Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Mətanət Abdullayeva, ədəbiyyat, təsəvvüf, fəlsəfi poeziya



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə116/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   112   113   114   115   116   117   118   119   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərMətanət Abdullayeva, ədəbiyyat, təsəvvüf, fəlsəfi poeziya. 
 


BDU-nun Filologiya fakültəsi - 100 
78 
ƏSMƏT İMANOVA 
Bakı Dövlət Universiteti (bakalavriat) 
BƏXTİYAR VAHABZADƏ LİRİKASINDA ANA DİLİ MƏSƏLƏSİ 
 
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olmaqla yanaşı, həm də 
ədəbiyyatşünas alimdir. O, gənc yaşlarından həm poeziya, həm də ədəbiyyatşünaslıq sahəsində qələmini 
sınamışdır. Bəxtiyar Vahabzadə etiraf edir ki, “mən qələmə aldığım mövzunu əvvəlcə duymuş, onunla 
yaşamış, bundan sonra onu yazıya köçürmüşəm”. Onun əsərlərinin populyarlığının səbəbi xalq həyatı və xalq 
şeiri ənənələrinə möhkəm bağlılığıdır. Məlum hadisələri şeir dilinə çevirərkən başqalarının işlətdiyi naxışları 
təkrar etmir. Şair çox sadə mətləbləri mənalandırmağı, oxucusuna aşılamaq istədiyi fikri poetik hiss və 
duyğularla yoğurub, əsl sənət dilinə çevirməyi bacarır. O, öz əsərlərində dilin xalq üçün necə dəyərli mənəvi 
sərvət olması fikrini aşılamaq istəyib və dilimizin əhatə dairəsini genişləndirib. Şair dilin insanlar arasında 
təkcə ünsiyyət vasitəsi kimi yox, məxsus olduğu xalqın tarixini özündə ehtiva edən bir vasitə kimi 
qiymətləndirib. Onun “Əlifba kitabı”, “Oğluma”, “Ana dili”, “Latın dili”, “Fəxriyyə”, “Özgə”, “Özümdən 
özümə şikayət” və başqa şeirlərində ana dilimizin milli-mənəvi düşüncənin formalaşmasındakı əhəmiyyəti 
haqqında danışılır, ana dilinə xor baxanlar tənqid hədəfinə tuş gəlirlər:
Ey doğma dilində danışmağı ar bilən, fasonlu ədabazlar, 
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. 
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun!
Şair çox gözəl bilirdi ki, millətin məhvinə yalnız bir yolla nail olmaq mümkündür: onun dilini ələ 
almaqla! Bəxtiyar Vahabzadə “Saray-daxma” şeirində göstərmişdir ki, “Baxın, bugünkü rütbəli məmurlar 
yenə də öz övladlarını anadilli məktəbdə oxutmurlar, onlarla rus dilində danışırlar, bunu da özlərinə fəxr 
bilirlər. Demək, milləti, onun dilini saxlayan yenə də sadə insanlardır”.
Sabirə ithaf olunan “Fəxriyyə” şeirində ana dili probleminə toxunan şair bu dildə danışmağı şəninə 
sığışdırmayan, özgə dili mədəniyyət hesab edənləri sərt şəkildə tənqid edirdi.
Beləliklə, şairin bu şeirlərindən məlum olur ki, ana dili məsələsi onun yaradıclığının əsas xəttini təşkil 
etmişdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin