkişafına nəzər saldıqda onun köklərinin çox dərin olduğunu görərik. Bu tarixi inkişafda qədim Şumer, Çin, Hindistan, Misir dövlətlərinin öz payı vardır.

Cənubi Mesopotamiyada ilk dövlətlər bizim eradan əvvəl IV-III minilliklərdə yaradılmışdır. Burada padşaha «böyük adam» deyirdilər. Şumerdə məktəb təhsilin əsas ocağı sayılırdı. Məktəblər həm təhsil verirdi, həm də dəftərxana vəzifəsini yerinə yetirirdi. Şumerdə məktəb (edubbo) «kitabələr evi» adlanırdı. Şumerlər ailədə tərbiyəni asas sayaraq ailə və övladların qədrini bilməyi vacib sayırdılar: «Arvad kişinin gələcəyidir, oğul - kişinin sığınacaq yeridir, qız isə kişi üçün nicat yeridir». Şumerlər əxlaq tərbiyəsini yüksək qiymətləndirərək, müdrik Axikar haqqında hekayədə yüzdən çox nəsihət vermişlər.

Qədim Babildə təhsil sistemində saray və məbəd məktəbləri böyük rol oynayırdı. Babil çarı Hammurapinin qanunları, Assuriya çarı Aşşurbanipalanın salnaməsi məktəbdə təhsilin inkişafında əhəmiyyətli rol oynamışdı. Hammurapinin qanunlarına görə, uşaqların sənət öyrənməsi, həyata hazırlanması yaxşı tərbiyə olunması ata borcu sayılırdı.

Pedaqogika elminin inkişafında qədim Çin dövlətinin də öz payı vardır. Qədim mənbələrə görə, Çində ilk məktəblər e.ə. III minillikdə yaranmışdır. Məktəblərdə müəllimlərlə şagirdlər arasinda əməkdaşlıq, şagirdlərin müstəqilliyi özünü büruzə verirdi. Onlar öz şagirdlərini müstəqil fəaliyyət göstərməyə alışdırmaq üçün müxtəlif məsələləri həll etmək tapşırığı verirdilər. Çində təlimin əsas məqsədi şagirdlərə heroqlif yazını öyrətməkdən ibarət idi.

Çində geniş yayılmış təlimlərdən biri Konfusi tolimidir. Təlimin banisi Konfusi görkəmli siyasətçi, pedaqoq olmuşdu. O, qədim kitabları qaydaya salmış və «Doyişikliklər kitabı»na şərhləri hazırlamışdı. Həmçinin o, müşavir olduğu Lu dövlətinin salnaməsini hazırlamışdı. Pedaqoji fikrin inkişafında özünəməxsus rolu olan Konfusi öz fəlsofi məktəbini yaratmışdı. Konfusi qədim Çinin təlim və tərbiyə ilə bağlı təcrübəsini öyrənərək ümumiləşdirmiş və yeni fikirlər irəli sürmüşdü. O, xalqın maariflənməsinin yeganə yolunu təlimdə görürdü. Təhsili həqiqəti dərk etmənin, fərəhli həyatın əsası hesab edirdi. Konfusinin pedaqoji baxışları başlıca olaraq «Söhbətlər və mühakimələr» kitabında cəmlənmişdi. Bu kitab onun ardıcılları və şagirdləri tərəfindən tərtib olunmuşdu. Burada müəllifin şagirdləri ilə söhbətləri verilmişdi.

Konfusi təlimində biz başqa ənənəni də müşahidə edirik. Burada əyanlara hörmət etmək, cəmiyyətdə subordinasiyaya ciddi şəkildə əməl etmək və digər etik normaların nəzərə alınması tələblərinə rast gəlmək olur. «Syao» -- valideynlərə hörmət, «di» – böyük qardaşa hörmət, coşqun - öz ağasına və hökmdara sədaqət kimi anlayışlar təlimdə mühüm yer tuturdu. Konfusi qədim Çin ənənələrinin öyrənilməsinə diqqət yetirirdi. Onun «Ortalıq» nəzəriyyəsi çox məşhurdur. Bu nəzəriyyə onun ardıcılları tərəfindən inkişaf etdirilmişdi. Məsələn, XII əsrdə Yeni konfusiçilər «ortalıq haqqında» təlimin mənasını belə göstərirdilər: həyatın məqsədi şeylərin mahiyyətini bilməkdir, şeylərin mahiyyətini isə yalnız biliyin köməyi ilə dərk etmək mümkündür.

Konfusi ideyalarından bəhrələnən Çin mütəfəkkiri Mentszyu və Syuntszyu təlim-tərbiyə ilə bağlı qiymətli fikirlər irəli sürmüşlər. Onların öz məktəbləri olmuşdur. Mentszyu yüksek əxlaqlı insanların formalaşmasında tərbiyənin xüsusi rolunu qeyd etmiş və insanın xeyirxah təbiəti haqqında tezis irəli sürmüşdü. Syuntszyu isə əksinə olaraq, insanın şər təbiəti haqqında fikrin tərəfdarı idi. 0, şər başlanğıcı aradan qaldırmağı tərbiyənin vəzifosi sayırdı.

Ümumiyyətlə, qədim Çin pedaqoji ədəbiyyatında fəlsəfənin idrak nəzəriyyəsi mühüm yer tutur. Çin fəlsəfi ədəbiyyatında Motszin idrak nəzəriyyəsi geniş yer tutmuşdu. O, Çinin görkəmli siyasi mütəfəkkirlərindən idi.

Qədim Hindistanda da məktəb, ənənələr, təlim-tərbiyə məsələləri yaranıb inkişaf etmişdi. Qədim Hindistanın ilk fikir abidəsi Vedlər hesab edilirdi. Ved sözü (sanskritdə) tərcümədə bilik mənasında işlədilir. Vedlər dörd qrupa bölünürdü .

Qədim Hindistanda təhsilin və tərbiyənin inkişafında buddizmin rolu böyük olmuşdur. Buddizm təliminin əsasını dörd «nəcib həqiqət» təşkil edirdi. Birinci, həyat əzab-əziyyətlə dolu olduğu üçün özü şərdir; ikinci, kef çəkmək, hakimiyyət, vardövlət sahibi olmaq arzusu əzab-əziyyətsiz deyil; üçüncü, bu əzab-əziyyətə son qoymaq olar. Bunun üçün pis ehtiraslardan uzaq olmaq lazımdır; dördüncü, əzab-əziyyətə son qoymaq üçün insan özünü mənəvi cəhətdən təkmilləşdirməli, pis əməllərdən çəkinməli, doğru danılmalı.

Pedaqoji fikrin öyrənilməsində Hindistan orta əsr ədəbi mənbələrinin əhəmiyyəti çox böyükdür. Xalqın yaratdığı, nəsildən-nəslə keçərək, vaxtaşırı üzləri köçürülən belə mənbələr sirasına «Kəlilə və Dimnə», «Tutinamə», «Sindibadnamə» və s. əsərlər daxildir.

Tərbiyəvi ideyalarla zəngin olan «Kəlilə və Dimnə» hind folkloruna əsaslanır.

Qədim Şərq ölkələri içərisində Misir də pedaqoji baxımdan müəyyən rolu olan dövlətlərdən biridir.

Qədim misirlilərin «l Amenemexetin nəsihəti», «Ptakotepin nəsihəti», «Duauf oğlu Aktoyun nəsihəti» tərbiyə mövzusunda yazılmış əsərlərdəndir.

Qədim dinlərdən olan zərdüştlüyün müqəddəs kitabı olan «Avesta»da təlim-tərbiyə məsələlərinə aid zəngin materiallar vardır. «Avesta» eramızdan əvvəl II-I minilliklərdə meydana gəlmişdi. Əfsanəyə görə, Allahın göstərişi ilə Zərdüşt «Avesta»ni yazmışdı. Ozünə qədər mövcud olan allahların hamısını rədd edən Zərdüşt yeganə allah Hörmüzü kainatın, bütün canlı aləmin yaradıcısı kimi qəbul etmişdi. «Avesta» üç kitabda (bəzilərinə görə 4 kitabda) tərtib olunmuşdu. Bunlar Avesta dilində, bir kitab isə Pəhləvi dilində hazırlanmışdı. 21 hissədən ibarət olan bu kitab tam halda əlimizə gəlib çatmamışdır. Kitabda xeyir allahı Hörmüzlə, şər allahı Əhriman arasında gedən mübarizə təsvir olunur. Burada daim xeyirin şər, işığın qaranlıq, ədalətin zülm üzərində qələbəsi göstərilir. «Avesta»da irəli sürülən əxlaqi şüar: xeyir fikir, xeyir söz, xeyir əməldən ibarətdir. Bu üç məsələ Zərdüşt dininin əsasıdır. Deməli, insan fikirləşəndə də, danışanda da, bir iş görəndə də xeyirxah olmalı, xeyir əməllərdən uzaq düşməməlidir. Bu müqəddəs kitabda yazıldığı kimi, insan mülayim, səmimi, mehriban, gözütox, xeyirxah olmalıdır. Elə buna görədir ki, «Avesta»da həqiqət hər şeydən yüksəkdə durur.

Yaxın və Orta Şərq ölkələrində də pedaqoji fikrin tarixi çox qədimdir. Onun ən görkəmli simalarından Fərabini, Birunini, Ibn Sinani, Firdovsini, Sədi Şirazini və b. göstərmək olar.

l Fərabi Əbu Nəsr Məhəmməd ibn Məhəmməd (870-950) Şərq dünyasının ən böyük ensiklopedik alimlərindən olmuşdur. O, hərtərəfli və dərin biliyə malik olduğuna görə «Şərqin Aristoteli» adını almışdı. Fərabinin əsərlərində geniş pedaqoji fikirlərə də rast gəlinir. Onun pedaqoji ideyalarında müasir didaktikanın əsas prinsipləri-elmilik, əyanilik, sistemlilik və s. öz əksini tapmışdır. O, dövrünün bilik sahələrini beş hissəyə ayırmışdır: 1) dilçilik; 2) məntiq; 3) riyaziyyat; 4) fizika; 5) hüquqşünaslıq.

İbn Sina - Əbu Əli Hüseyn ibn Abdullah – latınlaşdırılmış adı Avisenna (980-1037) Buxara yaxınlığındakı Əfşanak vilayətində anadan olmuşdur. Beş yaşından məktəbə gedən Sina ağlına və biliyinə görə yaşıdlarından fərqlənmişdi. O, ərəb dilinin qrammatikasını, üslubiyyatını dərindən mənimsəmiş, «QuraniKərim»i əzbər bilməklə yanaşı, ayrı-ayrı müəllimlərin təsiri altında dünyəvi elmlərə yiyələnmişdi. İbn Sina alim, həkim, filosof idi. Mərkəzi Asiya və İranda yaşamış, ömrünün sonunadək saray həkimi və vəzir olmuşdur. O, elmin bütün sahələrini əks etdirən əsərlər yazmış, lakin onlardan 150-ə yaxını dövrümüzə gəlib çatmışdır. O, insan zəkasına əsaslanan elmi fəlsəfə adlandırmışdı. Həkimlik peşosini dorindən bildiyi üçündür ki, İbn Sina uşağın təbiətinə də bir həkim kimi yanaşır, psixoloq və pedaqoq mövqeyindən çıxış edirdi. Uşaq psixologiyasına dorindon bələd olan İbn Sina onların tərbiyəsinin, təhsilinin, təliminin məzmununu aşağıdakı kimi müoyyən etmişdi: 1) əqli tərbiyə; 2) fiziki sağlamlıq; 3) estetik tərbiyə; 4) əxlaq tərbiyəsi; 5) peşə təlimi.

Şərq pedaqogikasında görkəmli fars şairi və mütəfəkkiri Sədi Şirazinin (1203-10-cu illər arasında – 1292) özünəməxsus yeri vardır. O, İranın qədim mədəniyyət mərkəzlərindən biri olan Şiraz şəhərində dünyaya gəlmişdi. Onun əsl adı Müşərrəf ibn Müsləhəddin Abdulladır.

Pedaqoji fikrin və pedaqogikanın yaranması və inkişafında Aralıq dənizi hövzəsində yerləşən quldar dövlətlərin, xüsusən Qədim Yunanistan və Romanın özünəməxsus yeri olmuşdur. Qədim Yunanıstan ərazisində olan Lakoniya və Attika quldar dövlətləri xüsusilə fərqlənirdilər. Qədim Yunanıstanda Lakoniya quldar dövlətinin əsas şəhəri olan Spartada xüsusi tərbiyə sistemi yaradılmışdı. Bu sistemdə tərbiyə tam dövləti səciyyə daşıyırdı. Burada dini, sərt fiziki və hərbi tərbiyə əsas götürüldüyü halda, savad təliminə az diqqət yetirilirdi. Sparta tərbiyə sisteminin əsas vəzifəsi quldar uşaqlarından fiziki cəhətdən möhkəm, dözümlü döyüşçülər hazırlamaq idi. Tərbiyə müəssisələrində quldarların 7-18 yaşa qədər uşaqları toplanırdı. Onlar dövlət nəzarətçisinin (pedanomun) rəhbərliyi altında tərbiyə alırdılar. Spartada qızların da hərbi-fiziki tərbiyəsinə böyük diqqət yetirilirdi.

Qədim Yunanistan tərbiyə məktəblərindən biri də Afina tərbiyə sistemi idi. O, Sparta tərbiyə sistemindən köklü surətdə fərqlənirdi. Bu da, Afinada gedən kəskin təbəqələşmə ilə əlaqədar idi.

Afinada 7 yaşından 13-14 yaşa qədər uşaqlar qrammatik və musiqi məktəblərində oxuyurdular. Bu məktəblər özəl və ödənişli idilər. Uşaqlarla didaskal-müəllimlər məşğul olurdular (didasko - öyrədirəm deməkdir: didaktika, yəni təlim nəzəriyyəsi sözü də buradan əmələ gəlmişdir). Uşaqları məktəbə aparan qullar pedaqoqlar adlandırılırdı.

Qədim Yunanıstanda pedaqoji fikrin və pedaqogikanın formalaşması və inkişafında yunan filosof və mütəfəkkirlərindən Sokratın (e.ə. 470/469-399), Platonun (Əflatun) (e.ə. 428/7-348/7), Aristotelin (Ərəstun) (e.ə.384-322) və başqalarının böyük xidmətləri olmuşdur.

Pedaqoji fikrin yaranması və inkişafında öz yeri olan Platon fəlsəfi görüşləri ilə yanaşı, tərbiyə sahəsində də qiymətli fikirlər irəli sürmüşdü. Onun fikrincə, tərbiyə işi ilə dövlət məşğul olmalıdır.

Qədim Yunanıstanın pedaqoji nəzəriyyəçilərindən biri də görkəmli mütəfəkkir və filosof Aristotel (Ərəstun) olmuşdur. O, ruhun üç növünə (bitki, heyvan və idrak) müvafiq olaraq fiziki, əxlaqi və əqli tərbiyənin olduğunu əsaslandırmışdır. Aristotelin pedaqogika tarixində ən önəmli xidməti ilk dəfə uşaqların yaş dövrlərini müəyyənləşdirmək təşəbbüsü olmuşdur. Aristotel əxlaq tərbiyəsinə də yüksək qiymət vermişdi. Onun fikrincə, insanin hər bir arzusunda üç cəhət: çatışmazlıq, artıqlıq və orta hədd -- mötədillik həddlari vardır. O, orta həddi hər şeydən üstün hesab edirdi.

Pedaqoji fikrin və pedaqogikanın inkişafında qədim Roma tərbiyə məktəbinin mühüm yeri olmuşdur. Burada xüsusi ritorika məktəbləri yaranmışdı. Bu məktəblərdə gənclərə fəlsəfə, hüquq, yunan dili, riyaziyyat və musiqi öyrədirdilər. Bu məktəbləri bitirən gənclər böyük dövlət vəzifələrində işləyə bilərdilər.

Roma pedaqoji məktəbinin görkəmli nümayəndələrindən bi

ri Mark Fabiy Kvintilian (təqribən 42-118) olmuşdur. O, məktəb təcrübəsi ilə sıx bağlı olan ilk əsərlərindən birini – 12 cildlik «Natiqlik tərbiyəsi haqqında» kitabını yazmışdı. Bu kitab antik dövrün ritorika (natiqlik sənəti) və pedaqogikasının ən qiymətli mənbələrindəndir.Kvintilian göstərirdi ki, uşaq tərbiyəsində nümunənin müstəsna rolu vardır.

Kvintilian uşaqlarda məntiqi təfəkkürün tərbiyəsinə diqqət verilməsini vacib sayırdı.Beləliklə, qədim Yunan və Roma fəlsəfə məktəbinin məşhur nümayəndələri olan Sokrat, Platon, Aristotel, Kvintilian və başqaları pedaqoji fikrin və pedaqogikanın formalaşması və inkişafı ilə bağlı qiymətli irs qoymuşlar.


Yüklə 33,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin