Açar sözlər: Heydər Əliyev, tərcümeyi-hal, Azərbaycan ədəbiyyatı, milli siyasət, milli şüur. AYNUR MUSTAFAYEVA Bakı Dövlət Universiteti (bakalavriat)
BİR ƏDƏBİYYATŞÜNAS ALİM HAQQINDA QEYDLƏR Professor Yeganə İsmayılova 2005-ci ildən etibarən Bakı Dövlət Universitetinin Filologiya
fakültəsində müəllim işləyir. 2002-ci ildə “Koroğlu” dastanında obrazlar sistemi” mövzusunda
namizədlik, 2014-cü ildə “Kitabi–Dədə Qorqud” dastanları və yazılı ədəbiyyat” mövzusunda doktorluq
dissertasiyasını müdafiə edib. AMEA-nın kitabxanasında tədqiqat işi ilə bağlı araşdırmalar apararkən
təsadüfən Vəli Xuluflunun “Koroğlu” – 1929-cu il nəşrini görüb və onu müasir tələblərə uyğun tərtib
edərək nəşrə verib. O, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının ən böyük tədqiqatçılarından biridir.
Prof. Asif Rüstəmli haqlı olaraq deyir ki, “Yeganə xanımı Dədə Qorqudun nəvəsi, Koroğlunun qızı”
adlandırmaq olar. Onun elm aləminə verdiyi töhfələr o qədər böyükdür ki, yazmaqla, danışmaqla əsla
bitməz. O, ədəbiyyatın bütün sahələri üzrə öz izini qoyan bir alimdir. Elə 24.10.2017-ci il tarixində
AMEA Mərkəzi Elmi Kitabxanasında professor Yeganə İsmayılovanın nəşrə hazırladığı Feyzulla
Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimində prof. Tofiq Hüseynovun
çıxışının sonunda söylədiyi ifadə bunu bir daha təsdiq edir: “Bu cür möhtəşəm tədbirin keçirilməsində
əməyi olan şəxslərə, ən başda isə Feyzulla Qasımzadənin tədqiqatçısı prof. Yeganə İsmayılovaya eşq
olsun”.
O, elə bir alimdir ki, mühazirələrində tələbələrinə tək ədəbiyyatdan yox, tarixdən də danışır. Hər
zaman da söyləyir ki, “ədəbiyyat tarixdə baş verən hadisələrin bədii şəkildə təsviridir”. Yeganə xanım çox
yaradıcı bir insandır. Keçdiyi hər bir dərsə yeni yazacağı əsər kimi baxır, nə vaxtsa qazandığı bilikləri ilə
kifayətlənməyib, daim ədəbiyyatın inkişafı yollarında uğurlu addımlar atmaq üçün öyrənir və öyrədir.
Biz tələbələr ondan pedaqogika ilə psixologiyanı da öyrənirik. Yerişi, duruşu, hərəkətləri, dərsi tədris
edərkən istifadə etdiyi metod və üsulları... Tələbələrə olan münasibəti isə müəllim psixologiyasının
necəliyini öyrədir. Sözün əsl mənasında mühazirələrində tələbələrinə mənəvi qida verən bir müəllimdir.
2018-ci ilin fevral-mart aylarında İstanbul Universitetində Ədəbiyyat fakültəsinin tələbələri onun
“Türk xalq ədəbiyyatına giriş”, “Əski türk dastanları” mövzusunda mühazirələrini dinləyib.