Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər : Bəxtiyar Vahabzadə, lirika, Sabir, ana dili, xalq.   KAMİLƏ QƏDİMLİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə117/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   114   115   116   117   118   119   120   121   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər : Bəxtiyar Vahabzadə, lirika, Sabir, ana dili, xalq.
 
KAMİLƏ QƏDİMLİ 
Bakı Dövlət Universiteti (bakalavriat) 
 
MİR CƏLAL YARADICILIĞINDA “ FÜZULİ SƏNƏTKARLIĞI” MONOQRAFİYASININ YERİ 
XVI əsrdən bu yana Füzuli yaradıcılığı dəfələrlə tədqiqata cəlb olunmuşdur. Bu tədqiqatçılardan biri 
də Mir Cəlal Paşayev olmuşdur. Mir Cəlala Füzuli yaradıcılığını tədqiq etməsini Hüseyn Cavid məsləhət 
bilmişdir, çünki o, M. Cəlalın istedadına güvənir və Füzuli yaradıcılığını layiqincə tədqiq edəcəyinə inanırdı. 
M. Cəlal “Füzuli sənətkarlığı” monoqrafiyası ilə Azərbaycan füzulişünaslığının əsasını qoymuşdur. 
Monoqrafiyanın əvvəlində M. Cəlal Füzuli yaradıcılığının sehrindən çıxa bilmədiyini söyləyir: “Biz bu 
nadir və qadir şeir ustadının ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik “M. Cəlala 
qədər Füzuli həyatı daha çox tədqiq olunsa da, M. Cəlal onun yaradıclığını ətraflı araşdırmışdır. Tədqiqatçı 
monoqrafiyada “Füzuli şeiri haqqında” adlı bölmədə Füzulinin şeirə, sənətə münasibəti haqda məlumat 
vermişdir. Füzulini bədbin şair adlandıranlara qarşı çıxan Mir Cəlal Füzulidə həyat eşqi, yaratmaq həvəsinin 
tükənməz olduğunu qeyd etmişdir. Qəzəl janrı Füzuliyə qədər uzun bir yol keçmişdir, lakin heç kəs Füzuli 
səviyyəsində qəzəl yazmamışdır. Mir Cəlal Füzuli qəzəllərini mövzu və məzmununa görə dörd yerə bölür: 
aşiqanə, ictimai-fəlsəfi, təsviri, minacat, nət ruhunda olan rəsmi qəzəllər. Füzuli lirikasının 
xüsusiyyətlərindən biri də şairin kədəridir. Aşiq çəkdiyi bütün əziyyətlərə rəğmən bu dərddən qurtulmağı 
arzulamır. Bu dərdə daha da mübtəla olmaq. 
M. Cəlal “Bədii nəsr” bölməsində Füzulinin “Hədiqətüs-süəda”, “Şikayətnamə”…kimi əsərlərini 
göstərərək onun ana dilində bədii nəsr nümunəsi yaradaraq dilimizin də inkişafına kömək etdiyini 
vurğulamışdır. O, “Hədiqətüs-süədanı” birinci böyük tarixi povest adlandırmışdır. Füzulini Nizaminin 
şagirdi adlandıran M. Cəlal Füzulinin “Divan”nda Nizaminin adını çəkməsini, “Bəngü Badə” əsərində 
Nizamidən bir beyt gətirməsini, həmçinin “Leyli və Məcnun” poemasında Nizamidən təsirləndiyini 
monoqrafiyada qeyd etmişdir. Füzuli sənətinin bütün incəliklərinə dərindən bələd olan M. Cəlal onun “Leyli 
və Məcnun” poemasını da ətraflı tədqiq etmiş, həm Leyli, həm də Məcnun obrazının hərtərəfli təhlilini 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin