Açar sözlər: A.Əliqızı, Güney Azərbaycan, ədəbiyyat, vətən, birlik, mübarizə. ARZU MƏMMƏDOVA Bakı Dövlət Universiteti (magistrant) HİDAYƏT ORUCOV VƏ TEATR Ziyalılığı ilə dünya xalqları arasında seçilən Azərbaycan xalqı Orxon-Yeniseydən, “Kitabi-Dədə
Qorqud”dan üzü bəri Yer kürəsinə, bizi əhatə edən kainata görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu
ziyalılardan biri də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, şair, dramaturq,
ədəbiyyatşünas, teatr tənqidçisi, tərcüməçi, ictimai-siyasi xadim Hidayət Orucovdur. Çoxşaxəli yaradıcılıq
yolunda Hidayət Orucovun teatr sahəsindəki işləri diqqətə layiqdir. Onun pyesləri Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında, Gənc
Tamaşaçılar Teatrında, Naxçıvan, Sumqayıt, Mingəçevir, Füzuli, Şəki Dövlət Dram teatrlarında tamaşaya
hazırlanmış və uğurla oynanılmışdır. Bununla yanaşı, 11 mart 2003-cü ildə isə “Bu dünyanın adamları” əsəri
Türkiyədə Ankara Bələdiyyə Teatrının səhnəsinə çıxarılmış və qardaş ölkədə böyük uğur qazanmışdır. O,
1968-ci ilin iyul ayında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin
olunmuş və fasiləsiz olaraq on altı il ərzində Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Bu teatr
Hidayət Orucovun rəhbərliyi zamanında öz intibah dövrünü yaşamışdır. Həmin dövrdə Azərbaycan teatrını
azərbaycanlıların öz əli ilə süqut etdirmək planlaşdırılmışdı. Gənc Hidayət Orucovun fəaliyyəti ermənilərin
bu qərəzli əməllərinə sipər oldu. Hidayət Orucov bu ziddiyyətli zaman kəsiyində bütün çətinlikləri gözə
alaraq, dədə-babalarımızın min bir əziyyətlə o günə qədər gətirib çıxartdıqları və böyük çətinliklə bərpasına
nail olunmuş bu qocaman sənət ocağını ölüm təhlükəsindən qurtardı. O, teatrı müasirlərindən olan Bəxtiyar
Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Anar, Nəsir Sadıqzadə, Ağakişi Kazımov, Hüseynağa
Atakişiyev, Niyaz Şərifov və bu kimi ziyalıların yaradıcılıq meydanına çevirdi. Mötəbər teatr xadimləri
mərkəzdən İrəvan Teatrının tamaşasının sorağı ilə bura təşrif buyururdular və onlar, heç şəraiti olmadığı