Təsərrüfat uçotu haqqında anlayış
Hər hansı cəmiyyətin yaşayışı və inkişafının əsası maddi istehsaldır. İnsanların nəsildən nəslə yaşaması üçün onların qida məhsullarına, paltara, mənzilə və sairəyə olan tələbatının ödənilməsi lazımdır. Bunun üçün isə maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri, alətlər, istehsal inventarları və s.
lazımdır. Bunları istehsal prosesində və kommersiya fəaliyyətində istifadə etməklə satışa göndərilməsi üçün əmək vəsaiti və istehlak şeyləri yaradılır, deməli cəmiyyətin tələbatı ödənilir.
İstehsal – məcmuu məhsulun hərəkətinin başlanğıcı kimi təkrar istehsal prosesinin çıxış nöqtəsidir;
İstehsal – Tədavül – İstehlak.
İstehsal, tədavül və istehlak prosesləri fasiləsiz olaraq təkrar olunur, onun inkişafının bütün mərhələlərində cəmiyyətə bu prosesləri xarakterizə edən informasiyalar lazımdır.
Təsərrüfat proseslərinin gedişatı haqqında doğru və düzgün məlumatlar almaq üçün təsərrüfat uçotu təşkil olunur. Beləliklə, təsərrüfat uçotunun meydana gəlməsi maddi istehsalda idarəetmə tələbatına səbəb olur. Belə ki, təsərrüfat həyatının konkret faktlarını bilmədən təsərrüfat proseslərinə rəhbərlik mümkün deyildir. Təsərrüfat proseslərinin gedişatı haqqında müvafiq informasiyaların toplanması onlara müşahidə ilə başlanır; sonrakı mərhələ onların miqdar xarakteristikasını yəni say göstəricilərini müəyyən etməkdən ibarətdir. Sonra, maddi istehsal prosesinə nəzarət və idarəetmə üçün, bu göstəricilər qeydə alınmalıdır. Uçot göstəriciləri ilə təsərrüfat proseslərinin miqdar və keyfiyyət tərəfləri: hazırlanmış və satılmış məhsulların həcmi, kassada və hesablarda olan pulun mövcud olması, material ehtiyatları, əsas vəsaitlərin həcmi, mənfəət vəi.a. açıqlanır.
Dostları ilə paylaş: |