Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Cəlil Nağıyev, dünya ədəbiyyatı, tərcümə, uşaq ədəbiyyatı, dərslik.  ƏFSANƏ İBRAHİMOVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə115/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   111   112   113   114   115   116   117   118   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərCəlil Nağıyev, dünya ədəbiyyatı, tərcümə, uşaq ədəbiyyatı, dərslik. 
ƏFSANƏ İBRAHİMOVA 
Bakı Dövlət Universiteti (bakalavriat) 
KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATINA EZOTERİK YANAŞMA: PROFESSOR MƏTANƏT 
ABDULLAYEVA FƏLSƏFİ POEZİYANIN ARAŞDIRICISI KİMİ 
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində öz şəxsiyyəti, mənəvi keyfiyyətləri, yaradıcılığı 
və pedaqoji fəaliyyəti ilə seçilən müəllimlər çoxdur. Bu müəllimlərdən biri də Mətanət Abdullayevadır. 
Mətanət Abdullayeva BDU-nun Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının 
professorudur. 1997-ci ildə “Azərbaycan dilində xalçaçılıq terminləri” mövzusunda namizədlik 
dissertasiyası, 2013-cü ildə “Azərbaycan bədii təfəkküründə ezoterik dünyagörüşün fəlsəfi təhlili” 
mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Fəlsəfə üzrə elmlər doktorudur. O, iki monoqrafiyanın, 
üç kitabın, bir sıra dərslik və dərs vəsaitlərinin, dilçiliyə, sənətşünaslığa, təsəvvüf ədəbiyyatına aid yüzdən 
çox məqalənin müəllifidir. Müəllifin ilk oxuduğum əsəri “Özünə qayıdışın fəlsəfəsi” kitabı olmuşdur. Bu 
kitabda insanın özünədərk probleminə həsr olunmuş bir sıra fəlsəfi esselər, hekayələr və məqalələr 
verilmişdir. Həmçinin kitabın üçüncü bölməsində “Təsəvvüfün bəzi aspektlərinə baxış” adı altında 
təsəvvüflə bağlı məqalələr verilmiş, “Təsəvvüf etikası”, “Təsəvvüf və kvant”, “Təsəvvüf və suprematizm” və 
s. kimi mövzulara da toxunulmuşdur. 
Mətanət Abdullayevanın sevdiyim və faydalı hesab etdiyim, fikrimcə, təsəvvüfə maraq göstərən hər 
kəsin oxumalı olduğu digər bir kitabı isə “Klassik poeziya: ezoterik xəzinə” monoqrafiyasıdır. Bu kitab 
fəlsəfi poeziyada ezoterik biliklərin üzə çıxarılması istiqamətində Azərbaycanda yazılmış, N.Gəncəvinin 
“Yeddi Gözəl”, M.Füzulinin “Həft cam” poemalarının batini süjetini üzə çıxarıb şərh edən ilk elmi əsərdir. 
Monoqrafiyada araşdırılan məsələlər bəşər tarixinin bütün dövrlərində insan və dünya, insan və kamillik 
kimi fəlsəfi suallara cavab axtaran insanları maraqlandırmış, düşündürmüşdür. M.Abdullayeva Nizami 
Gəncəvinin, Məhəmməd Füzulinin poemalarında qoyulmuş əsas ümumi ideyanı – insanın kamilləşməsi 
problemini fəlsəfi, psixoloji yönlərdən araşdırır. Bu iki poema zahiri süjet baxımından tam fərqli olsa da, 
batini mahiyyətcə – eşq yolçuluğuna çıxan insanın mənəvi cihad yolunda arınması baxımından eynidir 
Monoqrafiyada aparılan araşdırma müxtəlif etnik və dini yanaşmaların müqayisəli tədqiqinə əsaslanır. 
Yekun nəticə isə belədir: vəhdət vadisində dini, irqi fərqlər yox olur, kamil insan zaman və məkan 
ölçülərinin hüdudlarını aşaraq həqiqi azadlığa qovuşan ali varlıqdır. Nəsimi yaradıcılığını araşdıran müəllif 
maraqlı elmi faktlar daşıyan metaforaların izahını verməklə ezoterik dünyagörüşün zaman etibarı ilə elmi 
bilikləri qabaqladığını deyir. 
Monoqrafiyada fəlsəfi poeziyamızdakı kosmoqoniya məsələlərindən də danışılır. Müasir dövrdə 
astrofizika, fizika sahələrində dünyanın yaranması ilə bağlı irəli sürülən hipotezlərdən biri – Böyük Partlayış 
nəzəriyyəsinin fəlsəfi poeziyamızda təcəssümü məsələsi də araşdırılır və oxucuların diqqətinə maraqlı 
faktlar təqdim edilir. “Klassik poeziya:ezoterik xəzinə”nin ümumi ideyası odur ki, təsəvvüf poeziyası həm 
bədii estetikası, həm də batini məna gözəlliyi baxımından zəngin milli xəzinəmizdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin